Sürücünün sərxoş olduğunu bəlli edən 7 amil

Sürücünün sərxoş olduğunu bəlli edən 7 amilYol polisi əməkdaşı sərxoş sürücünü necə müəyyən edir?

BiG.AZ xəbər verir ki, BAKU.WS əməkdaşı artıq bir neçə ildir ki, təqaüdə çıxmış yol polisi ilə görüşərək bu sualın cavabını tapmağa çalışıb. Həmsöhbətimin sözlərinə görə, polis əməkdaşlarına yol hərəkəti qaydalarını pozanlar haqqında təlimlər keçirlər. Polislərə akademiyada vətəndaşın jest və mimikalarını oxumağı da öyrədirlər. Beləliklə, polis əməkdaşı vətəndaşın qayda pozuntusu edib etmədiyini onun üzünə baxaraq da müəyyən edə bilir.

Sükan arxasında əyləşən sürücünün spirtli içki qəbul etdiyini isə yol polisi bir baxışda müəyyən edir. Bunun üçün lazım olan ən müasir metodları polis çox yaxşı bilirlər. Sabiq yol polisi, polkovnik sükan arxasında sərxoş vəziyyətdə oturan insanı necə müəyyən etmək barədə öz təcrübəsini BAKU.WS-in əməkdaşı ilə bölüşüb.

«Bizə bu barədə akademiyada dərs deyirdilər. Və bu günə kimi də, eyni formada həmin dərs tədris edilir. Məsələ ondadır ki, sərxoş sürücünü müəyyən etməyin bir neçə üsulu mövcuddur. Mən bunları ona görə demirəm ki, bəziləri bu üsullardan istifadə edərək cərimələrdən yayınmağa və həyataını təhlükəyə atmağa çalışsın. Hər halda ayıq sürücü xidməti var və həyatını bir neçə yüz manata görə təhlükəyə atmağa dəyməz».

1. Avtomobillərin arasında sərxoş sürücünü aşkar etmək üçün — ilk növbədə nəqliyyat vasitəsini idarə etmə tərzinə diqqət yetirmək lazımdır. Nadir hallarda olur ki, sürücü sükan arxasında nəqliyyatı yolda sağ-sol edərək sürür.

2. Avtomobil yaxınlaşarkən polis əməkdaşı sürücünün diqqətini özünə yönəltməlidir. Nəqliyyat vasitəsinin dayanmasından sonra sürücün mimikasına baxaraq onun içkili olub-olmamasını bilmək mümkün olur. Əgər onun gözləri tez-tez yaşarır və ya qızarırsa deməli içki qəbul edib.

3. Avtomobilin polis tərəfindən saxlanılamasında sürücünün siqaret çəkərkən etdiyi əl hərəkətləri də səbəb ola bilər. Yol polisi sürücünün siqaret çəkmək üsulundan bunu anlaya bilir.

4. Sərxoş sürücü məclisdən çıxıb hansısa ünvana yollandıqda əksər hallarda faraların yaxın işığını yandırmağı unudur. Bu nüans da sərxoş sürücünün xüsusiyyətlərindəndir.

5. Bəzi hallarda sərxoş sürücülər mühərriki qızdırmayıb yerindən tərpənirlər. Bu zaman avtomobilin çölə buraxdığı tüstü daha tünd olur və bu, polisin diqqətindən qaçmır.

6. Bəzi sürücülər isə sükan arxasında qadağan edilmiş preparatlardan istifadə etdikdən sonra otururlar. Həmin adamlar polis maşını görəndə yalnız bir nöqtəyə baxaraq avtomobili idarə etməyə çalışırlar. Beləliklə də onlar vəziyyətə fokuslanmağa çalışırlar.

7. Sükan arxasında oturan sürücünün ciddi duruşu və yumruqlarını sıxaraq sərt görünməyə çalışması da onun sərxoş ola biləcəyini ehtimalını gücləndirir. Adətən ayıq sürücü belə hərəkətlər etmir və daha sakit olur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2586   Tarix: 23 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490