"Hüseyndən sonra 2-ci dəfə ərə getməyi ..." - Hüseynin Sonası - MÜSAHİBƏ

"Hüseyndən sonra 2-ci dəfə ərə getməyi ..." - Hüseynin Sonası - MÜSAHİBƏMərhum reper Hüseyn Dəryanın vəfatından nə az, nə çox düz iki il ötdü. Bu iki il ərzində nə repdə onun boşluğunu dolduran oldu, nə də ki, yeni nəfəs gətirən... Allah rəhmət eləsin səni, Dərya !

Bu gün H. Dəryanın keçmiş həyat yoldaşı Sona İbadova ilə söhbətləşdik. Məlum oldu ki, dünən Sona oğlu Cahangirlə birgə Dəryanın məzarını ziyarət edib. Sona BiG.AZ-a müsahibəsi zamanı bildirdi ki, Cahangir ayda heç olmasa iki dəfə də olsa atasının məzarını ziyarət edib, onunla dərdini-sirrini bölüşür:

-Sona, Cahangir atasını necə xatırlayır?

-Uşaqdır da, çox vaxt dilinə gətirmir. Amma mənə deyir, ana, darıxıram atam üçün, atamı görmək istəyirəm. Ayda bir neçə dəfə ziyarətinə gedirik. Hüseynin əşyalarına hərdən baxır deyir ki, o atamın əşyasıdır. Hərdən deyir ki, atam belə edərdi, atam burada yatardı, atam sənə bu sözü deyərdi ... Cahangir mənə deyir ki, atam sənə niyə heç vaxt Sona demirdi, "Vinni" deyirdi? "Vinni nə deməkdi, ana? Mən də başa salıram onu, həmin o "Vinni" əhvalatını danışıram. Ata-bala bir-birini çox istəyirdilər, həmişə birlikdə oyun oynayardılar. Cahangir çox darıxır atası üçün... (kövrəlir-red)

- Bəs sən necə, Hüseyn üçün çoxmu darıxırsan?

-Çox darıxıram Əfruzə, çox...

- Ən çox nə yadına düşür ?

- Ən çox aramızda olan zarafatları xatırlayıram. Çox zarafat edərdi mənimlə. Onunla ər-arvaddan çox əsl dost idik. Mənimlə elə söhbətlər edirdi ki, həmin söhbətlər kişi ilə ediləsi söhbətlər idi. Mənə dost gözü ilə baxırdı. Həmişə ona yaxşı məsləhətlər verirdim. Hüseyn çox tez hirslənirdi, özündən tez çıxırdı. Tez qərar verirdi. Onu sakitləşdirirdim. Ən çox bu anlardan ötrü darıxıram. Tez-tez ziyarət edirəm məzarını. Nə bilim...

-Artıq sən də bu sahəyə geri dönmüsən, "Gilavar" qrupunun prodüseri kimi çalışırsan. Hüseyndən sonra bu sahədə yenidən işləmək necə hissdir?

- O vaxt da Hüseynlə birgə işləyirdim. Amma qısa bir müddət oldu. Hüseynin prodüseri kimi çalışırdım, restoranlarda, şou-proqramlarda çıxış etməsi üçün əlimdən gələni edirdim. Amma sonra başqa prodüserlə işləməyə başladı. Ona görə mənə indi prodüser işləmək asandır. İşimi bilirəm. İşləməliyəm çünki, uşağıma çörək pulu qazanmalıyam. Üstəlik müəllimlik üzrə təhsil də almışam. Amma müəllimə işləyə bilmərəm. Heç vaxt da işləməmişəm.Təcrübə keçsəm də, işləməmişəm. Səbrim çatmır. Amma "Gilavar" la işləmək mənim üçün asandır. İki aydır işə başlamışıq artıq bir klipimiz çəkilib. Toylara getmişik, efirlərdə olmuşuq və s.

- Sona, gənc və kifayət qədər üzdə olan xanımsan. Hüseyndən sonra ikinci dəfə ailə həyatı qurarsanmı?

-O barədə hələ fikirləşmirəm. Hüseyndən sonra 2-ci dəfə ərə getməyi düşünmürəm. Bacararam ya yox bilmirəm. Onu çox sevirdim, hələ də bu sevgi qəlbimdədir. Ətrafımda dostum-tanışım çoxdur. Nəyəsə ehtiyacım olanda dost-tanış mənə kömək edir. Amma ailə qurmaq barəsində hələki düşünmürəm.

ƏFRUZƏ AĞAYEVA

"Hüseyndən sonra 2-ci dəfə ərə getməyi ..." - Hüseynin Sonası - MÜSAHİBƏ"Hüseyndən sonra 2-ci dəfə ərə getməyi ..." - Hüseynin Sonası - MÜSAHİBƏ"Hüseyndən sonra 2-ci dəfə ərə getməyi ..." - Hüseynin Sonası - MÜSAHİBƏ"Hüseyndən sonra 2-ci dəfə ərə getməyi ..." - Hüseynin Sonası - MÜSAHİBƏ"Hüseyndən sonra 2-ci dəfə ərə getməyi ..." - Hüseynin Sonası - MÜSAHİBƏ"Hüseyndən sonra 2-ci dəfə ərə getməyi ..." - Hüseynin Sonası - MÜSAHİBƏ"Hüseyndən sonra 2-ci dəfə ərə getməyi ..." - Hüseynin Sonası - MÜSAHİBƏ"Hüseyndən sonra 2-ci dəfə ərə getməyi ..." - Hüseynin Sonası - MÜSAHİBƏ"Hüseyndən sonra 2-ci dəfə ərə getməyi ..." - Hüseynin Sonası - MÜSAHİBƏ"Hüseyndən sonra 2-ci dəfə ərə getməyi ..." - Hüseynin Sonası - MÜSAHİBƏ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 6864   Tarix: 15 mart 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kənan MM çəkiliş zamanı aktrisanı VURDU- VİDEO

Teleməkanın yerli seriallarında olan "Gizli yara"nın çəkilişləri zamanı maraqlı hadisə yaşanıb. -a istinadən xəbər verir ki, ekran işində əsas rolları canlandıran Kənan MM (Mahmudov) ilə Ülfət Bəşirin səhnəsindən olan kadr gündəm olub. İkilinin gərgin anlarını canlandıran səhnədə rejissor aktrisay

26.03.2024 1157
.

Röyadan Elnarəyə cavab

Xəbər verdiyimiz kimi, müğənni Elnarə Xəlilova uzun müddətdir qalmaqal yaşadığı Xalq artisti Röya Ayxanla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçinin həmkarının konserti ilə bağlı paylaşımı Röya instaqram hesabında yayımlayıb. O, Elnarəyə "Əcəb edib. Şərh yazıb fikrimi bildirdim. Əcə

10:26 0
.

Aparıcı "Niva" ilə Bakıdan Çinə gedir

Aparıcı Fərid Rəsul maraqlı bir addım atıb. Axşam.az xəbər verir ki, "Yenə adi günlərdən biri" adlı layihə edən Fərid "Niva" markalı maşınla Bakıdan Çinə yola düşüb. Fərid bundan əvvəl Avropadan İran vasitəsi ilə Çinə getməyi plnlaşdırıb. Amma İran sərhəddində onu buraxmadıqları üçü

25.03.2024 827
.

Sevgiləri 9 ay çəkdi

Türkiyəli müğənni Burayla aktrisa sevgilisi Ezgi Şenler ayrılıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı aktrisa müsahibəsi zamanı verib:. "Hər münasibət eşqlə başlayıb, sonlana bilir. Aramızda bəzi anlaşa bilmədiyimiz məsələlər oldu, danışaraq bitirmək qərarı aldıq

24.03.2024 583
.

Xanımı Kadir İnanırın son vəziyyətini açıqladı

"Təbii ki, hələ də yorğundur, zamana ehtiyacı var. Ziyarətimdə məni tanıması, əlimdən tutması kimi müsbət reaksiyaları oyanış prosesinin davam edəcəyinə ümid verdi". "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Kadir İnanırın 23 illik həyat yoldaşı Jülide Kura

28.03.2024 450
.

"Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"

"Bütün verilişləri izləyirəm. ATV-də baş redaktor olmuşam, alışqanlığım var: bütün verilişlərdən xəbərim olmlıdır. "Bizimləsən" uzun illərdir yayımlanır. Zaur və komandasının yardım etdiyi qədər xəstə heç bir proqramda olmayıb". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Günay Baxşəliyev

26.03.2024 590
.

"Sonradan soyunanda göz öyrəşmir"

Aparıcı Elnarə Təhməzova yeni paylaşımı ilə diqqət çəkib. OLAY yazır ki, o, feysbukda müzakirəli status paylaşıb. "Bir var əvvəldən soyunursan, bir də var sonradan. Göz öyrəşmir. Sonradan olunan heç nə maraqlı gəlmir", - deyə, aparıcı vurğulayıb

28.03.2024 287
.

"3-4 müğənninin təbliğatını aparırsınız?" - Nuradan aparıcıya etiraz

"Özümə söz vermişəm, bundan sonra heç bir müğənni ilə bağlı suala cavab verməyəcəyəm. Elə bil bütün verilişlərə pul veriblər ki, eyni müğənnilər haqqında hamıya sual verirlər". Axşam.az xəbər verir ki, bunu müğənni Nura Suri "Rəngarəng səhər" verilişində deyib. Sənətçi aparıcı Ayse

24.03.2024 504
.

Dəhşətli hücumda zərər çəkənlərə 1 milyon ianə etdi

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) Moskvada "Crocus City Hall" ticarət mərkəzində silahlı insident zamanı əziyyət çəkənlərə maddi yardım edib. Axşam.az xəbər verir ki, sənətçi Rusiya Qırmızı Xaç Cəmiyyətinə 1 milyon rubl (18451manat) ianə edib. Bu haqda ifaçı sosia

24.03.2024 793