Nazirlik 34 müğənninin vergi borcunu ləğv etdi

Nazirlik 34 müğənninin vergi borcunu ləğv etdiSon bir neçə ay ərzində aparılmış geniş maarifləndirmə işləri və görülmüş tədbirlər nəticəsində şou-biznes sahəsində fəaliyyət göstərən xeyli fiziki şəxs vergi uçotuna alınmış, vergi borcları olan şou-biznes nümayəndələrinin mövcud borclarının çox hissəsi dövlət büdcəsinə ödənilib.

Vergilər Nazirliyi "Qafqazinfo"nun hansı şou-biznes nümayəndələrinin vergi borclarını ödəməsi ilə bağlı sorğusuna cavab olaraq bildirib ki, nazirlik tərəfindən vergi borcu olan şou-biznes nümayəndələrinin bir hissəsinin adlarının ictimaiyyətə açıqlanması da prosesə öz müsbət təsirini göstərib.

Nəticədə dekabr ayında vergi borcu olan və adları ictimaiyyətə açıqlanmış 41 şou-biznes nümayəndəsindən 34-nün adları borcları ləğv edildiyinə görə həmin siyahıdan çıxarılıb. Bu proses bundan sonra da mütəmadi olaraq davam etdiriləcəkdir.

Tanınmış şou-biznes nümayəndələrindən Nadir Qafarzadə, Ayaz Qasımov, Samir Piriyev, Almaz Ələsgərli, Manaf Ağayev, Rüfət Axundov, Nazim Pişyari və digərləri vergi borclarını ilin sonuna kimi tamamilə ödəyiblər.

Bununla belə, bir sıra şou-biznes nümayəndələri hələ də öz vergi öhdəliklərinə etinasız yanaşmaqda davam edir, əldə etdikləri gəlirlərdən qanunla müəyyən olunmuş vergiləri ödəməyə tələsmirlər.

Məlum olduğu kimi, sadələşdirilmiş vergitutma rejimində çalışan vergi ödəyiciləri (şou-biznes əhlinin mütləq əksəriyyəti məhz bu rejimdə fəaliyyət göstərir) bu ayın 20-dək müvafiq hesabatlarını və bəyannamələrini vergi orqanlarına təqdim etməli, yaranmış vergi öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirməlidirlər.

Ötən ilin 4-cü rübündə şou-biznes sahəsində çalışan vergi ödəyicilərinin fəaliyyəti ciddi nəzarətə götürülmüş, onların yeni il şənliklərində və toylardakı çıxışları qeydə alınıb. Yanvar ayının axırlarında həmin şəxslərin təqdim etdikləri hər bir bəyannamə vergi orqanlarının əldə etdikləri məlumatlarla üzləşdiriləcək və nəticələrindən asılı olaraq müvafiq tədbirlər görüləcəkdir.

Bir daha xatırladırıq ki, vergi ödəmək hər kəsin Konstitusiya borcudur. Vergi Məcəlləsinin 16.1.1. maddəsinə, qanunla müəyyən edilmiş vergiləri, habelə bu məcəllə ilə müəyyən olunmuş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin borcudur. Vergi Məcəlləsinin 24.0.2. məddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək isə vergi orqanlarının vəzifəsidir.

Göründüyü kimi, vergilərin düzgün hesablanması, vaxtında və tam həcmdə ödənilməsi üçün yalnız və yalnız vergi ödəyiciləri məsuliyyət daşıyırlar və bu hamıya, o cümlədən şou-biznes sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinə də aiddir. Son bir neçə ay ərzində şou-biznes sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə vergi orqanlarında çoxsaylı görüşlər keçirilmiş, qanunun tələbləri onlara bir daha izah edilib. Yeri gəlmişkən, KİV-lər də bu sahədə çox yüksək fəallıq göstəriblər və fürsətdən istifadə edərək biz onlara apardıqları maarifləndirmə işlərinə görə dərin minnətdarlığımızı bildiririk.

Ölkəmizdə mövcud olan vergi inzibatçılığı ciddi vergi nəzarətini təmin etməyə imkan verir və əgər kimsə cürbəcür bəhanələrə əl ataraq vergi ödəməkdən yayınmağa, və ya ödənilməli vergilərin məbləğini azaltmağa cəhd göstərməyə davam edəcəksə, onlara qarşı qanun tam gücü ilə tətbiq olunacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1601   Tarix: 08 yanvar 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlkin Həsəni xanımının gizli çəkdiyi videosunu paylaşdı

Aparıcı İlkin Həsəni bloger həyat yoldaşı Aysel Həsəni ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, həyat yoldaşının gizli videosunu çəkib. Görüntüləri instaqram hesabında paylaşan İlkin "Sevinir, instaqram profili bərpa olunub" sözlərini yazıb. Qeyd edək ki, Ayselin 342 minlik instaqra

18.04.2024 1044
.

Ülviyyə Namazova: "Ərim ölməzdən qabaq zəng etdi, acıladım"

Tanınmış müğənni Ülviyyə Namazova teleproqramlardan birində şəxsi həyatı barədə danışıb. -ın xəbərinə görə, o, iki dəfə ailə qurduğunu, birinci həyat yoldaşını yol-nəqliyyat hadisəsi zamanı itirdiyini söyləyib. "Sevərək ailə qurmuşduq. Bizim məhəbbətimizi bütün Biləcəri bilirdi. Qızıma hamilə idim

18.04.2024 2208
.

Toyu bu xəbərlə açdı

Aparıcı Könül Muxtarova aparıcılıq etdiyi toy məclisini Qazaxın dörd kəndinin işğaldan azad edilməsi xəbəriylə açıb. OLAY yazır ki, o, gecədə qonaqları salamladıqdan sonra bunları söyləyib:. "Şad xəbəri sizə çatdırmaq, sizinlə bölüşmək istəyirəm. Bir neçə dəqiqə bundan öncə aldığımız məlumata görə

19.04.2024 958
.

Gülay bağının görüntüsünü paylaşdı

Müğənni Gülay Zeynallı bağının görüntülərini paylaşıb. Axşam.az xəbər verir ki, sənətçi həyətindən videonu sosial şəbəkə hesabında paylaşıb. "Yay gəlir. Deməli, xərc gəlir" deyə, Gülay paylaşımında yazıb

19.04.2024 956
.

Azərbaycanlı prodüserin qızı xərçəngdən vəfat etdi

Prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib. Axşam.az xəbər verir ki, 31 yaşı olan Nərmin uzun müddətdir xərçəngdən əziyyət çəkirmiş. O, ailə qurub və Almaniyada yaşayırdı. Vəziyyəti pisləşən Nərmini Azərbaycana gətiriblər. O, bu gün dünyasını dəyişib. Qeyd edək ki, Rövşən uzun illər mərhu

18.04.2024 1463
.

Firəngiz Mütəllimova vəfat edən qardaşından yazdı - "Sənsiz bir il"

Xalq artisti Firəngiz Mütəllimova dünyasını dəyişən qardaşı İlhamla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa qardaşının ölümündən bir il ötdüyünü yazıb. "Sənsiz bir il. Bunu qardaşını qəfil itirən bacılar bilər. Ürəyimin parçası, canım qardaşım, məkanın cənnət olsun. Allah sənə rəhmə

14.04.2024 590
.

Vüsalə ana olacaq

Aparıcı Vüsalə Tağıyeva ana olacaq. OLAY yazır ki, bu barədə o, özü məlumat yayıb. Vüsalə hamiləlik fotosunu paylaşaraq xəbəri izləyiciləri ilə bölüşüb

18.04.2024 7915
.

Məna xəstəliyi haqda danışdı

Meyxanaçı Namiq Mənanın müğənni oğlu Məna Əliyev xəstəliyindən danışıb. Axşam.az xəbər verir ki, "Rəngarəng səhər" proqramında qonaq olan ifaçı bir müddət əvvəl xəstəxanadan olan görüntülərini yayımlamasının səbəbini açıqlayıb:. "Hər kəs həyatını paylaşır. Kimi əşyasını, getdiyi yeri paylaşır

17.04.2024 1052
.

"Kurtlar Vadisi"nin Nesrini:"Ata və məhəllə təzyiqi olmasaydı,evlənməzdim"

"Mən evdən çıxmaq üçün evləndim. Ata və məhəllə təzyiqi olmasaydı,evlənməzdim". xəbər verir ki, bu sözləri "Kurtlar Vadisi" serialında Nesrin rolu ilə tanınan aktrisa İpek Tenolcay deyib. "Həmilə ikən ayrıldıq. Boşanma doğumdan sonra oldu. Evliliyimiz bitəcəkdi, amma mən taktik

19.04.2024 606