"Odnoklassniki"də tanış olduğu sevgilisini öldürdü - BAKIDA - FOTOLAR

"Odnoklassniki"də tanış olduğu sevgilisini öldürdü - BAKIDA - FOTOLARBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qeyri-rəsmi nikahda yaşadığı İlahə Ağayevanı qətlə yetirməkdə təqsirləndirilən Ukrayna vətəndaşı 1986-cı il təvəllüdlü Elnur Hümbətovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

BiG.AZ Lent.az-a istinadən bildirir ki, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında məhkəmədən Elnur Hümbətovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Mərhumun nənəsi çıxış edərək cinayət işinin istintaqa qaytarılmasını istəyib. O, çıxışında nəvəsinin amansızlıqla öldürüldüyü, ona işgəncə verildiyini bildirib: "İş geri qaytarılsın, ona ömürlük həbs verilməlidir. Buna çoxlu əsaslar var. Mən hər yerə müraciət edəcəyəm, yeri gəlsə ,vətəndaşlıqdan imtina edəcəyəm. Nəvəmin qanı yerdə qalır".

Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib. O, çıxışında cinayətin qısqanclıq zəminində törədildiyini bildirib: "Cinayət işində bildirilir ki, hadisə zamanı Elnur evə bıçaqla gəlməyib. Onlar arasında mübahisə yaranıb. Sonra İlahə mətbəxdən bıçağı götürüb Elnura zərbə vurub. Elnur ifadəsində də göstərib ki, qorxusundan bıçağı əlindən alıb, özündə olmayıb. Xahiş edirəm ki, ona qarşı verilən Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi tövsif elədilərək, 120.1 (qəsdən adam öldürmə) ilə əvəz edilsin. O, evə öldürmək məqsədilə getməyib".

Məhkəmə təqsirləndirilən şəxsə son söz verib. Elnur Hümbətov əməlindən peşman olduğunu və yüngül cəza verilməsini xahiş edib.

Hakimlər kollegiyasının müşavirə otağına yollanıb. Məhkəmənin hökmü ilə Elnur Hümbətov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il may ayının 4-dən 5-nə keçən gecə Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza 4 ünvanında qətl hadisəsi baş verib. Xarkovdan olan 1989-cu il təvəllüdlü Elnur Hümbətov qısqanclıq zəminində qeyri-rəsmi nikahda olduğu 1989-cu il təvəllüdlü İlahə Ağayevanı qətlə yetirib.
Elnur Hümbətov saxlanan zaman ilkin ifadəsində İlahə Ağayeva ilə "Odnoklassniki" sosial şəbəkəsində tanış olduğunu bildirib. E. Hümbətov sərnişin daşıma ilə məşğul olub. İlahə Ağayeva isə işləməyib. Onların münasibətləri virtual mərhələdən real mərhələyə keçib. Elnur onunla ünsiyyət zamanı əvvəllər başqa kişilərlə də görüşdüyünü öyrənib. Amma İlahə bundan sonra yalnız onunla görüşəcəyini bildirib.
Hadisə günü Elnur Hümbətov İlahəyə zəng etsə də o, cavab verməyib. Elnur İlahənin evinin həyətinə gəlib və onun gəlməsini gözləyib. O, evə iş barədə danışmaq üçün görüşdüyü başqa bir şəxsin maşınında gəlib.
Onlar arasında mübahisə baş verib, Elnur Hümbətov bıçaq götürüb və ona əl və kürək nahiyəsindən zərbə vurub, zərbə zamanı arteriyanı kəsib. Onu bu vəziyyətdə qoyub mənzili tərk edib.
Elnur Hümbətov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilib.

"Odnoklassniki"də tanış olduğu sevgilisini öldürdü - BAKIDA - FOTOLAR"Odnoklassniki"də tanış olduğu sevgilisini öldürdü - BAKIDA - FOTOLAR"Odnoklassniki"də tanış olduğu sevgilisini öldürdü - BAKIDA - FOTOLAR"Odnoklassniki"də tanış olduğu sevgilisini öldürdü - BAKIDA - FOTOLAR"Odnoklassniki"də tanış olduğu sevgilisini öldürdü - BAKIDA - FOTOLAR"Odnoklassniki"də tanış olduğu sevgilisini öldürdü - BAKIDA - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7601   Tarix: 27 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Toya gələn bəy və gəlin qəzada öldü - ANBAAN VİDEO

Gəlini toyun keçiriləcəyi şadlıq evinə helikopterlə aparmaq istəyən bəyin bu sürprizi faciə ilə nəticələnib. -a istinadən xəbər verir ki, hadisə Braziliyada meydana gəlib. Helikopterin qəzaya uğraması nəticəsində bəy və gəlin, pilot və gəlinin qardaşı, həmçinin toy fotoqrafı həyatını itirib. Sözügedə

23.04.2024 807
.

Bütün sosial ödənişlər bu tarixdə veriləcək

Aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib

23.04.2024 637
.

Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım

Xəbər verdiyimiz kimi, antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xankəndi, Ağdərə, Xocalıda prezidentin xüsusi nümayəndəliyi də məlumat yayıb. "Xankəndi şəhərində çalışan Azərbaycan Dövlət Su Ehtiyatlar

23.04.2024 422
.

"16 yaşımda səhv etdim, dodağımdan narahatam..."

"Mən bir tək dodağımdan narahatam, uzun illərdir ki, problem yaşanır". bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Mina Hüseyn "Yaşamaq naminə" verilişində deyib. İllər öncə dodaq dolğusu etdirən ifaçı bu addımına görə peşman olub:. "Bir dəfə 16 yaşımda səhv etdim

23.04.2024 707
.

Akademik Yaqub Mahmudova ağır itki

Sabiq deputat, AMEA-nın müşaviri, akademik Yaqub Mahmudova ağır itki üz verib. "Qaynarinfo" xəbər verir ki, Yaqub Mahmudovun həyat yoldaşı Almas Mahmudova 22 aprel tarixində vəfat edib. Bu barədə tarixçilər Emin Məlikov, Nazim Xəlilov, Elnur Nəciyev, Sevinc Məlikzadə, Rəna Nəcəfova və Güna

23.04.2024 415
.

Şoyqunun müavini saxlanıldı

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müavini Timur İvanov saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. "Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkd

23.04.2024 193
.

Vatsapda böyük fayllar göndərmək mümkün olacaq

Vatsap əhatə dairəsindəki istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "The Guardian" məlumat yayıb. Belə ki, istifadəçilər indi simsiz şəbəkə üzərindən də faylları paylaşa biləcəklər

23.04.2024 171
.

Prezident: "Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik"

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışınd

23.04.2024 278
.

"Vətəndaş nikahına girməsinlər"

"Vətəndaş nikahı Azərbaycana Avropadan keçib. Araşdırmalara görə, Avropada vətəndaş nikahı azalır. Amma Azərbaycanda getdikcə artır". "Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib. O bildirib ki, son 10 ildə vətəndaş nikahında

23.04.2024 434