İlhamə Quliyevanın oğlu dostunun həbsindən danışdı

İlhamə Quliyevanın oğlu dostunun həbsindən danışdıXalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov dostu Bəkirov Vüqar Nadir oğlunun həbs edilməsi xəbərinə münasibət bildirib. Lent.az-a açıqlama verən O.Nadirov bildirib ki, dostunun həbs olunması xəbəri düzdür: "Səhərdən telefonuma saysız zənglər gəlir. Bu cür mövzulara şərh vermək istəməzdim. Allah ona kömək olsun. Hansı əməlinə görə həbs olunduğunu dəqiq bilmirəm. Ancaq onu deyə bilərəm ki, anamın keçmiş köməkçisi Mehriban Hüseynovaya görə həbs edilməyib. Yəqin başqa əməlinə görə saxlanılıb".

Qeyd edək ki, həbs edilən V.Bəkirov Yasamal rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. Vüqar Bəkirovun məhkəmə prosesi hazırda davam etdirilir. İbtidai istintaq dövründə barəsində həbs qətimkan tədbiri seçilməyən V. Bəkirov bir neçə dəfə məhkəməyə gəlmədiyinə görə, hakim Ramin Qurbanov tərəfindən bir ay bundan əvvəl axtarış haqqında qərar qəbul edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində V. Bəkirov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. O, Bakı İstintaq təcridxanasında saxlanılır.

V. Bəkirovun vəkili Elmira Məmmədova APA-ya açıqlamasında bildirib ki, Biləsuvar rayon sakini Məmmədov Oruc Bakir oğlu V. Bəkirovdan şikayət etdiyi üçün onun barəsində cinayət işi başlanılıb. Vəkilin sözlərinə görə, V. Bəkirovla bağlı hazırda 2 cinayət işi var. Onlardan birinə Binəqədi rayon Məhkəməsində , digərinə isə Yasamal rayon Məhkəməsində baxılır.

Onu da qeyd edək ki, V. Bəkirov xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun dostudur.

İlhamə Quliyevanın oğlu dostunun həbsindən danışdıİlhamə Quliyevanın oğlu dostunun həbsindən danışdı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3073   Tarix: 05 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104