Arıq qızların nəzərinə: kökəlmək istəyirsinizsə...

Arıq qızların nəzərinə: kökəlmək istəyirsinizsə...Yəqin ki, məşq zallarında arıq xanımları gördükdə təəccüblənirsiniz. Artıq çəkisi olan xanımlar idmana arıqlamaq üçün gəlirlər. Bəs arıq xanımlar niyə məşq zallarına üz tutur? Bununla bağlı Aile.lent.az-a danışan məşqçi Orxan Məmmədov bildirir ki, arıq xanımların bədənlərinin bəzi hissəsində artıq çəki olur. Bu zamansa bədənin proporsiyası pozulur. Arıq xanımlar bədənlərinin bəzi hissələrindəki çəkidən azad olmaq üçün idmanla məşğul olmalıdır: "Məsələn, çox sayda arıq xanım var ki, qarın hissələrində qalın yağ qatı var. Azərbaycan xanımlarının əksəriyyəti aşağı ətraflardan şikayət edir. Aşağı ətrafları ilə bel hissəsinin ölçüləri uyğun olmayan xanımlar da az deyil. Mütəmadi düzgün proqramla tərtib edilən idman bütün bu problemləri qaydasına salır. Bütün xanımların bədən ölçülərinə uyğun məşq proqramı tərtib edilir. Onlar üçün xüsusi məşq formaları təyin edilir ki, bədənin məhz həmin hissəsi arıqlasın".

Çəki azlığından şikayət edən xanımlar üçün ən yaxşı vasitə idmandır. Məşqçi deyir ki, bu cür xanımlar üçün əsasən çəki artıran məşqlər təyin edilir: "Arıq xanımların qaçış aparatı, xizək və velosipedlərdən çox istifadə etməmələri tövsiyə edilir. Yalnız güc artıran hərəkətlərdən istifadə olunmalıdır. Bu cür xanımların əzələlərini şok vəziyyətinə saldıqda istənilən nəticəni əldə etmək olar. Normal istirahət də şərtdir. Ən əsası, qidalanmalarına fikir verməlidirlər. Əzələnin inkişafı istirahətdə baş verir. Düzgün məşq, düzgün proqram və düzgün qidalanma ilə sağlam kökəlmək mümkündür. Arıq xanımlar qaçış aparatında 10 dəqiqədən çox qaçmamalıdırlar. Bu isə yalnız isinmə məqsədi daşımalıdır. Əzələlərin inkişafı üçün bu cür məşq üsulu lazımdır".

Unutmayaq ki, idman hər şeydən öncə sağlamlıqdır. Arıqlığından və köklüyündən asılı olmayaraq hər kəs idmanla məşğul olmalıdır. İdman təkcə arıqlamaq üçün deyil, həm də ideal bədən quruluşana malik olmaq üçün lazımdır. İdmanın xeyrindən başqa heç bir ziyanı yoxdur: "İdmanın əks təsirini yalnız qidalanmaya fikir vermədikdə görmək olar. Məşqlərdən sonra düzgün qidalanmayan xanımlarda sürətli kökəlmə baş verə bilər. Bəzən idmandan yarım saat sonra yemək yeyirlər. Məşqdən minimum 2 saat sonra qidalanmaq olar. Arıq xanımlar isə məşqdən 40 dəqiqə sonra yemək yeyə bilərlər. Çünki məşq adamı acdırır, iştahı artırır. Bu isə kökəlmək üçün şansdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3081   Tarix: 22 yanvar 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Dəri problemləri və saç tökülmələri ginekoloji xəstəliklərin əlaməti ola bilər" - VİDEO

"Dəri problemləri və saç tökülmələri bəzən hansısa ginekoloji xəstəliklərin əlaməti ola bilər". xəbər verir ki, bu sözləri mama-ginekoloq Şölə Əkbərova MediaPost TV-də çıxışı zamanı bildirib. Dəri problemlərinin yetkinlik dövrünə təsadüf etdiyini bildirən həkim, yanlış aparılan müalicələri

31.08.2021 1465
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409
.

Koronavirusun yeni ştammına "Mu" ADI VERİLDİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yunanıstan əlifbasındakı hər sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını (B.1.621) "Mu" adlandırıb. APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. May ayından etibarən Domikanı

02.09.2021 994
.

Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı

Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il

28.08.2021 914
.

Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!

Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar

29.08.2021 641
.

Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA

Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur

17.08.2021 1695
.

Koronavirusa qarşı 7 peyvənd vurdurdu

Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun

26.08.2021 986
.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798