Qısa zamanda arıqlamaq istəyənlər üçün ideal pəhriz

Qısa zamanda arıqlamaq istəyənlər üçün ideal pəhrizToxumalar arasında bədəndəki mayenin artması nəticəsində ödəm, yəni , bədəndə şişkinlik yaranır. Ödəmin qarşısını almaq üçün diyetoloqlar xiyar pəhrizini tövsiyə edir. Adından da bəlli olduğu kimi, xiyar pəhrizində əsas yeri tərəvəzin özü tutur. Pəhriz ərzində çoxlu xiyar yemək lazımdır. Xiyar pəhrizi zülal və vitaminlərlə də zəngindir.

BiG.AZ Publika.az-a istinadən Yeni il ərəfəsində sürətlə arıqlamaq istəyənlər üçün xiyar pəhrizinin reseptini təqdim edir:

Pəhriz 3 gün ərzində saxlanılır. Bu pəhrizlə 3 gündə 1.5 kq arıqlamaq mümkündür. Əgər daha çox arıqlamaq istəyirsinizsə, fasilə müddətində yediklərinizə diqqət etmək şərtilə 10 gün fasilə verib yenidən tətbiq edə bilərsiniz.

İlk gün:

Səhər
Səhər yeməyində ilıq olmaq şərtilə 1 stəkan ballı və limonlu su, 2 kiçik dilim pendirlə (yağsız) 2 ədəd xiyar.

Saat 11:00 və 13:00 arası:

1 stəkan ayranla 2 ədəd xiyar.

Günorta yeməyi:

Günorta yeməyində 1 çay qaşığı zəncəfillə 1 kasa yağsız qatıq və 3 ədəd buxarda bişmiş qabaq.

Saat 15:00 ilə 17:00 arası

3 ədəd qoz və 3 ədəd xiyar. İki saat sonra 1 ədəd yaşıl alma.

Axşam yeməyi

1 porsiya zeytun yağında bişmiş qabaqla birlikdə 4 - 5 qaşıq bulqur plovu.

Axşam yatmazdan iki saat əvvəl 2 ədəd xiyar yeyin.

2-ci gün:

Səhər

Səhər yeməyində 1 stəkan ilıq olmaq şərtilə ballı və limonlu su, 2 kiçik dilim pendirlə (yağsız) 2 ədəd xiyar.

Saat 11:00 ilə 13:00 arası:

4 ədəd çiyələk və 1 ədəd kivi

Günorta yeməyi:

Günorta yeməyində 1 porsiya az yağlı qiyməli qabaqla 1 dilim çovdar çörəyi.

Saat 15:00 ilə 17:00 arası

2 ədəd qoz və 1 stəkan keçi südü (az yağlı)
Axşam yeməyində 3 ədəd yumurtanın ağından hazırlanmış az yağlı qayğanaq, 2 ədəd xiyar və 2 ədəd bibər.
Axşam yatmazdan 2 saat əvvəl 2 ədəd xiyar yeyin.

3-cü gün:

Səhər

Səhər yeməyində 1 stəkan ilıq olmaq şərtilə ballı və limonlu su, 2 dilim pendirlə (az duzlu olmasına diqqət edin) 2 ədəd xiyar.

Saat 11:00 ilə 13:00 arası:

Günorta yeməyində 1 kiçik boşqab yaşıl mərci və 1 porsiya zeytun yağlı qabaq.

Saat 15:00 ilə 17:00 arası

1 stəkan yağsız zəncəfilli süd, 2 ədəd qoz və 2 ədəd xiyar

Axşam yeməyi:

Axşam yeməyində 1 kasa yağsız qatıqla hazırlanmış doğramac, 3 ədəd yumurtanın ağı ilə bibərli omlet.
Axşam yatmazdan 2 saat əvvəl 1 ovuc qədər qoz-fındıq və 2 ədəd xiyar.

Qeyd: Son porsiyanı yatmazdan ən gec 2 saat əvvəl yeyin. Əgər yatmazdan əvvəl yesəniz, orqanizm onu çətin həzm edəcək və çəki yandırmaq prosesi çətinləşəcək. Bu pəhrizi saxlayan zaman 1.5, 2 litr su için. Daha sürətli arıqlamağı qarşısınıza məqsəd qoymusunuzsa, yaşıl çay için və idman edin.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3937   Tarix: 11 dekabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA

Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir

08.09.2021 863
.

Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar

Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir. Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir. Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur

15.08.2021 2008
.

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric

22.08.2021 1038
.

Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı

Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il

28.08.2021 914
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Həddən artıq arıq olmaqdan bezmisiniz?

Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini

08.09.2021 1767
.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451
.

Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır

Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa

23.08.2021 1865
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454