Fədayə Laçın: "Atamı ikinci ailəsi atdı, anamla 35 il sonra barışdılar"

Fədayə Laçın: "Atamı ikinci ailəsi atdı, anamla 35 il sonra barışdılar"Müğənni Fədayə Laçının atası 35 ildən sonra onların yanına qayıdıb. Lent.az-ın məlumatına görə, bu barədə ifaçı "Bizimləsən" verilişində deyib. O bildirib ki, atası ilə anası 35 ildən sonra barışıb: "İnsan gərək hər gününə şükür etsin. Bu günümə şükür edirəm. Bu, həyatdır, taledir. Hər kəsin başına bir iş gələ bilər. Atam illər öncə bizi atıb getmişdi. Atam anamdan ayrılandan sonra ikinci dəfə ailə qurdu. Həmin evlilikdən iki övladı oldu. Onları yerbəyer etdi. İllər sonra atam xəstələnəndən sonra onlar atama sahib çıxmadılar. Dar günündə onu atdılar. İkinci evliliyindən olan övladları onu atandan sonra düz 35 ildən sonra atam bizə xəbər göndərdi ki, gəlin. Mən də getdim, onu xəstəxanaya yerləşdirdim. Çünki mənim atam elə-belə kişi olmayıb. Bu günləri atama qulluq etməyim mənim övladlıq borcumdur. Artıq atamla anam artıq barışıb, bir yerdədirlər. Onları Allahın izni ilə birləşdirdik. Övladı atan atanı başa düşürəm. Amma ananı yox".

Daha sonra Fədayə Laçının atası danışıb: "Fədayənin anası ilə bir-birimizi sevirdik. Tələbə vaxtı birinci kursda oxuyanda onu qaçırtdim. İki qızımız oldu. Sonra həyat elə gətirdi ki, biz ayrıldıq. Ondan ayrılsam da, onu bu gün də sevirəm. Bu həyatda yeganə məhəbbətimi qazanan insan o qadın olub".

Övladlarından da danışan müğənninin atası bu sözləri deyib: "Etiraf edirəm ki, mən Fədayəyə yaxşı ata olmamışam. Amma o, övlad kimi yaxşı övladdır. Hətta bir dəfə televiziyada eşitdim ki, o, yaxın dostlarından mənim tez sağalmağım üçün dua etmələrini xahiş edir. Həmin vaxtlarda da mən qaraciyərimdən əməliyyat olunurdum. Qızım mənə oxşayıb. Kiməsə yaxşılıq etməkdən zövq alır".

Qeyd edək ki, F. Laçının atası qaraciyər serrozundan əziyyət çəkirdi. İfaçı bir müddət öncə açıqlamasında bildirmişdi ki, atasının əməliyyatı Mərkəzi Neftçilər Xəstəxanasında uğurla başa çatıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2047   Tarix: 22 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Seriallarımız cılızdır, çəkilmirəm"

Xalq artisti Firəngiz Mütəllimova serialları tənqid edib. Axşam.az xəbər verir ki, aktrisa bu haqda "Danışır radio" proqramında deyib. O bildirib ki, seriallaraçəkilmir:. "Bəzən mənə də iradlar olurdu. Söyləyirdilər ki, biz səni filan tamaşada və ya serialda görmək istəmirik. Mən bun

27.03.2024 244
.

Naxçıvanda konsert verən Roza səhnədəki bu hərəkəti ilə GÜNDƏM OLDU - VİDEO

Müğənni Roza Zərgərli Naxçıvanda konsert proqramı ilə çıxış edib. Bizim.Media xəbər verir ki, sənətçinin Elşən adlı azyaşlı pərəstişkarı səhnəyə qalxaraq gözlənilmədən onun dodağından öpüb. Bundan sonra nə deyəcəyini bilməyərən fanat üzünü səhnəyə tutub və etdiyi hərəkətdən utanıb. Zərgərli isə fanatını

26.03.2024 899
.

Aygün Kazımovanın qızının YENİ FOTOSU YAYILDI

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, o sosial mediada yeni fotosunu yayımlayıb. Foto marağa səbəb olub. İlqarə görünüşü ilə izləyicilərini heyran edib. Fotoya çox sayda tərif gəlib. Həmin paylaşımı təqdim edirik:

24.03.2024 5731
.

"Məni də oğlum idarə edir"

Xalq artisti Nisə Qasımovanın qonaq olduğu "Zaurla Günaydın" verilişində maraqlı anlar yaşanıb. OLAY yazır ki, aparıcı Günay Baxşəliyeva sənətçinin dırnaqlarındakı hərflərə diqqət çəkib. Qasımova ailə üzvlərinin adlarının baş hərfləri olduğunu deyib və oğlundan danışıb. "Fətulla oğlum

24.03.2024 438
.

"Yalı çapkını"nda gözlənilməz ayrılıq - Foto

"Yalı çapkını" serialında növbəti ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə aktrisa Binnur Kaya vida edəcək. O, layihədə "Nükhet" obrazına həyat verir. Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu ilə Mərd Ramazan Dəmir canlandırır

24.03.2024 572
.

"Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin"

Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən həmkarlarına əsəbiləşib. Axşam.az xəbər verir ki, sənətçi bunun üçün açıqlama yayaraq, uzaq məsafəyə çağrılmasına etiraz edib:. "Qonaqlığınızı Mərdəkan, Şüvəlan, Novxanı, Nasosnu kimi yerlərə salmayın. Tıxacla gəlib çıxmaq olmur. İş, güc başlayıb

16:17 0
.

Həmin roldan imtina etdi - Foto

"Yaban çiçekleri" serialının heyətində dəyişiklik edilib. Axşam.az xəbər verir ki, 2-ci bölümdən etibarən ekran işində "Gükhan"ı canlandıracağı planlaşdırılan aktyor Serhat Teoman layihədən imtina edib. Onun yerinə sözügedən obraza aktyor Yunus Narin həyat verəcək

24.03.2024 455
.

Məşhur azərbaycanlı cütlükdən YENİ FOTOLAR

Məşhur cütlük klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu və aktrisa Aysel İbrahimli paylaşım ediblər. xəbər verir ki, Aysel "instagram" hesabında həyat yoldaşı ilə olan yeni fotolarını paylaşıb. Onların səmimi görüntüləri izləyicilərin marağına səbəb olub. Həmin fotoları təqdim edirik:

24.03.2024 1229
.

Daun sindromlu Natiqin müalicəyə ehtiyacı var: Bacısı da astmadır - FOTO

Yeddi yaşlı Natiqin sizin dəstəyinizə ehtiyacı var. Bu barədə -a onun nənəsi Kəmalə Qocayeva məlumat verib. O bildirib ki, Daun sindromlu Natiq 1-ci dərəcəli trikuspid qapaq çatışmazlığı xəstəliyindən əziyyət çəkir. "Natiq 2017-ci ildə Daun sindromu ilə anadan olub. Bildiyiniz kimi, bu uşaqlar dai

25.03.2024 477