Kosmos haqqında sizi mat qoyacaq 10 məlumat - FOTO

"Cosmos: A Spacetime Odyssey" məşhur sənədli filmlər seriyası sayəsində biz kosmos haqqında bir-birindən maraqlı məlumatlar alırıq. Bu məlumatlar hərdən o qədər inanılmaz olur ki, onları oxuduqda və ya izlədikdə ağzımız heyrətdən açıq qalır.

1. Kainat üçün bəşəriyyət yeni doğulmuş körpə kimidir

Kosmos haqqında sizi mat qoyacaq 10 məlumat - FOTOKainatın formalaşdığı təxmini zaman ilə bəşəriyyətin formalaşdığı zamanı müqayisə etdikdə bəşər tarixinin o qədər də qədim olmadığını, tam əksinə gənc olduğunu görürük. Bir sözlə, kainat üçün biz olduqca yeniyik.

2. Günəş sistemində Yerdən başqa yağış yağan digər məkan

Kosmos haqqında sizi mat qoyacaq 10 məlumat - FOTOSaturnun peyki olan Titan’da, eynilə Dünyadakı kimi çaylar, göllər və sahil zolaqları mövcuddur. Üstəlik burada yağış da yağır. Lakin bu yağışlar Yerdəki yağışlarla eyni deyil. Titanda yağışlar metan və etandan yaranır. Dünyada bu elementlər qazı yaratdığı halda, Titanda isə maye halındadırlar. Bura o qədər soyuqdur ki, su ancaq buz kütləsi halında mövcuddur.

3. Quyruqlu ulduzların quyruğunun sirri

Kosmos haqqında sizi mat qoyacaq 10 məlumat - FOTOQuyruqlu ulduz dediyimiz şey əslində kainatda azad şəkildə dolaşan meteordur. Günəş sisteminə daxil olan və Günəşin cazibə qüvvəsinə tuş gələn meteorun Günəşə yaxınlaşdıqca buzu əriyir və üzərindəki qaz və tozlar ondan aralanaraq, arxasınca sürünür. Beləliklə də, möhtəşəm görüntü yaranır. Baxacağımız ən yaxın quyruqlu ulduz hadisəsi isə 2061-ci ildə baş verəcək.

4. Göy üzündə gördüyünüz ulduz işıqlarının çoxu "ruh"dur

Kosmos haqqında sizi mat qoyacaq 10 məlumat - FOTOİşıq sürəti məsələsinə heç girmirik. Bu onsuz da hamımızın bildiyi kimi, kainatdakı demək olar ki, ən sürətli şeydir. Göy üzündə görmüş olduğunuz ulduzların işıqları bizə çatana qədər, işığın möhtəşəm sürətinə baxmayaraq, bəziləri artıq çoxdan yox olmuş olur. Əslində göy üzünə baxanda bir növ keçmişi izləyirsiniz. Bu səbəbdən də, teleskopa zaman maşını da deyilir! Bax, bu bir az qorxunc səslənir.

5. Hamımız ulduz tozuyuq

Kosmos haqqında sizi mat qoyacaq 10 məlumat - FOTORənglərin formalaşması şüaların dalğa uzunluqları ilə bağlıdır. Amma, rənglərdə daha böyük bir sirr var. Spektr xətləri, yəni rənglərin prizmadan keçiriləndə içində görünən barkoda oxşayan xətlər, işığın hansı atomu saxladığı barədə bizə məlumatlar ötürür. Beləliklə də, uzaqdan gələn şüaların tədqiqi ilə planetlərin atom molekullarının nədən ibarət olduğu müəyyənləşdirilib. Bütün kainat eyni elementlərdən ibarətdir. Yəni hər birimiz ulduz tozuyuz. Əla səslənmirmi?

6. Əslində bir-birimizə heç vaxt tam mənada toxuna bilmirik

Kosmos haqqında sizi mat qoyacaq 10 məlumat - FOTOYəqin ki, bu məlumat sizdə çaşqınlıq yaratdı. Atomların ətrafında nüvəsini qoruyan güc sahələri, yəni elektron buludlar var. İki atom nüvəsi heç vaxt bir-birinə toxuna bilmir. Yaxınlaşır, lakin görünməz güc sahələri bir-birini itələyir. Sadəcə toxunma hissi yaranır.

7. Dünyanın yaşı qurğuşun ilə hesablanıb

Kosmos haqqında sizi mat qoyacaq 10 məlumat - FOTOƏlbəttə, işlədilən qurğuşundan deyil, qurğuşun elementindən bəhs edirik. Başdan başlayaq: Yerin yaşını hesablamaq üçün Dünyanın quruluşundan bəri var olan bir şey tapmalıydıq. Ancaq bu mümkün deyildi və ya heç vaxt əmin olmaq olmurdu. Elə isə bunun üçün ən uyğun şey meteor hesab edildi. Bir Meteor təhlil olunsa və nə qədər müddət mövcud olduğu hesablansa, kainatın yaşı da müəyyən edilə bilərdi. Ancaq bir problem var ki, elementlərin atomları zaman ərzində dəyişir və başqa bir elementə çevrilirdi. Tək bir element istisna olmaqla – qurğuşun. Beləliklə də, Meteor içindəki Qurğuşun miqdarı hesablanaraq, Dünyanın yaşı da hesablanıb.

8. Günəş Yeri Udacaq!

Kosmos haqqında sizi mat qoyacaq 10 məlumat - FOTOQorxdunuzmu?! O zaman rahatlaşın, çünki bu təxminən bir milyard il sonra baş verəcək. Günəş "ölməmişdən" dərhal əvvəl öz ölçünün yüz dəfə artığı qədər şişəcək. Bəlkə də o vaxta qədər bəşəriyyət başqa qalaktikalarda həyat tapar.

9. Aya gedən insan sayından daha az insanın gəldiyi yer

Kosmos haqqında sizi mat qoyacaq 10 məlumat - FOTOOkeanların altında tamamilə başqa bir dünya var: sıra dağlar və yarğanlar. Dünyanın ən dərin yeri hesab edilən Mariana Çökəkliyinə gedən insan sayı, Aya gedənlərdən daha azdır. 11.000 metrdən artıq dərinlikdən söhbət getdiyini unutmayın. Təkcə Göy üzü deyil, Yerin altı da sirr olaraq qalır.

10. Kainatda bizim planetimiz bir toz dənəciyidir

Kosmos haqqında sizi mat qoyacaq 10 məlumat - FOTOPlanetimiz kainatın nəhəngliyi ilə müqayisədə bir toz dənəsindən də kiçikdir. Bütün bu müharibələr, ölkələr, mədəniyyətlər, lovğalıqlar, sevgi və nifrətlər – hamısı bu kiçik toz dənəsi daxilində baş verdi! İndi hər kəs papağını qabağına qoymalı və nəhəng kainatdakı toz dənəsində sahib olduğumuz yeganə şeyin insanlıq hissi olduğunu dərk etməlidir. Hamımız kainatdakı toz dənəsi üzərində yaşayan kiçik ulduz tozuyuq!

pahoo.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4982   Tarix: 05 mart 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877