"İlhamə xəstədirsə sağaldın, sağlamdırsa, susdurun!"

"İlhamə xəstədirsə sağaldın, sağlamdırsa, susdurun!""İlhamə Quliyevanın xəmiri yalanlarla yoğrulub. Mən indiyənə kimi onun nə rəngini, nə rəyini, nə də addımlarına münasibətini başa düşürəm. Deyir ki, o məhkəmədə qərar çıxarılan pulu guya mənə bağışlayıb. Bu boyda yalan? 3000 yazılan cəriməyə görə hər ay məndən 50-60 manat indiyə qədər "alment" alır. Bu söhbəti eşidəndən sonra Yaqutumu göndərdim ki, arayış gətirsin.Yalandan danışır ki, o pulları mənə bağışlayıb".

Bu sözləri "Qafqazinfo"ya açıqlamasında xalq artisti Flora Kərimova müğənni İlhamə Quliyevanın müsahibəsində adını hallandırmasına cavab olaraq deyib:

"İş ki, qaldı anasına bütün Azərbaycan İlhamənin anasını döydüyünü bilir. İndiyənə kimi anana olan münasibətini qonşuları, yatdığı xəstəxana, birlikdə iştirak etdikləri məclislər danışır. Hətta Faiq Ağayevin toyunda özüm şahid olmuşam. Anası durub gedəndə yıxıldı, o özünü görməməzliyə vurub, yanından keçdi. Anasını yerdən özgə adamlar qaldırdı. Anasına əl uzatmağı özünə sığışdırmayıb, yan keçdi. Sən təbiətini və tərbiyəni kimlərdən gizlədirsən? Bu hərəkətlərinin şahidi olan millətdənmi, xalqdanmı? Hələ bu azmış kimi gündəmdə qalmaq üçün özünə məşğuliyyət tapdın. Uzağa getməyə lüzum yox idi, çünki bu mərkliyin növbəti qurbanın olan köməkçin Mehribanın başında çatladı".

Xalq artisti qeyd edib ki, Aygün Kazımova heç kəsdən dəstək almadan bu savaşı üzərinə götürdü:

"Aygün xanım cəngavərdir. O, tək başına, özünü düşünmədən və heç kəsdən dəstək almadan, böyük bir riskə gedib bu savaşın ağırlığının altına girdi. Aygün də, mən də bu faciəyə göz yuma bilməzdik. Qabaqlar mən danışırdım, tək idim. Sözümü deyirdim, yaltaqlar üstümə gəlirdilər. Əvvəllər İlhamə ilə dalaşır, sonra əlindən öpürdülər.

Aygün və Elzaya əhsən olsun. Bilsinlər ki, onlar heç vaxt tək olmayıblar. Aygünün millətə müraciəti oldu. Dedi ki, bu tək bizim yox, artıq millətin problemidir. Əllərini öpəndə, kompliment deyəndə guya "brilliant" üzüklər bağışlayanda başa düşmürdülər ki, İlhamə hamıdan material yığır? Anlamırdılar ki, sonra bütün bu hərəkətlər onların əleyhinə olacaq?

İlhamə ilə bir tanış olan, bir də canını qurtaran sevinir. İndi inanmıram ki, kimsə ona yaxın dura. Çünki tərbiyəsiz təbiəti artıq hər kəsə bəllidir. İlhamə, bəsdir yalan danışdın! O insanlara hədə-qorxu gəlməyin çox orijinal üsulunu tapıb.

Yeri gəldi-gəlmədi, söhbətə aid olmayan bir məqamda prezidentin və onun ailəsinin adlarını çəkir. Sən öz mənəviyyətini o qədər saf və yüksək bilirsən ki, Azərbaycanı təmsil edən, ölkə olaraq sözünü deyən rəhbərin adını çəkib insanlara xof gəlirsən? İlhamə, heç kimsən... Bu qədər yaltaqlıq olar? Sən kimsən ki, prezidentin adını çəkirsən? Kimsən ki, birinci xanımdan danışırsan? Sən kimi kimlə müqayisə edisən?

Bir çox kanal və saytlara təəccüb edirəm ki, bunun cəfəngiyyatlarını susdurmaqdansa, təbliğ edirlər. Bunu kanallar, saytlar başa düməlidir ki, sənə yaxşı münasibəti olanları iyrəndirdin, pis münasibəti olanları isə hiddətləndirdin. Bu üsyan 10 illərlə yığıldı. Axırda biz yox, Aygün, Elza yox, millət partladı və ayağa qalxdı. Bu birbaşa millətin başına oyun gətirmək, rüsvay etməkdir".

Xalq artisti vurğulayıb ki, millətin mənəviyyatı İlhamənin mənəviyyatsızlığının təpiyi altındadır:

"Millətin, xalqın mənəviyyatı İlhamənin mənəviyyatının təpiyi altındadır. Bəs siz jurnalistlər niyə qorxursuz? Siz də azərbaycanlısınız, bir vətəndaş kimi olanlar axı sizə də aiddir. Sizlər imkan verdiz, o da mənəm-mənəm deyərək durdu. Böyüyü-kiçiyi, kişini-qadını - hər kəsi şantajla qorxudur. Nə vaxtsa başıma tac qoydum. Tac da deyildi, saç aksessuarı idi. Gecəsini gündüzünə qatdı, bunu tac elədi. Bununla sənin mənəviyyatın qalxacaq, mənliyin düzələcək? Sən ordenləri heçə çevirdin, heç nə etdin. Alın təriylə o ordeni alanları da öz tərbiyəsizliyinlə alçaltdın.

İlhamə yalandan danışır ki, guya onu söymüşəm. "Nanəli" verilişində mənim ünvanıma dişindən çıxanı dedi. Biçarə Nanə xanım canlı efirdə onu susdura bilmədi. Məni milləti bilinməyən biri, nəsilsiz elədi. Mənim mənşəyim bilinmir? Deyir ki, filankəs ermənidir. Mən erməniyəm? Mən Qarabağ qışqıranda sən harda idin? Bu millətin ağlı kəsir, gözü görür, qulağı eşidir. Kimi aldatdın? İndi heç olmaya yalanlarından əl çək".

Flora xanım həmkarının köməkçisi Mehriban Hüseynovaya dəstək çıxıb:

"Köməkçin Mehribandan əl çək. Tutaq ki, onun qardaşı şəhid deyil. Qadının barmaqlıqlar arasında qalmağından ləzzət alırsan? Onu ora aparanın evində qadını, qızı yoxdu? Ailəsi yoxdu? Bilmir ki, bu qadını mənəviyyatsız bir insana görə 2-3 ayda həbsdə saxlayıb? 4-5 ay bir işi araşdırmaq olar? Əgər o dediyi kimi zəhərləmə olsaydı, xəstəxananın yekun rəyi ilə camaatın gözünü çıxardardı. Qəbul etdiyi Vitamın C-ni psixatrop dərman kimi qələmə verən İlhaməyə nə deyəsən? Əgər yadınızdadırsa, saytlarda video yayıldı. Mehriban xanım maşının içində yaxşı əhval-ruhiyyədə, gülə-gülə demişdi ki, İlhaməni Allah nə vaxt götürəcək? Canımız qurtarsın. Bax bu video əvvələr çəkilmişdi.

Daha sonra Mehriban xanım məhs o videoya görə üzr istəmişdi. İlhamə havadarları ilə bir yerdə videoların yerini dəyişdi. Bütün planlar 3 hissədən ibarət oldu.

Birinci hissə: İlhamə çıxış etdi ki, var-dövlətimi almaq üçün məni zəhərləyiblər. Bununla insanları inandırdı.

İkinci hissə: "Mehribanın üzr" videosunu böhtandan sonra camaata təqdim etdi. İnsanları inandırmağa müvəffəq oldu.

Üçüncü hissə: Üzrün əsl səbəbini, yəni maşında İlhamənin haqqında gülə-gülə dediyi sözlərin görüntülərini internetdə yaydı. Bununla da özünü ifşa etdi. Bir şey də deyim… Bilmirəm Moskvada hüquqşunaslığı necə oxuyur. Həyasızcasına növbəti yalan! Elementar bir şeyi bilmir. Heç bir notarius heç kimin əmlakını başqasının adına yazdıra bilməz. Mütləq əmlakı bağışlayanın özü və onun imzası olmalıdır. Əgər xəstədirsə, o notarius nümayəndələri həmin xəstənin evində proseduru keçirməlidirlər. Biz isə onun cəfəngiyyatlarına inanıb yazıq Mehriban xanımı cani adlandırırıq.

Demək istəyirəm ki, İlhamənin həm özü savadsızdı, həm də savadlı insanları gic yerinə qoyur. Niyə bu savadlılar səsini çıxartmır? Necə olur ki, tükü tükdən seçən polis orqanları bu fərqə varmayıb? Aylarla o bədbaxt qızı barmaqlıqlar arasında saxlayıb mənəvi, bəlkə də fiziki işgəncə verirlər. Utanmırsız? İlhamə Quliyevadan o dərəcə də qorxursuz ki, kişi sözünün mənası yadınızdan çıxıb? Sizləri nə ilə şantaj edir?. Bilmirsiz ki, insanların sizə güvəni tükənir?".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2636   Tarix: 18 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Popstar Bayhanın SON HALI - TANINMAZ HALDA + FOTO

Türkiyədə keçirilən "Popstar" yarışmasına qatıldıqdan sonra məşhurlaşan Bayhan uzun müddət sonra gündəmə gəlib. xəbər verir ki, o, ifa etdiyi "Fly Me To The Moon" mahnısını sosial media hesabında paylaşıb. Uzun müddət sonra kamera qarşısına keçən Bayhanın son halı maraqla qarşılanıb

21.04.2024 1332
.

Türk mediası Cavanşir Məmmədovun ölümündən yazdı

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün vəfat edib. Axşam.az-ın məlumatına görə, bu barədə türk mediasında da xəbərlər dərc olunub. Məlumatda Azərbaycanın tanınmış sənətçilərindən biri Cavanşir Məmmədovun 70 yaşında evində ürəktutmasından dünyasını dəyişdiyi əks olunub. Həmçini

21.04.2024 748
.

"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı

"Space TV" ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini isə kanalın rəsmisi yaxın günlərdə ödəyəcəklərini bildirdi". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zamirə Dadaşova sosial şəbəkədə yazıb

23.04.2024 197
.

Qarabaşaq yarmasını bir də bu cür bişirin - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

Bəzi insanlar qarabaşaq yarmasını bişirməzdən əvvəl isladır, bəziləri isə qızadır. xarici mətbuata istinadən xəbər verir ki, bunun qarabaşaq yarmasının formasını saxlamasına və dadını maksimum dərəcədə artırmasına kömək etdiyinə inanılır. Bundan əlavə qarabaşaq yarmasını islatdıqdan sonra bir qaşıq limo

20.04.2024 783
.

Aybəniz Haşımova: "Bir gün eşidəcəksiniz ki, mən də yoxam"

"Bir gün eşidəcəksiniz ki, mən də yoxam". xəbər verir ki, bu sözləri mərhum sənətkar Cavanşir Məmmədovun vida mərasimində Əməkdar artist Aybəniz Haşımova deyib. O, mərhum sənətçini illərdir tanıdığını vurğulayıb. "Mən balaca uşaq idim, Cavanşir müəllim "Xatirə" ansamblında qarmo

20.04.2024 1301
.

"Yalı çapkını" serialına yeni aktyor gəlir

"Yalı çapkını" serialına yeni obraz qatılacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Aktyor Nazmi Kırık serialın yeni üzvü olacaq. O, serialda Akının atası Tayyar rolunu oynayacaq

22.04.2024 1539
.

Rafael İskəndərovdan 52 yaş videosu

Əməkdar artist Rafael İskəndərovun ad günüdür. Axşam.az xəbər verir ki, 52 yaşı tamam olan aktyor bununla bağlı paylaşım edib. R.İskəndərov oğlu ilə çəkdirdiyi ad günü videosuna "Təbriklərə görə təşəkkür edirəm" qısa şərhini yazıb. Qeyd edək ki, "Bu şəhərdə"nin aktyorunun iki övlad

23.04.2024 558
.

3 uşaq anası Aysel Teymurzadə gözəlliyi ilə HEYRAN ETDİ - YENİ FOTO

"Avroviziya" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadə (Teymurzadə) sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, ifaçı yeni fotosunu instaqram hesabında yayımlayıb. Fotoda Aysel gözəlliyi ilə izləyicilərin diqqətini çəkib. Qeyd edək ki, Aysel Xalq artisti Murad Adıgözəlzadə il

21.04.2024 7222
.

"Mədəniyyət Nazirliyi məni qapıdan içəri buraxmır"

Aktyor Elməddin Cəfərov Mədəniyyət Nazirliyi ilə bağlı qalmaqallı açıqlamalar edib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə -a müsahibəsində danışıb. Cəfərov bir çox qurumlara layihələr təqdim etdiyini, lakin qəbul edilmədiyini deyib:. "O qədər etmişəm ki! Heç nazirliyin özünə buraxmadılar, şöbəd

22.04.2024 579