"WhatsApp" istifadəçilərinin sayı 1 milyardı ötüb

"WhatsApp" istifadəçilərinin sayı 1 milyardı ötüb
“WhatsApp” istifadəçilərinin sayı 1 milyardı ötüb.

BiG.AZ apa-ya istinadən bildirir ki, bunu “Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Zukerberq bəyan edib.

O, bu münasibətlə özünün sosial şəbəkəsindəki səhifəsində “WhatsApp” messencerinin yaradıcıları Yan Kum və Brayan Ektonu təbrik edib.

Onun sözlərinə görə, “WhatsApp”-ın “Facebook” strukturuna daxil edilməsindən sonra messencerə abunəçilərin sayı ikiqat artıb.

“Dünyada cəmi bir neçə xidmət mövcuddur ki, 1 milyarddan çox insanı birləşdirir. Bu mərhələ bütün dünyanın birləşməsinə doğru mühüm addımdır”, deyə M.Zukerberq vurğulayıb.

Qeyd edək ki, “Facebook” sosial şəbəkəsi “WhatsApp”-ı 2014-cü ildə 19 milyard dollara alıb.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 699 Tarix: 02.02.2016
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Aleyna_34
Aleyna_34 02.02.2016
Lap yaxşı.
Bilirsen niye olmur? Çünki men Allahdan her şeyin xeyirlisini isteyirem. Hemd olsun.

 
_K_O_N_K_R_E_T_
_K_O_N_K_R_E_T_ 02.02.2016
Çok güzel)
Sənli dünyada sənsizəm



Nə yazsa sevgidən yazır
Dostlarım üçün çox darıxıram

 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər