"Baku Bus"un avtobusunda hoqqabazlıq edən sərnişinin - VİDEOSU

"Baku Bus"un avtobusunda hoqqabazlıq edən sərnişinin - VİDEOSULazımsız yerə qəza düyməsini basan sərnişin avtobusun hərəkətinə mane olub

Bakıda «Baku Bus» MMC-nin avtobusunda hoqqabazlıq edən sərnişinin videosu yayılıb. MMC-dən göndərilən videodan məlum olur ki, gənc sərnişin tıxacda dayanmış avtobusun qəza düyməsini basıb. Bu zaman arxa qapı dərhal açılıb. Sərnişin bu hərəkətindən məmnunmuş kimi ətrafdakılara baxıb gülümsəyir. Digər sərnişinlər arasında ona qəzəblə baxanlar olsa da, heç kim irad bildirmir. Əksinə, bəzi sərnişinlər yaranmış vəziyyətdən istifadə edərək avtobusun açıq qapısından düşüb gedirlər.

Tıxac bitdikdən sonra isə avtobusun hərəkəti mümkünsüz olub. Sürücü məcburən gəlib qapıları özü bağlayır. Bundan sonra avtobus hərəkəti davam etdirə bilir.

Həmin görüntüləri təqdim edirik:

///Avtosfer.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 16974   Tarix: 13 dekabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740