"əş-Şəms" surəsinin izahı

"əş-Şəms" surəsinin izahı
Mənbə: http://zikr.az

Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. And olsun günəşə və onun saçdığı şəfəqə!
2. And olsun ondan sonra zühur edən aya!
3. And olsun günəşi açıqlığa çıxardan gündüzə!
4. And olsun günəşi bürüyən gecəyə!
5. And olsun göyə və onu qurana!
6. And olsun yerə və onu döşəyənə!
7. And olsun nəfsə və onu yaradıb kamilləşdirənə,
8. ona günahları və Allahdan qorxmağı təlqin edənə!
9. Nəfsini günahdan təmizləyən uğur qazanmışdır.
10. Onu günaha batıran isə ziyana uğramışdır.
11. Səmud qövmü öz azğınlığı üzündən Allahın elçisini təkzib etdi.
12. Onların ən bədbəxti dəvəni kəsməyə qalxdıqda
13. Allahın elçisi onlara dedi: "Allahın bu dişi dəvəsinə toxunmayın və onun su içməsinə mane olmayın!"
14. Onlar isə peyğəmbəri yalançı sayıb, dəvənin diz vətərini kəsdilər. Onların Rəbbi də bu günahlarına görə onların hamısını qırıb yerlə-yeksan etdi.
15. Allah günahkarlara etdiyinin nəticəsindən çəkinməz!


əş-Şəms (Günəş) surəsinin izahı

And olsun günəşə və onun saçdığı şəfəqə! And olsun ondan sonra zühur edən aya! And olsun yeri açıqlığa çıxardan gündüzə! And olsun yeri bürüyən gecəyə! And olsun göyə və onu qurana! And olsun yerə və onu döşəyənə!
Bu ayələrdə Uca Allah öz qüdrətinin, elminin və mərhəmətinin kamilliyinə dəlalət edən əzəmətli məxluqlara and içir. Sonra yenə and içərək buyurur:

And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, ona günahları və Allahdan qorxmağı təlqin edənə! Nəfsini günahdan təmizləyən uğur qazanmışdır. Onu günaha batıran isə ziyana uğramışdır.
Bu ayələrdə Uca Allah insanı yaradana, ona sağlam əzalar, ruh, böyük iradə və pak düşüncə verənə, yəni Özünə and içir. Nəfsini Allaha itaət etməklə günahlardan təmizləyən qurtuluşa çatmışdır. Onu doğru yoldan uzaqlaşdırıb günahlara batıran isə ziyana uğramışdır.

Səmud qövmü öz azğınlığı üzündən Allahın elçisini təkzib etdi. Onların ən bədbəxti dəvəni kəsməyə qalxdıqda Allahın elçisi onlara dedi: "Allahın bu dişi dəvəsinə toxunmayın və onun su içməsinə mane olmayın!" Onlar isə peyğəmbəri yalançı sayıb, dəvənin diz vətərini kəsdilər. Onların Rəbbi də bu günahlarına görə onların hamısını qırıb yerlə-yeksan etdi. Allah günahkarlara etdiyinin nəticəsindən çəkinməz!
Səmud qədim dövrdə Hicr adlanan yerdə yaşayan qövmün adıdır. Uca Allah onlara Saleh peyğəmbəri yalnız Allaha ibadət etməyə və Ona heç bir şeyi şərik qoşmamağa dəvət etmək üçün göndərmişdir. Uca Allah onun peyğəmbərliyini sübüt edə biləcək nəhəng dişi bir dəvəni də möcüzə olaraq ona bəxş etmişdir. Dəvə bir gün quyudan su içər, o birisi gün isə insanlara süd verərdi. Uca Allah buyurur:
“Səmud tayfası da elçiləri yalançı saydı. O vaxt qardaşları Saleh onlara dedi: "Məgər qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm. Allahdan qorxun və mənə itaət edin. Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir. Məgər siz burada olanların içində sərbəst buraxılacaqsınız? Bağlar və bulaqlar içində, əkinlər və yumşaq meyvəli xurmalıqlar içində arxayınlıqla qalacaqsınız? Dağlardan məharətlə evlər yonub düzəldəcəksiniz? Allahdan qorxun və mənə itaət edin! Həddi aşanların əmrinə tabe olmayın. Onlar yer üzündə fəsad törədir və özlərini günahdan təmizləmirlər".
Onlar dedilər: "Sən yalnız və yalnız sehrlənmişlərdənsən. Sən də bizim kimi ancaq bir insansan. Əgər doğru danışanlardansansa, bizə bir möcüzə göstər".
Saleh dedi: "Möcüzə bu dişi dəvədir! Onun da, sizin də müəyyən edilmiş vaxtlarda su içmək haqqınız vardır. (Bir gün o, su içməli, bir gün də siz içməlisiniz). Ona heç bir pislik etməyin, yoxsa böyük günün əzabı sizi yaxalayar".
Onlar dəvənin diz vətərini kəsdilər, sonra da peşman oldular. Əzab onları yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.

(əş-Şüəra, 141-159).


Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: İslam Oxunub: 4359 Tarix: 17.01.2016
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
_NICE_
_NICE_ 21.07.2016
Cox gozel, saq olun.


 
Leylashka88
Leylashka88 18.01.2016
Allah razı olsun sizden


 
sevgi999
sevgi999 17.01.2016
ALLAH BYUKDUR ALLAH HER BIR INSANIN GUNAHII BAGISLASIN DUASINI QEBUL ETSIN.AMIN


 
pauk
pauk 17.01.2016
allah hamimiza komek olsun...


 
Zo_LuW_Ka
Zo_LuW_Ka 17.01.2016
ALLAH gunahlarmızı bagislasin


 
cangudan007
cangudan007 17.01.2016
Allah Rəhman və Rəhimdi...Ondan başqa Rəb yoxdu..
☆☆☆☆

 
Vusu12
Vusu12 17.01.2016
ALLAH HER BIR KESIN DUASINI QEBUL ELESIN..