Türkiyə kinomatoqrafiyasının ən yaxşı 10 FİLMİ - VİDEO

Türkiyə kinomatoqrafiyasının ən yaxşı 10 FİLMİ - VİDEOTürkiyənin məşhur ədəbiyyat jurnallarından biri olan Notos ötən ay Türkiyə kinomatoqrafiyasının ən yaxşı 40 filmini seçdi. Film və ədəbiyyat sahəsindən olan 383 incəsənət adamının səsi ilə 287 film arasında "ən yaxşı 40 film" siyahısı hazırlandı.

Sizi həmin siyahıda yer alan ilk 10 film ilə tanış edirik.

10. Sürü (1978)

Zeki Ökten’in çəkdiyi, baş rollarında Tarık Akan, Tuncel Kurtiz, Melika Demirağ’ın oynadığı 2011-ci il Altın Portakal Festivalında "Geç Gelen Altın Portakal" mükafatını almışdı.

9. Susuz Yaz (1963)

Berlin və Meksika film festivallarına mükafat almış filmin baş rollarında Erol Taş və Hülya Koçyigit var. Necati Cumalı’nın hekayəsinə əsasən çəkilib.

8. Selvi Boylum Al Yazmalım – 1977

Çingiz Aytmatovun romanı əsasında çəkilmiş, Kadir İnanır və Türkan Şoray’ın baş rollarda oynadığı film hələ də öz aktuallığını qoruyub saxlayır. Güclü hekayə, əla rejissor işi və çox sevilən iki insanın baş rolları ifa etməsinin filmə çox effektiv təsir göstərib.

7. Anayurt Oteli (1987)

Macit Koper, Şahika Tekand, Serra Yılmaz kimi aktyorların yer aldığı bu Yeşilçam filmi Yusuf Atılgan’ın eyni adlı kitabı əsasında çəkilmişdir.

6. Masumiyyet (1997)

Demək olar bütün yerli (Türkiyə) festivallarda mükafat alan Zeki Demirkubuz filmi.

5. Muhsin Bey (1987)

Şener Şen və Uğur Yücel’in zirvəyə yüksəldiyi film olaraq da tanınan Yavuz Tuğrul filmi.

4. Sevmek Zamanı (1965)

Rəngləmək üçün girdiyi evin divarında rəsimi asılan qadına aşiq olan Halil’in hekayəsi.

3. Umut (1970)

Türk filmoqrafiyasının "Çirkin Kral"ı Yılmaz Güneyin filmi. Özü ilə bərabər Tuncel Kurtiz, Osman Alyanak, Enver Dönmez də filmdə rol alıb.

2. Bir Zamanlar Anadoluda (2011)

2011-ci il Canees festivalında mükafat alan Nuri Bilge Ceylanın ən yaxşı filmlərindən biri. Yılmaz Erdoğan, Taner Birsel, Ahmet Mümtaz Taylan kimi aktyorlar da filmdə var.

1. Yol (1982)

Şerif Görən və Yılmaz Güney’in rejissorluq etdiyi, Tarık Akan, Şerif Sezer, Halil Ergün, Necmettin Çobanoğlu kimi aktyorların oynadığı, Cannes Film Festivalında "Palme d’ Or" mükafatı alan film siyahının zirvəsindədir.

pahoo.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 11733   Tarix: 12 mart 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740