Ferhat Göçer erməni ilə eyni səhnədə "Sarı Gəlin" mahnısını ifa etdi [Video]

Ferhat Göçer erməni ilə eyni səhnədə Uzun illərdir Azərbaycanın torpaqlarını işğal altında saxlayan ermənilər bununla kifayətlənməyib tarixi xislətlərinə uyğun olaraq milli mətbəximizə və musiqimizə də öz iyrənc əllərini uzadıblar. Bu mənada ən çox zərər görən Azərbaycan xalq mahnısı "Sarı gəlin"dir. Ermənilər hər yerdə bu qədim mahnını erməni mahnısı adlandırıb ona uydurma bir izah da verirlər.Ən çox təəssüf doğuran isə budur ki, bəzən qardaş Türkiyədə də "Sarı gəlin" erməni mahnısı kimi təqdim edilir. Bu yaxınlarda Türkiyənin Kanal D televiziyasında "Şeffaf oda" verilişində xarici işlər naziri Əhməd Davudoğlunun hüzurunda aparıcı Güneri Çivaoğlu "Sarı gəlin"i erməni türküsü kimi saxtalaşdırmış, xarici işlər naziri isə buna təbəssümlə cavab vermişdi. Amma bu yeganə belə hal deyil. Türkiyə sənətçilərinin bir çoxu "Sarı gəlin"i erməni türküsü hesab edir. Türkiyənin Diyarbəkir bölgəsində keçirilən konsertlərdən birində Azərbaycanda da çoxlu pərəstişkarı olan tanınmış müğənni Fərhat Göçər Ozan Zilanla "Sarı gəlin"i birlikdə ifa edib. Qeyd edək ki, "Sarı gəlin"i Zilan erməni dilində, F. Göçər isə türk dilində oxuyub.
Xatırladaq ki, Fərhat Göçər 2009-cu ilin mayında Bakıda Heydər Əliyev sarayında konsert proqramı ilə çıxış edib.

Mənbə: TRT1.Com.Tr


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 6277   Tarix: 21 iyun 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390