Bakıda küçənin ortasında ayaqüstü qumarxana - VİDEO - FOTO

Bakıda küçənin ortasında ayaqüstü qumarxana - VİDEO - FOTOSon günlər Bakıda loto-qumarxanalar, kazino kimi fəaliyyət göstərən obyektlər çoxalıb. 9 ildən sonra yenidən kazino oyunları gündəmdədir.

BiG.AZ musavat.com-a istinadən bildirir ki, qanunla qadağan olunsa da, qumarxanalar paytaxtın mərkəzi küçələrində açıq-aşkar fəaliyyət göstərirlər.

Bəs görəsən, qanunla fəaliyyət göstərən "Azərlotereya" ASC-nin satdığı bilet oyunlarının gizlində fəaliyyət göstərən loto-qumarxanalardan nə kimi fərqi var? Ümumi götürəndə oxşar və fərqli cəhətər olsa da, oyunun sonunda hər ikisi eyni cür nəticələnir. İnsanlar bir neçə dəqiqədə yüzlərlə manat pul uduzurlar.

Televiziya kanallarında canlı yayımla həftənin 3 günü lotereya oyunları keçirilir. Tirajda avtomobil, mənzil, iri və xırda pul uduşları olur. Biletin bir ədədi isə 1 manatdır. Bir insan maksimum 1 və ya 5 ədəd bilet alır. Uduzanda isə cəmi 4-5 manat pul itirir. Növbəti dəfə oynamaq üçün isə gələn həftənin eyni gününü gözləməli olur. Yəni, bu oyunlar insanları müflis etmir, daha çox əyləncə və maraq yaradır.

Lakin "Azərlotereya"nın "Qoşa şans" adlı lotereya bileti digərlərindən fərqlənir. Adam bu oyunda bir neçə dəqiqə ərzində 100-150 manat pul uduza bilər. Qanunla icazəli olsa da, oyun yüzlərlə adamı mədəni şəkildə "soyur". Varlanmaq niyyəti ilə gələnlər isə təbii ki, kasıb sinfin nümayəndələridir.

"Neftçilər" metrostansiyasının ətrafında, əhalinin sıx toplaşdığı yerlərdə fəaliyyət göstərən bilet satıcılarına rast gəlinir. "Şansını sına, sən də qazan" kimi şirnikləşdirici sözlərlə ətrafdakıları cəlb etməyə çalışırlar. Bir qədər yaxınlaşıb, oyunun gedişini izləyirik. Oyunun qaydası çox sadə və gəlirlidir.

Biletin üzərində qapalı olan rəqəmləri silirsən və aşağıdakı xanalardakı rəqəmlərlə tutuşdurursan. Əgər istənilən xanadakı hər hansı eyni rəqəmlə uyğun gələrsə, bilet uduşlu sayılır. Əks halda 15-20 saniyə içərisində 2 manat uduzursan. Bileti alıb, pozmaq cəmi yarım dəqiqə çəkir. Şansını yoxlayanlardan bir neçə dəqiqə ərazində 50 və 200 manat uduzanlar da oldu. Biletin uduşu isə 2 manatdan, 50.000 manata qədərdir.

Cibinin son manatını da bu oyunda uduzan gənclə söhbət etdik. Deyir ki, belə oyunlarda bəxti gətirsə də, bu dəfə uduzub: ""Qoşa Şans" lotereyasını çoxdandır ki, oynayıram. Bir dəfə 50 manat udmuşdum. Qalan vaxtlarda isə 2-3 manat udmuşam. İçimdə bir hiss var ki, 50000 manatı udacam. Hər dəfə işdən çıxandan sonra oynayıram".

"Bəs nə qədər uduzmusan?" sualına isə gülərək cavab verdi: "Çox... Udduğumdan çox uduzmuşam".

Lotereya satan şəxs isə bildirdi ki, biz heç kimi məcbur etmirik: "Digər biletlər kimi bu bilet də satılır. Gün ərazində yüzlərlə adam alır. Oyunun nəticəsi tez bəlli olduğu üçün elə burada oynanılır. Çox sadədir. Alırsan və pozursan. Bu oyunda çox udanlar olub. Əgər uduşlar böyük məbləğdə olarsa, "Azərlotereya"ya müraciət edilir. Mən 2000 manata qədər olan uduşu qəbul edə bilirəm. Oyunda isə heç kimi məcbur etmirik. Ağlın varsa, oynama..."

Müşahidə etdiyimiz maraqlı bir məqam da odur ki, lotereya bileti alan şəxslər Allahın və müqəddəslərin adını çəkərək, onu yoxlayırlar.




BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2000   Tarix: 14 mart 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

20:15 57
.

İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı

Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara

10:35 492
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

16:28 420
.

Nəsib Quliyev dəfn edildi

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

14:10 635
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

24.04.2024 502
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

20:00 90
.

Elmira Süleymanova vəfat etdi

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat veriblər. Bildirilib ki, E.Süleymanova günorta saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ild

14:16 665
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

14:29 667
.

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 23 nəfər tutuldu

Türkiyə İŞİD-ə qarşı əməliyyat keçirib. BİG.AZ xəbər verir ki, hadisə xüsusi xidmət orqanları tərəfindən qeydə alınıb. Əməliyyat zamanı 23 nəfər saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri məlumat yayıb. "Ölkənin 7 vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı il

16:57 119