Azərbaycanlı ifaçı həbs oluna bilər ... - 3 il

Azərbaycanlı ifaçı həbs oluna bilər ... - 3 il

“Kərimin üzrünü qəbul etmədim və onu bağışlamıram. Az qalıb, məhkəmənin qərarından sonra Kərim rəsmi qaydada məndən üzr istəməlidir. Kərim məndən üzr istəməsə, 3 ildən çox iş düşür ona. Axıra kimi gedəcəyəm. Çünki, mən bugün bunu etməsəm, sadə vətəndaş da İnstagramda nə istəsə paylaşar. İnadçıyam və fikrimdən dönən deyiləm. Təzminatı da təbii ki, ödəyəcək".

BiG.AZ xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Kərim onu təhqir edənlərə şərait yaratdığı üçün hökmən onda üzr istəməlidir:

"Çoxları yazır ki, “Yəqin Mehribanın cibində pulu yox idi, cibi dolacaq. İndi də cibimdə pul yoxdur, amma Kərimin puluna qalmamışam. Onsuz da o pulu xəstə birinin əməliyyatına verəcəyəm. Mən Kərimin şərəf və layəqətini alçaltmamışam. Efirlərin birində demişdim ki, Kərim Abbasov sənin şəxsi həyatınla bağlı elə bir şey deyərəm ki, Azərbaycanı tərk edərsən. Bəli, burada hansı şərəf və ləyaqətdən söhbət gedir? Bəlkə, mən deyəcəkdim ki, səni Jennifer Lopez çağırır, Azərbaycanı ona görə tərk edəcəkdin. Sabah bəlkə mən yaxşı bir şey deyəcəkdim? İnsanın qəlbi o qədər qaradır ki, başqa şeylər fikirləşir. Kərim özü bilər, fakt mən qalib gəlmişəm. Rəsmi şəkildə üzr istəməyinə gəlincə, sosial şəbəkələrdə mənim şəkilimi paylaşdı, camaatın təhqirlərinə dözdüm. İndi də istəyirəm ki, bu adam hamının qarşısında üzr istəsin. Bu adam məhkəmədən çıxıb ironiya ilə təzədən mənim şəklimi paylaşır. Mehribanı təhqir etmələri üçün şərait yaradır. Hər kəs məni sevə bilməz. Amma demək istəyirəm ki, heç kəsin ailəsinə, namusuna, qeyrətinə gedib sataşmamışam. Dəliyə yel ver, əlinə bel ver, misalı yerinə düşdü. Əllərinə bir şey düşdü, vəssalam. Hakimin qabağına qoydum Kərim paylaşan şəkili... Su içən yerdə də şəkil çəkib, İnstagrama qoyurlar. Məhkəmə telefonunu çıxardıb göstərir ki, İnstagramdan istifadə etmirəm, amma buradan gedən kimi şəkil paylaşır".

"Mənə Kərimlə reklam lazım deyil".


M.Xanlarova bildirib ki, 18 yaşından Azərbycanda Mehriban Xanlarova kimi tanınır:

"Özüm qazanmışam bu sevgini. Haqqımda nəlayiq sözlər deyən insanları Allaha həvalə edirəm. Allah hidayət eləsin. Kərimi heç vaxt bağışlamaram”.

Mirvari Nəcəf

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 4374 Tarix: 02.02.2016
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Cesika
Cesika 03.02.2016
Buda harda dava var ordadi
Zamansiz ve vaxtsiz gelen sevinclere ehtiyacim var
■☆■☆■☆■☆■☆■☆■☆
♢♢♢♢♢♢♢♢♢♢

 
yasin_207
yasin_207 02.02.2016
bu mehribandi nedi ozun ne hesab edir axi zehlem getmiw


 
Eli15
Eli15 02.02.2016
salam


 
So_tired
So_tired 02.02.2016
Sohbeti nece firladibe.yeqin pis sey deyecekdin de.bizim millet hacan bir birinin yaxsisini deyib ki.furset dusende ancaq bir birini gozden salmaga calisib.sen de onlardan biri


 
DUZLU_NIK
DUZLU_NIK 02.02.2016
Kerimden ele wey deyecekdimki Azerbaycani terk edecekdi ]]]
Baş Redaktor


 
_K_O_N_K_R_E_T_
_K_O_N_K_R_E_T_ 02.02.2016
Mənasız.
Sənli dünyada sənsizəm



Nə yazsa sevgidən yazır
Dostlarım üçün çox darıxıram