Uşaqlar peyvənddən sonra qızdırarsa neynəməli?

Uşaqlar peyvənddən sonra qızdırarsa neynəməli?"Bir-iki vaksin var ki, onlar Hindistandan gətirilir".

"Azərbaycanda hər ay peyvənd edilməsi nəzərdə tutilan uşaqların 98-99 faizi peyvəndlə əhatə olunur. Uşaq əgər yaşına uyğun plana düşürsə, deməli, onlar lazım olan bütün peyvəndlərlə təmin olunur".

Bunu açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, son illər ölkəyə təhlükəsiz vaksinlər gətirilir: "Keçən ildən başlayaraq Azərbaycana UNİCEF-in xətti ilə vaksin preparatları gətirilir. Vaksinlərin əksəriyyəti bir dozalıq flakonlarla gəlir. Bu da bir dəfə istifadə üçün nəzərdə tutulub. Eyni zamanda, iki dozalı vaksinlər də var. Lakin ən çox bir dozalı vaksinlərə üstünlük verilir".

Son illər Azərbaycanda Avropa istehsallı vaksinlərdən istifadə edildiyini xatırladan Mərkəzin direktoru əlavə edib ki, pnevmokok, poliomielit əleyhinə oral vaksinlər məhz bu siyahıya daxildir: "Bir-iki vaksin də var ki, onlar da Hindistandan gətirilir. Təbii ki, həmin preparatlar da yüksək keyfiyyətli vaksinlərdir. Onu da qeyd edim ki, hazırda Azərbaycanda 11 infeksiyaya qarşı peyvənd işləri aparılır.

İmmunlaşdırma doğum evindən başlayır, yəni uşaq doğulduqdan sonra 12 saat ərzində ilk hepatit peyvəndini alır. Doğumun 4-cü və 7-ci günü ərəfəsində körpə poliomielit və vərəm əleyhinə peyvənd alır. Doğum evindən çıxdıqdan sonra isə ərazi uşaq poliklinikasında körpə qeydiyyata düşür və orada 2 aylığından başlayaraq digər peyvənd təqviminə uyğun peyvəndləri qəbul edir".

A.Əliyeva bildirib ki, hazırda ölkədə peyvəndlərin aparılması yüksək səviyyədə təmin edilir: "Təqvimə uyğun olaraq, 1 yaşa qədər uşaqların, eyni zamanda 1 yaşdan 2 yaşa qədər olanların revaksinasiya tədbirləri, eləcə də 6 yaşda olan uşaqların revaksinasiya peyvəndləri yüksək səviyyədə həyata keçirilir. Hətta ilin sonunda ölkəyə gətirilməsi planlaşdırılan inaktivləşdirilmiş poliomielit peyvəndlərinin gələn ilin ilk aylarında tətbiqi nəzərdə tutulur".

O, həmçinin qeyd edib ki, hər ərazinin və rayonun öz peyvənd məntəqəsi olduğundan, valideynlərin övladlarını başqa yerə aparmaları məsləhət görülmür, çünki buna ehtiyac yoxdur.

Bəzən uşaqlara vurulan peyvəndlərin yerlərində qızarma və ya infeksiya düşməsi ilə bağlı deyilən fikirlərə də münasibət bildirən nazirlik rəsmisi deyib ki, bu məsələdə infeksiya fikri yanlış yanaşmadır:

"Peyvənd elə bir şeydir ki, həmin nahiyədə peyvəndə qarşı yanaşı tərkid prosesi baş verə bilər. Bu da normaldır. Çünki orqanizmdə daxil olan antigenə qarşı anticisimlər əmələ gəlir. Yəni, immunitet yaranır. Peyvəndlərdən sonra ola bilər ki, uşaqda temperatur yüksəlsin.

Günün sonuna qədər bir neçə saat ərzində uşağa hərarət salıcı preparat verirlər və hərarət düşür. Ya da ola bilsin ki, peyvəndin yerində az da olsa qızartı olsun. Bu da normaldır. Heç bir tibbi müdaxilə və müalicə olmadan bu hal keçə bilir. Hətta peyvənd otağında tibb bacıları valideynləri məlumatlandırırlar ki, peyvənddən sonra belə hal olduqda nə edilməlidir.

Əgər temperatur uzun çəkərsə, hökmən həkimə müraciət edilməlidir. Ciddi hal olduqda isə sonrakı peyvəndlər daha yüngülü ilə əvəz olunur. Yəni buna nəzarət aparılır. Xüsusi olaraq qeyd edim ki, bu il Azərbaycanda uşaqlar arasında peyvəndlə əlaqədar ölüm faktı qeydə alınmayıb.

Onu da xatırladım ki, peyvəndlər vasitəsilə bir çox yoluxucu xəstəliklərin qarşısını ala bilmişik. Misal olaraq, bizdə poliomielit, göy öskürək, qızılca, məxmərək kimi xəstəliklər yoxdur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2560   Tarix: 25 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Tanınmış aparıcı Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB məlumat yayıb. Qurumdan -a bildirilib ki, hadisə nəticəsində xəsarət alan 2 nəfər (kişi cinsli) Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiriliblər. 2003-cü il təvəllüdlü şəxsə başın digər hissələrinin səthi travması, boynun səth

17.04.2024 1054
.

İsrailin Qəzzanın şimalına hücumu nəticəsində 13 fələstinli həlak olub

İsrail ordusunun Qəzza zolağının şimalındakı Şeyx Rıdvan bölgəsinə təşkil etdiyi hücumda 13 fələstinli həyatını itirib. xəbər verir ki, şahidlərin sözlərinə görə, Şeyx Rıdvan körpüsü yaxınlığında insanların internetə qoşulmaq üçün istifadə etdikləri nöqtəyə İsrail döyüş təyyarəsi tərəfindən raket hücum

17.04.2024 168
.

"Xəstəliklərin yaranması həm də su ilə bağlıdır"

"İnsanlarda baş verən xəstəliklərin 25 %-dən çoxu bilavasitə ətraf mühitlə bağlıdır". qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri deputat Əhliman Əmiraslanov Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin "Sağlam ailə modelini

17.04.2024 220
.

Paşinyan Bəşər Əsədə təbrik məktubu göndərib

Ermənistanın Baş naziri Nikol Paşinyan Suriyanın prezidenti Bəşər Əsədə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. "Suriya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə sizə və dost Suriya xalqına ən səmimi təbriklərim

17.04.2024 224
.

Türkiyədə qeyri-qanuni miqrantlar xilas edildi

Türkiyənin Muğla şəhərində miqrantları daşıyan qayıq batma təhlükəsi yaşanıb. BİG.AZ xəbər verir ki, hadisə zamanı qayıqda olan 25 nəfər xilas edilib. Bu barədə Türkiyə Sahil Mühafizə Komandanlığı məlumat yayıb. Qeyri-qanuni immiqrantlar aidiyyatı şəxslərə təhvil verib

17.04.2024 194
.

Qəzzada ölənlərin sayı 33899 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 33899 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Açıqlamada İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsində dah

17.04.2024 206
.

"Qabırğaları qırılıb" - Həyat yoldaşından açıqlama

Bu gün avtomobil qəzası keçirən aparıcı Aytən Səfərovada xəbər var. Jurnalistin həyat yoldaşı OLAY-a xanımının səhhəti ilə bağlı qısa məlumat verib:. "Səhhəti belə də. Qabırğaları qırılıb". Qeyd edək ki, 8 Noyabr prospektində tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi "Hyundai"

17.04.2024 1883
.

Bu ərazilərdə yerləşən sənədsiz EVLƏR SÖKÜLƏ BİLƏR - AÇIQLAMA

Bakı və ətraf ərazilərdə çoxsayda sənədsiz evlər mövcuddur. Bu sənədsiz evlər müvafiq kateqoriya üzrə qadağan olunan ərazilərdə tikildiyi üçün vətəndaşlar çıxarış ala bilmir və həmin evlər sökülür. Artıq Azərbaycanda sənədsiz evlərin sökülməsi ilə bağlı müavfiq işlər görülür və bu barədə təkliflər aktuallaşıb

17.04.2024 1123
.

Rusiya estoniyalı diplomatı deportasiya etmək qərarına gəlib

Rusiya Xarici İşlər Nazirliyi qarşılıqlılıq prinsipinə uyğun olaraq estoniyalı diplomatın deportasiya edilməsinə qərar verildiyini açıqlayıb. xəbər verir ki, nazirlikdən verilən açıqlamaya görə Estoniyanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Jana Vanamolder nazirliyə çağırılıb. Açıqlamad

17.04.2024 183