Qidalar psixologiyamıza necə təsir edir?

Qidalar psixologiyamıza necə təsir edir?Araşdırmalar göstərib ki, gün ərzində yediyimiz qidalar psixologiyamıza təsir edir. Belə ki, qidaların tərkibindəki maddələr orqanizmdəki hormonların səviyyəsini dəyişdirərək, özümüzü xoşbəxt və ya kədərli hiss etməyimizə səbəb olur.

Türkiyəli diyetoloq Gizəm Şəbər qidaların insanın əhval-ruhiyyəsinə olan təsirlərindən danışıb.

BiG.AZ Publika.az-a istinadən diyetoloqun məsləhətlərini təqdim edir:

Diyetoloqun sözlərinə görə, artıq bir çox insan xoşbəxtlik hormonu adlandırılan serotoninin səviyyəsini artıran qidalardan xəbərdardır:

"Banan, ananas, şokolad kimi qidalar seratonin səviyyəsini artırır. Bunu demək olar ki, hər kəs bilir. Ancaq qidaların təsiri bununla bitmir. Bəzi qidalar özünəinamı artırır. Digərləri stressi azaldır, gərginliyi aradan qaldırır. Məsələn, iclasınız və ya hər hansı tədbirdə çıxışınız varsa, balqabaq tumu, göy-göyərti və ya badam yeyin. Bu qidaların tərkibindəki maqnezium sayəsində özünüzü rahat hiss edəcək, sakitləşəcəksiniz".

Diyetoloqun sözlərinə görə, pessimist, narahat ruh halında olan insanlar kaliumla zəngin qidalar yeməlidir:

"Belə insanlar çərəz, bütöv dənli buğdadan hazırlanmış qidalar, günəbaxan tumu yesələr, yaxşı olar".
Özünə inamı artıqmaq üçün isə B1 vitamininə ehtiyac var:

"B1 vitamini özünəinamı artırır. Kartof, gül kələmi, portağal və yumurta kimi qidalar bu baxımdan kömək edir. B1 vitamini ilə zəngin qidalar yeyən insanlar daha ünsiyyətcil olur, asanlıqla sosial əlaqələr qururlar".
Hansı qidaların əhval-ruhiyyənizə necə təsir etdiyini öyrənmək üçün aşağıdakı siyahıya nəzər sala bilərsiniz:

Pomidor: xromla zəngin olduğu üçün insanda həyata həvəs oyadır.
Nar: xoşbəxtlik hissi bəxş edir.
Brokkoli: enerjili hiss etdirir.
Qızıl balıq: omeqa-3 yağ turşuları ilə zəngin olduğu üçün depressiyaya qarşı təsirlidir.
Qoz: xoşbəxtlik hissi bağışlayır, depressiyadan xilas edir.
Yerkökü: antioksidantlarla zəngindir. İnsanın özünü rahat və sağlam hiss etməsinə səbəb olur.
Cəfəri: Orqanizmi toksinlərdən təmizlədiyi üçün yorğunluğu, halsızlığı aradan qaldırır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2026   Tarix: 22 dekabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Uzun çəkən COVID-19 getdi, indi qripdən narahat olmaq vaxtıdır

Mövsümi qrip təhlükəsinə görə artıq COVID-19-u üstələyib və eyni ölümcül fəsadlara malikdir. Bu barədə koronavirusun qriplə yanaşı uzunmüddətli təsirlərini öyrənən Vaşinqton Universitetinin Tibb Məktəbinin tədqiqatçıları xəbərdarlıq ediblər. Araşdırmanın nəticələri "Lancet" jurnalında dər

17.12.2023 873
.

ABŞ-də bu mövsüm azı 16 min insan qripdən ölüb

ABŞ-də bu il mövsümi qripdən azı 16 min nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzlərinin dərc etdiyi məlumatda deyilir. ABŞ-nin bəzi ştatlarında mövsümi qripə yoluxma hallarında artım qeydə alınır. Ötən həftə qrip virus

18.02.2024 566
.

Yatanda yastığınızın altına 1 diş sarımsaq qoyun, bu xəstəliklərdən qurtulun

Sarımsaq xalq arasında təbii antibiotik kimi tanınır. Yeməklərə qatdığı ləzzətlə yanaşı, sağlamlığa da inanılmaz faydaları var. Təbii ki, ondan düzgün istifadə etmək də vacibdir. xarici mətbuata istinadən xəbər verir ki, yastığın altına sarımsaq qoyub yatmaq, rahat yuxunu qarantiləyir. Sarımsağın daxilindək

10.01.2024 1557
.

Həkimlər bağırsaq xərçənginə qarşı ilk peyvəndi sınaqdan keçiriblər

Surreya Kral Universitetinin həkimləri Böyük Britaniya və Avstraliyadakı xəstələrdə bağırsaq xərçənginə qarşı peyvəndi sınaqdan keçiriblər. "Report" "Daily Mail"ə istinadən xəbər verir ki, dərman iki ildən sonra geniş istifadə üçün hazır ola bilər ki, bu da xəstələri cərrahi müdaxil

28.01.2024 788
.

Hər gün süd içmək olmaz – Həkimdən XƏBƏRDARLIQ

Süd sağlam və qidalı bir məhsul hesab olunur. Ancaq həkimlər onun həddindən artıq istehlakının böyüklər üçün zərərli ola biləcəyini açıqlayıblar. BİG.AZ -a istinadən bildirir ki, buna görə mütəxəssislər gündəlik süd içməyi və ya bu məhsulu çox miqdarda istehlak etməyi məsləhət görmürlər. Həkimlərin sözlərin

16.03.2024 502
.

"Yalnız bir əlamət" - Xərçəngi üzdən belə tanıya bilərsiniz

Üzdə onkologiyanın ən təhlükəli növlərindən birinin – mədəaltı vəzi xərçənginin inkişafını göstərə biləcək bir əlamət görə bilərsiniz. Bu barədə onkoloq Andrey Vorobyov danışıb. xarici mediaya istinadən bildirir ki, həkimin sözlərinə görə, mədəaltı vəzi xərçəngi ilkin mərhələdə əlamətsiz inkişaf etdiy

11.02.2024 1643
.

Sarımsaq yeyən insanlara daha bir MÜJDƏLİ xəbər

Yeməklərinizə sarımsaq əlavə etmək, xüsusilə 40 yaşdan yuxarı olanlar üçün sağlamlığı heyrətamiz gücləndirən bir strategiya ola bilər. xarici mətbuata istinadla xəbər verir ki, sarımsaq yalnız yeməklərə ləzzətli bir əlavə deyil, həm də xüsusilə 40 yaşdan yuxarı insanlar üçün qidalandırıcı bir güc mərkəzidir

10.03.2024 1030
.

Allergik qidaların uşaqların immunitetinə təsiri AÇIQLANDI

"Hazırda mütəxəssislər allergiya ilə bağlı fikirlərini dəyişiblər". Bu barədə rusiyalı uşaq qastroenteroloqu Yekaterina Yablokova danışıb. O qeyd edib ki, əvvəllər həkimlər və valideynlər allergiyası olan uşaqları məhdudlaşdırmağa, onları demək olar ki, qapaq altında böyütməyə çalışırdılar

24.02.2024 625
.

Orqanizmi qripdən qoruyan zülal kəşf edildi

Alimlər COVID-19, qrip və digər viruslardan qoruya bilən zülal kəşf ediblər. xarici mətbuata istinadən xəbər verir ki, AGO4 zülalı nadir antiinflamatuar xüsusiyyətlərə malikdir. Tədqiqatçılar zərərli mikroorqanizmlərə qarşı ən böyük həssaslıq unikal protein çatışmazlığı olan hüceyrələrdə müşahidə olunur

31.12.2023 946