"Ailə qurmağa hazırlaşıram" - Elşən Orucov

"Ailə qurmağa hazırlaşıram" - Elşən Orucov"Bozbash pictures"dən daha çox Fəlakət kimi tanıyıb, sevdiyimiz aktyor Elşən Orucovun BiG.AZ-a müsahibəsini təqdim edirik:

-Elşən, bu yaxınlarda "Axırıncı yol" filminin qala gecəsi keçirildi. Filmlə bağlı təəssüratlarınız ?

-"Axırıncı yol" gözlədiyimizdən də yaxşı nəticəni verdi. Bəlkə də bunu deməməliydim. On gün ərzində haradasa 40 mindən çox göştəriş olub, bu çox superdir. Sevinirəm ki, filmimiz haqqında hələ ki, pis fikir bildirən olmayıb. Təbii ki, bu da müsbət haldır. Gələcək yeni bir filmimizi ortaya qoymaq üçün bizə təkan verəcək. İnanıram ki, növbəti filmimiz bundan da uğurlu olacaq.

-Bəlkə də eşitmisiniz, filmin bəzi hissələrini "Oğlan evi" filminə bənzədiblər...

-İlk dəfədir ki, sizdən eşidirəm. İstər türk filmi olsun, istərsə xarici komediya janrında olan filmlər bir-birinə oxşayır. Mümkün deyil ki, oxşarlıq olmasın. Bizim filmdə də polis səhnələri var idi, həmin filmdə də . Bu təbiidir. Əgər xırdalasaq, bütün filmlərdə bu oxşarlıq var. Ona görə də, siz dediyiniz oxşarlıq fikri ilə razılaşmıram. Əsas odur ki, film tamaşaçı üçün bir əyləncədir. Tamaşaçı filmə baxıb əylənirsə, bizə bu kifayətdir.

-"Bozbash pictures" komandasının bir-birinə münasibət necədir?

-Çox isti münasibətimiz var. Əvvəllər çox yaxın dost olmuşuq. Azər sinif yoldaşım, İlkin isə qrup yoldaşım olub. Ramil ilə işə bir başlamışıq. İşimizin uğurlu olmağının əsas səbəbi elə budur. İşimiz dostluğumuzun təməli üzərində qurulub. Ona görə də bizim aramızda, ailədə olan söz söhbətlərdən başqa, böyük bir söz-söhbət olmur. Bir-birimizə güzəştə getməyi bacarırıq. Ən azından bir-birimizin hörmətini saxlayırıq.

-Ən çox "Fəlakət" obrazı sevildi... Bu Elşən Orucovun fərqliliyi idi yoxsa necə?

-Mən bunu onlardan fərqlənmək kimi qəbul etmədim. Bu "Fəlakət" obrazının uğuru idi. Kollektivdə hansısa obraz irəli gedirsə, biz oturub onu müzakirə edirik. Bu kollektiv işidir. Bu hamımızın uğurudur, təkcə mənim yox. Tamaşaçı bir obrazı sevirsə, həmin obrazı tamaşaçının əlindən almaq düzgün deyil.

-Bəlkə bu sizin təvazökarlığınızdan irəli gəlir?

-Yox, mən bilirəm ki, dostlarım da mənim kimi düşünür. Çünki, Fəlakət obrazının bu qədər məşhur olacağı hamımız üçün gözlənilməz oldu. Biz oturub müzakirə də edirik, hansı obraz daha uğurlu alınacaq və s. Misal üçün hazırda yeni serialımız efirə gedir, "Palata 106 ". Mən orda türk obrazını canlandırıram. Sizə bir şey deyim ki, "Bozbash pictures"in çəkilişlərinə başlayanda da, bizim haqqımızda, müxtəlif fikirlər səsləndirirdilər. "Bu nədir? Biz bunu bəyənmədik" kimi fikirlər yazırdılar. Amma bu bizi ruhdan salmırdı. Getdikcə "Bozbash pictures" doğmalaşdı və hər kəsin evinin sevimlisinə çevrildi. Onunla razıyam ki, serialımız "Bozbash pictures" filmindən tam fərqli formatdadır. Gələcəkdə bu filmin hansı yerdə olacağı bilinmir. Bir şeyi etiraf edim, "Bozbash pictures"ə o qədər sevgi var ki, tamaşaçı bizi "Palata 106" serialına qısqanır. Bu da təbii bir şeydir. Serial efirə gedəndə ilk həftə elə reaksiya verdilər ki.. Amma bu da təbii bir şeydir. Ümid edirəm hər şey yaxşılığa doğru olacaq.

-Elşən Orucovu "Bozbash pictures"dən ayrılıb, fərdi şəkildə fəaliyyətini görə biləcəyikmi?

-Ola bilər. Gələcəkdə yaxşı bir rol təklif edilsə, inandığım rejissor olsa, bilsəm ki, o da mənə inanır, 100 faiz həmin filmdə çəkiləcəm. Gələcəkdə hər şey ola bilər.

-Bəs Elşən Orucov hansı obrazı canlandıra bilməz?

-Bir az çətin sualdır. Əgər rejissor mənə ssenari təqdim eləsə, həmin obrazda özümü görməsəm, canlandıra bilməyəcəm. Mənfi obrazı da canlandırmağa hazıram, mənə elə gəlir ki, ən çətin rol, mənfi obrazı canlandırmaqdır.

-Şəxsi həyatınızda hansı yeniliklər var?

-Hələki bir yenilik yoxdur. Amma yaşım artıq çatıb. Yaxın gələcəkdə ailə qurmağa hazırlaşıram.

Mirvari Nəcəf


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2351   Tarix: 14 mart 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564