"Başa düşmürəm ki, insanlar niyə quduzlaşır"- Əməkdar artist

"Başa düşmürəm ki, insanlar niyə quduzlaşır"- Əməkdar artistBiG.AZ əməkdar artist Mehriban Xanlarovanın "Qafqazinfo"ya müsahibəsini təqdim edir:

-"Azdrama"ya yeni direktor təyin olundu. Yeni bədii rəhbər Azərpaşa Nemətlə münasibətlər necədi? Gəlişinə sevinən və üzülən aktyorlar var...

-(Gülür) Sevinənlər və üzülənlər barədə heç nə deyə bilmərəm. Ancaq mən özüm haqqında danışa bilərəm. Bizim teatra yeni bədii rəhbər gəldi, böyüyümüz oldu. Mən həmişə vuruşan, sözümü deyən biri olmuşam. Haqqımı tələb edənəm. Bu isə bəzi insanların xoşuna gəlmir. Mən başa düşə bilmirəm ki, düz söz niyə heç kəsin xoşuna gəlmir. Mehribanın dediklərində həqiqət var. Bədii rəhbərin gəlişinə nə deyə bilərəm? Hər birimizə xeyirli olsun. Mən həmişə istəyərəm ki, haqq olsun.

Azərpaşa Nemətin teatra rəhbər gəlişiylə haqq yerini tutacaqsa şükürlər edəcəm. Bununla da şükür edəcəm ki, kənarda qalan aktyor-aktrisalara rol verilib. Mən sayılıram, rollarım da var. Elə rollar var ki, oynamaq istəyirsən. Onu da götürüb başqasına verirlər. Soruşursan ki, rolu niyə vermədiz? Deyirlər ki, rejissor o rolda səni görmədi. Mən bunlara bilmirəm. Azər müəllim seçiləndən sonra teatrda gurlaşma oldu. Cavanlarımız həmişə belə olmağını istəyir. Azər müəllimlər heç bir düşmənçiliyimiz yoxdur.
"Başa düşmürəm ki, insanlar niyə quduzlaşır"- Əməkdar artist"Bufet həm qeybət yerimiz, həm də yaradıcılıq muzeyimiz idi"

-Tamaşalarda rollar necə paylanır?

-Əvvəl direktor tərəfindən rollar bölünürdü. Mən o vaxt sözümü demişdim. Yəqin ki, Azər müəllimdə belə şeylər olmaz. Yaşayarıq görərik. İnanın ki, mən teatra gəlmirdim. Halbuki bu teatrdan məni güclə qovurdular. Deyirdim ki, bura mənim ikinci evimdir. Bütün iş yoldaşlarımıza danışıb bufetdə yığışırdıq. Loru dildə desək bufet həm qeybət yerimiz, həm də yaradıcılıq muzeyimiz idi. Bizim isti yuvamız var idi. Hər dəfə aktrisaları eyni tamaşalarda görürük. Adam gedib deyə də bilmir. Deyəcəklər ki, filankəsə Mehriban paxıllıq edir. Elə bil intriqa içində idik.

-İsti yuvanı nə soyutdu?

-Kim gəlirdisə öz qrupunu, adamlarını yanına yığırdı. Bu nə vaxtacan belə davam edəcək? Biz bu sənətdə nə etmişik? Mən filmlə bu sənətə gəlmişəm. Məlik Dadaşov müəllimim olub. O bizi 1989-cu ildə teatra gətirdi. "Vaqif" tamaşasında qrup yoldaşım Kəmalə ilə kiçik bir rolu ifa etdik. Yavaş-yavaş başqa rolları ifa etməyə başladım. Tələbəllik illərindən sizə danışıram.

Ancaq 90-cı illərdə bu teatra götürülmədim. Buradan əsəbi halda ayrıldım. Məni 1998-ci ildə "Azdrama"ya mərhum Həsən Turabov ştata saldı. Bu ildən tamaşalar oynamağa başladım. Mən istəyirəm ki, ədalət olsun. Teatra gələndə elə bil soyuq məzarlığa girirdim. Hamı bir-birindən qorxurdu. Mən tamaşamı oynayıb gedirdim. Sonra teatrın qapısına gəlmək istəmədim.

-Bayaq bildirdiz ki, gələn öz qrupunu gətirir. Ancaq keçmiş direktor İsrafil İsrafilov da gedəndə "Azdrama"dan şam ağacları aparıb...

- (Gülür) Elə şey olub? İnanın, ilk dəfə sizdən eşidirəm. Dediyim kimi teatra gəlmirdim. Mənim içində kin, nifrət olurdumu yoxsa? Dəqiq bilmirəm.

-Qeyd etdiz ki, filmlə sənətə gəlmisiz. Amma filmə davam etmədiz.

-Kinostudiyalar dağıldı, artıq yoxdu. Bu yaxınlarda Cabir və Tahir İmanovla birgə filmə çəkildim. Yəqin təqdimatı bu yaxınlarda olacaq. Amma bu yaxınlarda şok bir şey olacaq?
"Başa düşmürəm ki, insanlar niyə quduzlaşır"- Əməkdar artist"Mən başa düşmürəm ki, bəzi insanlar niyə quduzlaşır?"

-Nə şok? Filmlə və özünüzlə bağlıdır?

-İndi bu haqda danışmaq istəmirəm. Bir-iki məsələyə cavab aldıqdan sonra mətbuat konfransı keçirəcəm. Mən orada sözümü deyəcəm. Dünən bir məkanda cavab aldım. Bununla bağlı preizdent İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyevaya da müraciət edəcəm. Məni elə bir həddə gətiriblər ki...Bu işin sonunadək gedəcəm. Mən başa düşmürəm ki, bəzi insanlar niyə quduzlaşır? Niyə bir-birimizin ayağını çəkirik? Onsuz da katyor-aktrisalara hörmət yoxdu.

"Əməkdar artist adına görə 60 manat, teatrdan isə 335 manat maaş alıram"

-Əvvəl aktyor-aktrisa yetişdirmək mədəniyyəti mövcüd idi. İndi isə biz bunlara rast gəlmirik. Hətta seriallarda belə model-müğənni rol oynayır.

-Sizə bir misal çəkim. Xarici ölkədə bir süpügəçi tapıblar. Rejissor gözü həmin şəxsi gözü tutub. Filmə çəkilib, ən məşhur aktyor olub. Bir çox aktyorlardan da əla rolunu ifa edib. Mən belə şeylərə pis baxmıram. Bizim ölkədə isə elə insanları çəkirlər ki...Kimə söz deyə bilərsən? Dövlət kanalını kənara qoyuram. Başqa kanallar isə deyir ki, bura bizimdir. İstəsək dağı dağ edərik. Çox təəssüflər olsun ki, Azərbaycanda sənin ancaq arxanda duran biri olmalıdı. Niyə müğənni, model, aparıcı aktyorluq etməlidi? Sizcə bizə hörmət qalar? O boyda sənətkarlarımız var. Vallah, mən heç vaxt seriala, filmə dəvət edəndə pul söhbəti etməmişəm. Nə deyiblərsə qane olmuşam. 2 manat artıq deyəndə aləm dəyir bir-birinə. Sən də, mən də evə pul aparmaq istəyirik. Mən işləməkdən, pul qazanmaqdan utanmıram.
"Başa düşmürəm ki, insanlar niyə quduzlaşır"- Əməkdar artistYaxşı ki, bizim sənətimiz var. Sənətim olmasa idi məni ayaq altında əzərdilər. Məzim özüm dırmana-dırmana əməkdar artist olub. Heydər Əliyev "Burla xatun" tamaşasında kiçik rolumu bəyənmişdi. Prezidentin ad günü-24 dekabrda mən əməkdar artist olmuşam. İlham Əliyevin sayəsində prezident mükafatçısıyam. Bu gün həmin 500 manatı almasam acından ölərəm. O, mənə çox köməkdi. Başqa çörəyimiz seriallardan gəlir. Əməkdar artist adına görə 60 manat, teatrdan isə 335 manat maaş alıram. Yaltaqlanmağı sevmirəm. Ancaq həmişə deyirəm ki, Allah prezident və ailəsinin canını sağ eləsin.

-Sizin öz eviniz var?

- Xeyr, anamgilin evidir. Onlarla birgə qalıram.

"Ərini, qardaşını, atanı əlindən almışam?"

-Ədalət tərəfdarı olduğunuzu bildirdiz. Sizə ilişənlərə də qanunla cavab verirsiz?

- Bir məhkəmə prosesim olub. O da müğənni Kərimlə bağlı məsələdir. Ayın 16-sı növbəti məhkəmə prosesi baş tutacaq. Bağışlamağı və üzr istəməyi bacarıram. Niyam Salami ilə verilişdə qonaq idik. Prodüser indi bilməyib, foto çəkib sosial şəbəkədə paylaşıb. Kərim tez onu skrin edib özündə saxlayıb. Ələ sala-sala fotonu paylaşıb, yazıb ki "Bu da Hacı xanım". Geyim fotoda bir az qısa düşmüşdü. Bu insanı bağışlayaram? Guya bunu etməklə məni gözdən saldı? Heç ona cavab da vermədim. İnstaqrama yeni girmişəm.

Orada ağzılarına gələni yazırlar. İki nəfəri tutdum, üzr istədi. Sonra gördüm ki, oğlan cildindən qıza, qızdan da oğlana girib yenə rəy yazırlar. Təhqir edənlərə sözüm odur ki, sizin də ananız, bacınız var. Mən sizin heç birinizin bostanına daş atmamışam. Mən də söyüş söyənəm. Amma baxır harda, necə... Mən dəli deyiləm ki, durduğum yerdə səni söyəm? Körpə nəvəmin şəklini paylaşmışdım. Elə söyüşlər yazmışdılar ki...İnanın, anamı, qızımı söymüşdülər...Mən neyləmişəm? Adama deyərlər qardaşına, bacına sataşmışam? Ya ərini, qardaşını, atanı əlindən almışam? Sənin körpəni söyməyə nə haqqın var?

"Bir milyon manat təzminat tələb etmişəm"

- Kərimlə bağlı məsələdə qarşı tərəfdən nə tələb etmisiz?

-Bir milyon manat təzminat tələb etmişəm. Bu məsələnin axırına kimi gedəcəm. Kərim bir dəfə də yazmışdi ki, "əgər çox atılıb-düşsə..." Sən kimsən ki, mən qabağında atılıb düşəm? Mənə xala, nənə də dedi. Elə etdi ki, mən ona cavab verim. Boynumuz qanun qarşısında qıldan incədi. Cəmi bir cümlə ilə cavab vermişdim. "Elə bir şey deyərəm ki, ölkəni tərk edər". Bəlkə deyəcəkdim ki, Cenifer Lopez səni çağırıb? Pis fikirlər beyninə gətirib. Guya mən onun şərəf və ləyaqətinə xələl gətirmişəm.

-Sizin münasibətləriniz əvvəl normal idi?

- Bizim əvvəlcədən problemlərimiz olmayıb. Onun toyuna da getmişəm, o da bizim qızın toyuna gəlib. "Maşın şou"dan sonra nə oldu anlamadım. Orada eşitdim ki, deyib birinci Mehribanı çıxaraq, səsi başıma düşür. Haqqı, düzünü deyəni heç kəs sevmir. Bəndə məni məhv edə bilməz.
"Başa düşmürəm ki, insanlar niyə quduzlaşır"- Əməkdar artist


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 9319   Tarix: 09 yanvar 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Evdə qalan" kişilərin şikayəti: Qadınlar bizi eybəcərləşdirdilər - VİDEO

Koronavirus pandemiyası ilə əlaqədar özünütəcrid etmiş kişilər qadınlar tərəfindən eybəcərləşdirilmələrindən şikayət ediblər. Bu barədə "Daily Mail" xəbər yayıb. Çippenhemdən olan 28 yaşlı Maks Brehamın sevgilisi Arizona İstvud sözün həqiqi mənasında dəlləkliyi onun başında öyrənmək istəyib

02.04.2020 4440
.

"BİG GROUP"un rəhbəri Emil Əkbərovla SƏMİMİ MÜSAHİBƏ

Həyat hər bir insana uğur qapılarına doğru yollar göstərir, lakin bir çoxları o yolları çətin bilib, daha rahat yolun ardınca qaçır, sonda isə uğursuzluğun səbəbini başqalarında axtarmağa başlayır, daim kimisə nədəsə günahlandırırlar. Halbuki insan həyatının bütün məsuliyyətini öz üzərinə götürüb va

08.07.2020 1152
.

İrina Şeykin büstqalterdə çəkdiyi "self"si 2 000-dən çox şərh topladı - FOTO

Rusiyalı supermodel İrina Şeyk "İntimissimi" markasından olan alt paltarında "selfi" paylaşıb. BİG.AZ-ın verdiyi xəbərə görə, "İnstagram" səhifəsinə yerləşdirilən makiyajsız fotoda 34 yaşlı model qara rəngli büstqalterdədir, boynunda isə "göz" formasında boyunbağ

08.07.2020 5471
.

Azərbaycanlı model hovuzda istirahət görüntülərini yaydı - VİDEO

"Best fashion model 2017" və "Miss Europe 2018" gözəllik yarışlarının qalibi, gözəlliyi və cazibədarlığı ilə əks cinsin nümayəndələrini valeh edən Samirə Ağayeva istirahət görüntülərini yayıb. xəbər verir ki, o, görüntülərini "Instagram" hesabında paylaşıb. Bikinidə ola

07.07.2020 4695
.

"Mən klubu dağıdardım, amma ermənilərin təklifini qəbul etməzdim"-Moskvadakı "Qarabağ" klubunun yaradıcısı ilə MÜSAHİBƏ

2019-cu il yanvarın 26-da Moskvada "Qarabağ Moskva" futbol klubunun rəsmi təqdimolunma mərasimi keçirildi. Bununla da milli komandamızın Moskvadakı fəaliyyəti rəsmi olaraq uğurla davam etməyə başladı. "Qarabağ Moskva" futbol klubu haqqında daha ətraflı məlumatları komandanın yaradıcıs

16.12.2019 2177
.

Ayan və qızından yeni - FOTO

Son günlər karantin rejimi ilə əlaqədar məşhurlar evlərindən, ailələrindən tez-tez paylaşımlar edirlər. xəbər verir ki, müğənni Ayan Babakişiyeva da mütəmadi olaraq qızı Selena ilə görüntülərini paylaşır. Ayanın son paylaşımı da Selena ilə fotosu olub. Onların fotosu diqqət çəkib. Samirə Qasımova

23.04.2020 5360
.

Dilarə Əliyeva anasından danışıb ağladı - Video

Əməkdar artist Dilarə Əliyeva "Söhbət var" proqramında anasından danışıb ağlayıb. xəbər verir ki, aktrisa proqrama qonaq olan Xalq artisti Eyyub Yaqubovun "Ana" mahnısının onu hər zaman duyğulandırdığını söyləyib:. "Ötən il maşınla gedirdim, üç xanım idik. Sizin "Ana"

06.07.2020 5362
.

Qaralmaq üçün krem çəkdi - YAŞILLAŞDI - FOTO

İnsanların çoxu, xüsusən də qadınlar bürünc dəri rəngini sevirlər. Bu səbəbdən çoxları havanın isinməsiylə hovuza, dənizə qaçıb, günəş vannası qəbul edir, bəziləri isə mövsümə baxmayaraq, solyariyə gedib arzuladığı dəri rənginə qovuşur. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, məhz bu "zaqar"

29.04.2020 4051
.

"Az qalıram stolu götürüb başına çırpım"- Kamil Zeynallı ilə SƏMİMİ MÜSAHİBƏ

tanınmış idmançı, peşəkar məşqçi Kamil Zeynallı ilə müsahibəni təqdim edir:. Bu gün kifayət qədər tanınırsınız. Hər bir kəsə maraqlı olardı Kamil Zeynalı necə məşhurlaşdı?. Ümumiyyətlə, heç vaxt keçmişimi danan insan olmamışam.Mənim keçmişimdə, kasıb vaxtımda əlimdən tutan adamı cəmiyyətdə, ictimaiyyətd

22.11.2019 8851