Əsl azərbaycanlı olan 8 Milli Qəhrəmanımız - FOTOLAR

Dünyada milli mənsubiyyətdən daha əhəmiyyətli şeylər var: ədalət hissi. Bizim siyahımıza daxil edilən bu 8 Milli Qəhrəman da başqa milliyətlərə mənsub olmalarına baxmayaraq, Azərbaycanın Milli Qəhrəmanı olmaq zirvəsinə yüksələ bilib, millətimizi düşmən işğalına qarşı mübarizədə tək qoymayıblar.

BiG.AZ bu gün sizə Milli Qəhrəman olan bu unudulmaz 8 insandan bəhs edəcək:

Albert Aqarunov

Əsl azərbaycanlı olan 8 Milli Qəhrəmanımız - FOTOLARAsif Aqarunoviç Aqarunov 1969-ci il aprelin 25-da yəhudi ailəsində anadan olub. Qarabağ müharibəsi başlayarkən, Aqarunovun evə gəlib cəbhəyə könüllü yazılması xəbərini ailəsində ani çaşqınlıq yaratmışdı. Ailəsi erkən yaşda Aqarunovun həyatını riskə atmasını istəmirdi və dolayısı yolla onu müharibəyə getmək fikirdən çəkindirməyə çalışsa da, Aqarunov cəbhəyə yollandı. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikanı məhv edib. Dostlarının dediklərinə görə, düşmənin iki tankı bir-birinə yaxınlaşan zaman Aqarunov bir mərmi ilə iki tankı vurdu. Buna görə döyüş yoldaşları tərəfindən "yəhudi buterbrodu" adını alıb. Ermənilər onun başına 5 milyon rubl pul mükafatı qoymuşdular. Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.

Yuri Kovalyov

Əsl azərbaycanlı olan 8 Milli Qəhrəmanımız - FOTOLARYuri Kovalyov 29 noyabr 1965-ci ildə Göyçay rayonunda anadan olmuşdur. 1972-ci ildə ailəsi ilə birgə Rusiyanın Krasnodarvilayətinə köçmüş, 5 ildən sonra Bakıya qayıtmışdır. 1981-ci ildə Bakı şəhərinin Nizami rayonundakı Yuri Kovalyov adına 229 saylı tam orta məktəbə daxil olmuşdur. 1983-1985-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. Dənizçi olmaq arzusu ilə 1987-ci ildə Qara dəniz Donanmasında miçmanlar və praporşiklər məktəbinə daxil olub. 1990-cı ildə DİN xüsusi milis bölməsinə, XTMD "OMON" sıralarına daxil olur və tez-tez Qarabağa ezamiyyətə gedir. Ermənilər onun başına böyük məbləğdə pul qoymuşdular. 1991-ci il 3 oktyabrda digər Omonçu dostları – Sergey Barınin, Andrey Kudenin, Aleksandr Abramovla birlikdə Ağdam ərazisində Xocavənddən növbəti tapşırıqdan qayıdanda içində olduqları "UAZ"ı ermənilər fasiləsiz olaraq atəşə tuturlar. Yura həlak olur, Sergey isə ağır yaralanır. Ermənilər "UAZ"a yaxınlaşanda partlayış baş verir. Ölüm ayağında belə bir neçə düşməni məhv edirlər.

Sergey Senyuşkin

Əsl azərbaycanlı olan 8 Milli Qəhrəmanımız - FOTOLAR15 sentyabr 1957-ci il Rusiyanın Samara vilayətinin Sızran şəhərində anadan olmuşdur. 1974-cü il Sızran şəhər orta məktəbini bitirmişdir. Sergey burada Politexnik İnsitutuna daxil olur, 1975-ci ildən təhsilini Ali Hərbi Təyyarəçilər Məktəbində davam etdirir. 1979-cu ildə bu məktəbi müvəffəqiyyətlə bitirir. Sergey Mİ-8 və Mİ-24 vertolyotlarının uçuş proqramını peşəkar səviyyədə öyrənmişdi. 1 fevral 1992-ci ildən həyatını Azərbaycanla bağlayan Sergey hərbi hissə komandiri təyin edilmişdi. Azərbaycan Hərbi Hava Qüvvələrinin yaradıcılarından hesab olunan Sergey, mülki təyyarəçilərə hərbçi təlimini keçməklə yanaşı, Qarabağda gedən hərbi əməliyyatlarda iştirak edərək çox sayda erməni döyüşçüsünü məhv etmişdi. Xocalı soyqırımı zamanı xeyli dinc sakini xilas edə bilsə də, Xocalıda ağır yaralanmış və 29 fevral 1992-ci ildə həlak olmuşdur.

İqor Makeyev

Əsl azərbaycanlı olan 8 Milli Qəhrəmanımız - FOTOLAR1990-cı ildə hərbi xidmətə çağırılan İqor əvvəlcə Bakıda, sonra isə Rusiyanın Rostov vilayətində xidmət edir və burada çavuş məktəbində təhsil alır. Azərbaycanda baş verən hadisələr İqoru narahat edirdi o, təhsilini yarımçıq qoyub Gəncəyə qayıdır. Anası onun gəlişinə etiraz edəndə o, demişdi : "Ana, məni düzgün başa düş! Mən Azərbaycanda dünyaya göz açmışam, ilk addımlarımı bu torpaqda atmışam. Bura mənim vətənimdir. Özümü də bu torpağın övladı sayıram! Övlad vətəni dar gündə qoyarmı? Mən Azərbaycanı qorumalıyam, yeri gəlsə onun yolunda canımı da fəda edərəm!" İqor Makeyev belə də etdi…O, evdən xəbərsiz Bakıya gəlir Daxili İşlər Nazirliyinin qoşunlarından birinə yazılır bununla da onun cəbhə həyatı başlayır. 1992-ci il 5 iyun ermənilər Naxçıvanlı kəndinə hücuma keçmişdilər İqor burada onlarla erməni yaraqlısını məhv etdi, ermənilər kəndi tutsalar da döyüşçülərimiz əks hücuma keçərək kəndi geri ala bildilər. Ağdərə uğrunda gedən döyüşlərdə də o rəşadətlə vuruşmuşdur. İqorun son döyüşü 2 avqust 1992-ci il oldu "Vışka" yüksəkliyi uğrunda gedən döyüşdə o, Nikulin ləqəbli azərbaycanlı ilə birlikdə pulemyotla ön cərgədə gedirdilər. Onlarla erməni quldurunu məhv edən İqor 28 nəfərin mühasirədən çıxmasına imkan yaradır, özü isə qəhrəmancasına həlak oldu.

Mixail Slesaryov

Əsl azərbaycanlı olan 8 Milli Qəhrəmanımız - FOTOLARMixail Aleksandroviç Slesaryov 8 may 1955-ci ildə Rusiyanın Smolensk şəhərində doğulub. 1970-ci ildə 4 saylı Smolensk şəhər orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra, təhsilini 19 saylı texniki peşə məktəbində davam etdirib. 1971-ci ildə Smolensk Kənd Təsərrüfatı Texnikası Birliyində traktorçu işləməyə başlayıb. 1975-ci ildə Sovet Ordusu sıralarına çağırılıb. 1977-ci ildə xidmətini başa vuraraq, göndərişlə Tbilisi Gizirlər məktəbinə daxil olub. Məktəbi bitirərək, Bakıya qayıdıb. 1981-86-cı illərdə motoatıcı taqımı komandiri, 1986-99-cu illərdə mühafizə taqımının rəisi vəzifələrində işləyib. 1999-cu ildə Qobustan həbsxanasında xidməti vəzifəsini yerinə yetirərkən həbsxanada baş verən hadisə zamanı qəhrəmanlıq nümayiş etdirib. Mixail dərhal əməliyyat qrupu yaradaraq, qiyamı yatırmağa müvəffəq olub. 1999-cu ildə kiçik leytenant rütbəsi alıb. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hərbi hissəsində taqım komandiri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 1999-cu il tarixli 73 saylı Fərmanı ilə Slesaryov Mixail Aleksandroviçə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.Mixail Slesaryov 12 aprel 2014-cü ildə vəfat edib

Viktor Seryogin

Əsl azərbaycanlı olan 8 Milli Qəhrəmanımız - FOTOLAR23 mart 1944-cü ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində doğulmuşdur. Orta təhsilini Tbilisi şəhərində almışdır. 1986-cı ildə Kremençuq Mülki Aviasiya Məktəbini bitirdikdən sonra Zabrat Əlahiddə Aviasiya Dəstəsinə məxsus Mİ-2 vertolyotunun pilotu təyin edilmişdir.

Azərbaycanın hərbi aviasiyasının yaradılmasında onun böyük xidmətləri olmuşdur. İşlədiyi müddət ərzində "Əmək veteranı" medalına və "Ən yaxşı təyyarəçi" adına layiq görülmüşdür.
Azərbaycan torpaqları Ermənistan tərəfindən işğala məruz qalanda, Seryogin Viktor Vasilyeviç vertolyot heyəti tərkibində müharibə zonasına uçuşlar etmiş, əhalinin təhlükəli zonadan çıxarılmasında xüsusi fədakarlıq göstərmişdir. Rəhbərlik xidmətlərini yüksək qiymətləndirərək onu Mİ-2 vertolyotuna komandir təyin etmişdi. Viktor Seryogin bir komandir kimi Ağdam, Şuşa, Ağdərə rayonları ərazisində aparılan döyüş əməliyyatlarının fəal iştirakçısı olmuşdur. Komandiri olduğu vertolyot erməni yaraqlıları tərəfindən dəfələrlə atəşə tutulduğundan, zədələnmişdi. Lakin bu zədələr Viktoru qorxurtmurdu. Heyət üzvləri cəsur komandirin rəhbərliyi altında çox qısa müddətdə, bəzən döyüş gedə-gedə vertolyotu təmir edib, verilən tapşırıqları uğurla yerinə yetirirdilər.

28 yanvar 1992-ci il... Viktorun son uçuşu... Heyət Şuşa-Ağdam marşrutu ilə sərnişin aparırdı. Bir neçə dəfə əhalini təhlükəsiz zonaya çatdıran Mİ-2 vertolyotu Şuşa yaxınlığında düşmən tərəfindən atəşə tutulur. Cəsur komandir sərnişinləri xilas etmək üçün alova bürünmüş vertolyotu, çətinliklə də olsa, kənara yönəldə bilir. Bununla da itkinin qarşısını alır, özü isə heyət üzvləri ilə birlikdə həlak olur.

Ailəli idi. İki qızı yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Seryogin Viktor Vasilyeviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Anatoli Davidoviç

Əsl azərbaycanlı olan 8 Milli Qəhrəmanımız - FOTOLARAnatoli Davidoviç 28 mart 1965-ci ildə Belarus Respublikasının Slutsk şəhərində hərbçi ailəsində dünyaya göz açmışdır. 1989-cu ildə Ukraynadakı Sumı Ali Hərbi Artilleriya Məktəbini bitirib, SSRİ-nin Almaniyadakı Qərb qoşun qrupunda, Zaqafqaziya Hərbi Dairəsində qulluq edib. 1992-ci ilin iyununadək SSRİ, sonra isə Rusiya ordusunda xidmət etmişdir. Mayor rütbəsinə yüksələn Anatoli sonrakı həyatını Azərbaycan ordusu ilə bağlayır. "N" saylı hərbi hissədə artilleriya qərargahının rəisi idi. O Azərbaycan Silahlı Qüvvələrinin möhkəmləndirilməsində böyük tövhələr verir. 1992-ci il Ağdam rayonunda qızğın döyüşlər gedirdi… Anatoli bu döyüşlərdə əsl qəhrəmanlıq göstərirdi. AnatoliAğdamda gedən döyüşlərdə ağır yaralanır, onu xilas etmək mümkün olmur. Xeyli qan itirdiyindən həkimlərin səyi nəticə vermir. Anatoli 13 iyun 1992-ci il Bakı şəhər Mərkəzi Hospitalında gözlərini əbədi yumdu.

Yevgeni Karlov

Əsl azərbaycanlı olan 8 Milli Qəhrəmanımız - FOTOLAR1960-cı il may ayının 31-də Tula vilayətinin Dubovka qosəbəsində anadan olmuşdur. Orta təhsilini doğma yurdunda almışdır. 1 avqust 1977-ci ildə Uzlov rayon Hərbi Komissarlığı tərəfindən ordu sıralarına çağırılmışdır. Y.Karlov ordudan tərxis edildikdən sonra Sızran Ali Hərbi Təyyarəçilər Məktəbinə daxil olur. 1984-cü ildə təhsilini başa vurub, təlimatçı-təyyarəçi kimi çalışmağa başlayır. O, öz peşəsini qəlbən sevirdi.
Azərbaycan Respublikası Silahlı Qüvvələri yarandığı vaxt o, burada xidmət etməyi qərara alır. Əvvəlcə Səngəçalda yerləşən 54314 saylı hərbi hissədə, sonra isə Bakıda yerləşən 843 saylı hərbi hissədə təlimatçı pilot işləyir.

Milliyyətcə rus olmasına baxmayaraq, ermənilərin Azərbaycana qarşı elan olunmamış müharibəsi onu da hiddətləndirmişdi. O, bu ağır günlərdə Azərbaycan xalqına bacardığı hər cür köməyi göstərməyə çalışırdı. O, xidmət etdiyi hərbi hissənin tərkibində dəfələrlə Ağdam, Ağdərə, Füzuli bölgələrində gedən ağır döyüşlərdə iştirak etmiş, igidlik nümunələri göstərmişdi. 1992-ci il aprel ayının 11-i kapitan Yevgeni Karlovun həyatının ən faciəli və son günü oldu... O, Füzuli istiqamətində gedən döyüşdə qəhrəmancasına həlak oldu.
Ailəli idi. İki övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Karlov Yevgeni Nikolayeviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür

Doğulduğu Dubovka qəsəbəsində dəfn edilmişdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 3573   Tarix: 27 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Deren Talu və Serenay Sarıkaya arasında QALMAQAL - "O sənin ögey anandır"

Gündəmdən düşməyən Serenay Sarıkaya və Cem Yılmaz cütlüyü ilə bağlı yeni xəbər var. türk mediasına istinadən xəbər verir ki, bu dəfə yeni bir iddia Cem Yılmazın keçmiş sevgilisi Defne Samyelinin qızı Deren Talu tərəfindən irəli sürülüb. Bir şampun brendinin çəkilişinə dəvət edilən Deren Talu həmin təklif

26.08.2020 5459
.

Bu aktrisanı Ebru Gündeşə BƏNZƏTDİLƏR - FOTO

Türkiyənin sevilən aktrisası Hazar Ergüçlüdən yeni xəbər var. türk mediasına istinadən xəbər verir ki, sosial mediada aktrisanın keçmiş fotosu yayılıb. İzləyicilər həmin fotoda Hazarın çox dəyişdiyini deyiblər. Hətta onlar arasında aktrisanı ifaçı Ebru Gündəşə bənzədən də olub. Fidan Bayramova

18.09.2020 3764
.

"Bir insanla hər şey dəyişir..." - Aysun - FOTO

Müğənni Aysun İsmayılova sosial mediadakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki. müğənni instaqram hesabında yeni fotosunu paylaşıb. O. fotoya: "Hər şey dəyişir.bəzən zamanla, bəzən də bir insanla" sözlərini yazıb. Sözügedən fotonu təqdim edirik:

06.08.2020 3548
.

"PANDA BOYA" dan möhtəşəm hədiyyə – "iPhone 11" – Video

Ölkənin ən böyük rəng kataloquna malik "Panda Boya" məşhur ulduzlardan biri ilə müqavilə imzalayıb. Hələlik, adı açıqlanmayan ulduz "Panda Boya"nın yeni siması olacaq. Bu barədə şirkətin Marketinq direktoru Müşviq İskəndərov məlumat verib. M. İskəndərov bildirib ki, "Panda Boya"

25.09.2020 2518
.

"Los-Anceles və Brüssel təxribatlarının əmrləri İrəvandan verilib"

"Dağlıq Qarabağda erməni separatçılığı 1987-ci ildə baş qaldırdı, Xankəndidə və İrəvanda mitinqlər başlayaraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi şüarları səsləndirildi. Azərbaycan cəmiyyəti ermənilərin təxribatına hazır deyildi, keçmiş SSRİ rəhbərliyinin erməni təxribatına adekvat cava

24.07.2020 977
.

ŞAD XƏBƏR: Bu şəxslərə MÜAVİNƏT TƏYİN OLUNDU

Bu ilin əvvəlinədək və cari ilin ötən dövründə pensiya yaşına çatan, lakin pensiya hüququ yaranmayan 23 min şəxsə yaşa görə müavinət təyin olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən -a verilən məlumata görə, bununla həmin vətəndaşlar əvvəlki qanunvericilikdə nəzərdə tutulan yaş hədlərin

11.09.2020 3286
.

"Qızlar açıq geyimdə İnstaqrama şəkil qoyurlar, onun atası hara baxır?"

"12-13 il ərzində, sənətdə olduğum ərəfədə belə video çəkməmişəm. Ürəyim doludur. Maşınla evə qayıdanda polis bizi saxladı, tanışım idi. 8 Martda video paylaşmışdım ki, qədrinizi bilin, kişilərə aldanmayın. Polis soruşur ki, niyə belə demisən? Soruşuram ki, ola bilməz ki, kiməsə yalan vəd verməmisən

15.08.2020 1681
.

Gözaltı kölgələrin yaranma SƏBƏBİ

Bir çoxları gözlərinin altındakı göyərmə, tündləşmə, qaralmadan əziyyət çəkir. Bəzən bunu yorğunluq, qanazlığı, böyrək xəstəlikləri ilə bağlayırlar. -a istinadən bildirir ki, bu problemin səbəbi K vitamininin çatışmaması ola bilər. K vutamini də A və E kimi cavanlıq, dəri və gözəllik vitaminidir. Onu

17.08.2020 2081
.

BŞTİ-də vətəndaşların qəbulu avqustun 31-dək dayandırılır

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ

04.08.2020 687