Cəsədi tapılan neftçinin xanımı: "Tapılan meyitin ayaqları yoxdur, yoldaşım deyil"

Cəsədi tapılan neftçinin xanımı: "Tapılan meyitin ayaqları yoxdur, yoldaşım deyil""Dənizdə tapılan meyit tanınmaz halda idi. Sahibin bədənində Qarabağ döyüşləri zamanı dəyən güllənin izi var idi. Güllə izindən Sahibi tanımaq olardı. Amma cəsəd tanınmaz vəziyyətdə olduğundan onun Sahib olduğuna əmin deyilik".

Bunu AzVision.az-a açıqlamasında "Günəşli" faciəsində itkin düşən neftçi Sahib Şahmarovun həyat yoldaşı Könül Şahmarova deyib. O, Türkmənistan sahilində cəsədi tapılan neftçinin həyat yoldaşı olmadığını bildirib.

"Sahibin qızıl dişləri var idi. Amma tapılan cəsədin ağzında qızıl diş yoxdur. Oğlumun ağız suyundan, qanından DNK analizi götürüblər. Analizin nəticəsi bəlli olandan sonra meyitin şəxsiyyətini tanımaq mümkün olacaq. Hələ ki, bizə heç bir məlumat verilmir. Tapılan meyitin ayaqları yoxdur. Qardaşım da onun Sahib olmadığını deyir. Həmin insan kimdirsə, saçları qara rəngdədir, həm də çox gurdur. Amma mənim yoldaşımın saçları ağ və çox qısa idi. Sahib həmişə işə getməzdən öncə saçlarını kəsdirərdi".

İtkin düşən neftçinin həyat yoldaşı maddi vəziyyətlərinin çox ağır olduğunu bildirib: "Bizə verilən pulla iki uşağı necə saxlamaq olar? Evimizdə kondisioner yoxdur. Soyuqdan donuruq. Rövnəq müəllim bizimlə maraqlanmır. O, bizə baş çəksəydi, ona dərdimizi başa salardıq. Dövlət başçısı sağ olsun ki, bizə yardım elədi".
Cəsədi tapılan neftçinin xanımı: "Tapılan meyitin ayaqları yoxdur, yoldaşım deyil"Həyat yoldaşı Sahib Şahmarovun ölmədiyini, onun hələ də sağ qaldığını söyləyib: "Hiss edirəm ki, Sahib sağdır, ona heç nə olmayıb. Üstündən xeyli vaxt keçsə də biz ümidimizi itirməmişik. Allahdan ümid kəsilməz. Sahibin sağ-salamat evə qayıdacağı günü gözləyirik. O, çox çətin günlər yaşayıb. 1990-1995-ci illərdə Füzulidə, Laçında, Ağdamda, Xankəndində könüllü döyüşüb, can qoyub. Döyüşlərin birində güllə yarası alıb. Ayağını dəlib keçən qəlpə dizində böyük deşik əmələ gətirmişdi.

Bizim 11 yaşlı Məhəmməd adlı oğlumuz və 10 yaşlı Məsumə adlı qızımız var. Onlar hər gün atalarının şəkillərinə baxıb, ağlayırlar. Sahibin yoxluğu mənim üçün dözülməzdir. Uşaqların hər gün atalarını soruşurlar. Onlar atalarının işdən nə vaxt qayıdacağını soruşanda, ölürəm, ürəyim parçalanır. Cavab verə bilmirəm. Kimin cəsarəti çatıb, uşaqlara deyə bilər ki, atanız yoxdur, bir daha gəlməyəcək, ondan ümidinizi üzün. Hansı qadın istəyər ki, 32 yaşında həyat yoldaşını itirsin. Artıq gücüm qalmayıb.

Keçən ayın 6-da uşaqların ad günü idi. Demişdim ki, atanız ad gününüzə gələcək. Tort bişirdim, süfrə qurdum ki, uşaqların könlü şad olsun. Uşaqlar məndən soruşdu ki, atamız ad günümüzə niyə gəlmədi?".

Qeyd edək ki, "Günəşli" faciəsi zamanı itkin düşən neftçilərdən birinin cəsədi bir neçə gün öncə Xəzərin Türkmənistan sahilində tapılıb. Onun Qarabağ döyüşçüsü Sahib Güloğlan oğlu Şahmarov olduğu iddia edilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6485   Tarix: 02 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Taksi sürücüləri yeni qərara etiraz edir – "Onsuz da şirkətlər belimizi qırırdı"

Nazirlər Kabineti taksilərlə bağlı yeni dəyişikləri təsdiqləyib və elə həmin gündən, yəni martın 27-dən ciddi müzakirələr başlayıb. Müzakirələr əsasən taksilərə dair tələblərə yönəlib. Yeni qərara görə, buraxılış tarixi 15 ildən çox olan avtomobillərin taksi fəaliyyətinə qadağa qoyulur. Bu isə o deməkdi

15:10 0
.

Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO

Əslən Qubadan olan Xaçmaz sakini çəngəl udub. Bu barədə "Şimal news" məlumat yayıb. Belə ki, 44 yaşlı A.Ağayev bədənində ağrılar səbəbindən Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Qastroenteroloqun müayinəsindən sonra onun qarnında çəngəl olduğu aşkarlanıb. Həkim bildirib ki, yad cisi

13:01 0
.

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO

Tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş 29 kitab müəllifi, "Quran"ın rusca və azərbaycanca tərcüməçisi Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb. Bu barədə -a Fazil İsmayılovun qonşuları məlumat verib. Qonşuları bildirib ki, tanınmış ali

14:15 0
.

Quzu ətindən baha olan göbələk növü - VİDEO

Bəzi rayonlarda quzu ətindən baha olan quzuqarnı göbələyi satılır. Şabran rayonu, Gəndob-Yalama yolunun kənarında satışına daha çox rast gəlinən göbələyin qiyməti ötən illə müqayisədə artıb. Quzuqarnının yığımı və satışı ilə məşğul olan şəxslər deyirlər ki, hazırda kiloqramı 30-45 manat aralığında təkli

10:50 0
.

Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliy

14:55 0
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, b

28.03.2024 190
.

Hacı Surxay Məmmədli: "Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir" - VİDEO

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. Bu il birinci Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, martın 29-dan 30-na keçən gecəyə təsadüf edir. Qədr gecəsi Ramazan ayının ən özəl günlərindən biridir. İçərişəhər "Cümə" məscidinin axundu Hacı Surxay Məmmədli deyir ki, Qədr gecəs

10:07 0
.

İsmayıl Tamoyev Bakı həbsxanasında öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum İsmayıl Tamoyev dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır

15:21 0
.

Narkotikə anası ilə birgə başlayan Tupakın müəmmalı ölümü - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayı tarixin ən böyük hip-hop sənətçilərindən biri olan Tupak Amaru Şakura həsr olunub. Tupak Amaru Şakur 16 iyun 1971-ci ildə Nyu-Yorkda anadan olub. Doğulanda adı LesEyn Periş Kruks olub. Bu a

28.03.2024 140