Azərbaycanın məşhur müğənnisi əməliyyat olundu

Azərbaycanın məşhur müğənnisi əməliyyat olunduAzərbaycanın xalq artisti Mübariz Tağıyev hər iki gözündən cərrahiyyə əməliyyatı keçirib.

Bununla bağlı APA-ya açıqlama verən xalq artisti bildirib ki, gözünün birində katarakta, digərində isə qlakoma xəstəliyi aşkarlanıb və cərrahiyyə əməliyyat olunması vacib bilinib. Sənətçinin gözlərində cərrahiyyə əməliyyatı akademik Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutunda həyata keçirilib: "Hazırda özümü yaxşı hiss edirəm. Görməmdə bir balaca problem olsa da, öhdəsindən gəlirəm. Bir gözümdə 100 faiz görmə var, digər gözümdə isə bir balaca torluluq var. Əməliyyatdan sonra hələ də müalicə davam edir. Günəş şüası, güclü işıq gözümə çox ziyandır. O səbəbdən də çəkilişlərə getmək bir balaca problemə səbəb olur. Ancaq çəkilişlərdə mənə görə işıqların səviyyəsi azaldılır".

M. Tağıyev gözlərindəki problemin aradan qaldırılmasında böyük yardımları olan Göz Xəstəlikləri İnstitutunun baş direktoru Elmar Qasımova və oftalmoloq-cərrah Cəmil bəyə minnətdarlığını bildirib. Sənətçi gözlərindən əziyyət çəkən insanlara Allahdan şəfa diləyib və bunun çox çətin problem olduğunu diqqətə çatdırıb: "Görmə qabiliyyətini itirmək faciəli bir şeydir. Göz insan orqanizmində ən incə və həssas yerdir. Şükür Allaha ki, artıq hər şey yaxşıdır və nəticə müsbət oldu".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4018   Tarix: 24 iyun 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467