Şahdağda az qala London qiymətinə istirahət...

Şahdağda az qala London qiymətinə istirahət...Tələbə Ceyhun Məmmədli turizm şirkətlərindən birinin elanına baxıb deyir ki, təklif olunan qiymətlərin heç birinə pulu çatmır. Heç yerli şirkətlərin Qubaya təklif elədiyi ucuz turlara da...

Ceyhun deyir getməyinə Qubaya gedəcək, ancaq istirahət yerinə yox, Qubadakı evlərinə: "Biz tərəflərdə bir-iki dəfə qar da yağıb. Yəqin Yeni ilə əməlli-başlı yağar. Qartopu oynayaram, sonra da sobanın dibində əllərimi isidərəm. Bu da olar qış turizmim".

Ceyhun deyir ki, keçən qış tələbə yoldaşları ilə yığışıb Gürcüstanın qış turizm kurortlarından olan Bakurianiyə gediblər: "Bir həftəyə adambaşına 300 manat xərcimiz çıxdı. Yemək də verirdilər, əyləncə, xizək, kanat da vardı. Ancaq bu il keçən ilki imkanım yoxdur".

Londona 670 manat, Qusara isə...

Yerli turizm şirkətləri Yeni ili və qış istirahətini keçirmək istəyənlərə ölkə içində və xaricdə bir-birindən fərqli qiymətlərə dincəlmək təklif edir.

Qiymətlərə baxanda ölkə içində bahalığa görə birinci yeri bir neçə ildir Qusarda açılmış "Şahdağ" turizm mərkəzi tutur.

"Greenwich" turizm şirkəti Şahdağın 5 ulduzlu otellərində bir nəfər üçün 4 gecəlik, 5 günlük istirahəti 500-564 manata təklif edir. Bura yalnız səhər yeməyi daxildir. Yeni il gecəsi üçün isə əlavə ödəniş edilir.

Elə bu şirkətin Türkiyənin məşhur qış turizm mərkəzlərindən olan Uludağda təklif etdiyi 7 gün 6 gecəlik istirahətin qiyməti isə 895 manatdır. Özü də Türkiyənin istirahət mərkəzlərinə məxsus hər şey daxil paketi.

Dubaya 4 gün 3 gecəlik qiymət 570 manat, Bakurianiyə 375 manat, Londona 5 gün 4 gecəlik istirahət 670 manat, Tailanda isə 7 gecəlik istirahət 900 manatdır. Bu qiyməyə təyyarə bileti də daxildir.

Yay istirahətini Azərbaycanda yox, Türkiyədə keçirən mühəndis Kənan Kərimli deyir ki, heç vaxt qışda istirahətə getməyib. Bu ilsə belə bir fikri var: "Araşdırdım, gördüm ki, elə Türkiyədəki istirahət yerləri yaxşıdır. Həm qiymətləri, həm də xidmətləri. Bizdə bahaçılıq olduğundan getmirəm. Gürcüstanı da çox təklif eləyirlər. Ancaq Gürcüstandakı xidmət Türkiyəyə çatmaz. Türkiyədə bu işin altını da yaxşı bilirlər, üstünü də".

Kənan Kərimli deyir ki, Uludağdan da ucuz Qarsdakı Palandöken turizm mərkəzində 4 nəfərlik ailəsi ilə birlikdə 1000 manata 4 gün dincəlməyi planlaşdırır.

Şamaxıda 70 manatlıq balıq ovu turu

Turizm şirkətlərinin ölkə daxilindəki istirahət yerlərinə ucuz qiymətlərə də təklifləri var.

Yerli şirkətlərdən birinin əməkdaşı Günel Əliyeva deyir ki, hələ Yeni il qiymətləri olduğundan bunlar bir az baha da sayıla bilər: "Yeni il təkliflərinin qiyməti adi günlərdən həmişə bir az yüksək olur. Uşaqlar, tələbələr tətildə olur, hamı harasa getmək istəyir. Şamaxıya balıq ovu turumuz var - bir gün qalmaqla adambaşına 70 manat.

Qubaya avtobus turumuz var. Səhər aparıb axşam gətirir. Səhər yeməyi, çay süfrəsi daxildir. Qubanın gözəllikləri göstəriləcək. Bir nəfər üçün qiymət 23 manata Qəbələ turumuz var. Səhər yeməyi, Qəbələni gəzmək daxildir. 32 manata Lahıc turumuz var, 3 dəfə yemək də daxildir".

Ekspertlər deyir ki, manatın devalvasiyasından sonra istirahətə gedənlər də azalıb.

Ancaq neçə illərdir turizmlə məşğul olan Leyla Mehdiyeva deyir ki, bu il də dincəlmək üçün müraciət edənlər az deyil: "Deməzdim ki, istirahətə getmək istəyənlərin sayı çox aşağıdır, ya da çoxdur. Orta deyərdim".

"Qiymətlər yüksəkdir" deməklə iş bitmir

Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Eldar Aslanov deyir ki, qış turizmi azərbaycanlılar arasında məşhur olmasa da ildən-ilə istirahət üçün qışı seçənlərin də sayı artır.

"Statistik rəqəmlərə görə, ildə təxminən bir neçə milyon insan hər il Azərbaycandan xaricə gedir. Qiymətlər kimə görəsə çox yüksək, kimə görəsə aşağıdır. Hər bir insan istəyərdi ki, qiymətlər daha aşağı olsun, hər bir insan istirahət etsin. Qiymətləri salmağın, cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar üçün əlçatan etmək üçün bu qiymətlərin çox yüksək olduğunu demək bəs eləmir.

İnvestisiya mühitini genişləndirməliyik, regionlarda daha aşağı ulduzlu otellərin tikintisini artırmalıyıq. Bu gün Azərbaycanda çarpayı sayı təxminən 35 mindir. Bu, çox aşağı rəqəmdir. Bu 35 minin nə qədəri 4 və 5 ulduzlu otellərin payına düşür. Aşağı ulduzlu yerlərin sayı azdır, ümumiyyətlə, yerlərin sayı azdır. Təklif olunan çeşid kifayət qədər rəngarəng olmadığına görə insanlar kənara üz tuturlar" - E.Aslanov "Azadlıq"a deyib.

Turizm mütəxəssisi onu da deyir ki, azərbaycanlılar əsasən daha çox yay istirahətinə üstünlük verir. Qış istirahətinə gedənlər isə adətən yayda da istirahətə gedənlər olur.

Milli.Az

Şahdağda az qala London qiymətinə istirahət...Şahdağda az qala London qiymətinə istirahət...Şahdağda az qala London qiymətinə istirahət...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2464   Tarix: 21 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018