"Xanım adı ilə heç zaman sosial şəbəkədə təhqir yazmaram"

"Xanım adı ilə heç zaman sosial şəbəkədə təhqir yazmaram"

Müğənni-bəstəkar Ceyhun Əliyevin geyimi sosial şəbəkələrdə tənqid hədəfi olub.

BiG.AZ xəbər verir ki, maraqlı tərzdə geyim paylaşan Ceyhun, məsləhət almaq istəyərkən, böyük kütlə onu zövqsüzlükdə qınayıb. Ceyhunun qarşı tərəfə cavabı daha sərt olub:

" İnstagram dostlarıma hörmət edirəm. Amma mənə belə geyinmək xoşdur. Hər bir insanın həyatında hər şey bütpv deyil, çatışmayan nəsə var. Əgər mən məsləhət istəyirəmsə, deməli sizə dəyər verirəm, bunu təhqirlə mənə qaytarmayın! Bəzi məqamalrda, standartlardan kənara çıxmalıyıq. Məhz geyimimə görə utanmıram. Ona görə utanıram ki, sosial şəbəkədə oturan gənc xanım və bəylər öz fikirlərini mədəni çatdıra bilmirlər. Rahat şəkildə insanı təhqir edirlər. Əgər məni bəyənmirsənsə, diqqətin məndə olmasın. Ətrafımda mənə qıcıq verən o qədər insan var ki, gedib onları söyüb, təhqir edtməliyəm? Məndə insanam. Xanım adı ilə heç zaman sosial şəbəkədə kiməsə təhqir yazmaram. Məncə, mentalitetimizi belə məqamlarda qorumaq daha məqsədəuyğundur. Bəzi kişilər instagramda qadın adı ilə tüğyan edir. Kim nə edir özü bilər. Əgər tənqid edirsənsə, məntiqlə et ki, qarşındakı nəticə çıxarsın".

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 958 Tarix: 02.02.2016
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
_K_O_N_K_R_E_T_
_K_O_N_K_R_E_T_ 02.02.2016
Mənasızlar.
Sənli dünyada sənsizəm



Nə yazsa sevgidən yazır
Dostlarım üçün çox darıxıram