"Polislərə birtəhər dil-ağız edib otururam burda..."

"Polislərə birtəhər dil-ağız edib otururam burda..."Təsbehsatan kişinin hekayəsi: "Düz-əməlli pensiya alsaydım, buralarda nə işim vardı"

Yəqin ki, çoxumuz "Elmlər Akademiyası" metrostansiyasından Texniki Universitetə gedən yolda dayanan yaşlı babanı görmüşük. Yolun kənarında oturaraq kitablar, təsbehlər satır. Tələbələr də tez-tez ona yaxınlaşaraq yardım məqsədi ilə bir neçə şey alırlar, ya da eləcə öz köməkliklərini göstərirlər. Gənclərlə mehribancasına söhbət edən, onlara nəsihət verən bu adam Əli babadır. O soyuq-isti demədən hər gün evindən çıxaraq bura - universitetin yanına öz zəhməti ilə çörəkpulu qazanmağa gəlir.

Noyarın 19-da Əli babaya baş çəkdik, onunla söhbət etdik. Əli baba bizim televiziyadan gəldiyimizi düşünərək çəkiliş etməyə icazə vermədi. Dedi ki, bu, ona yaraşmaz. Həm də Əli baba insanların ona yardım edəcəyinə inanmır. "Onlar mənə kömək edən deyil, bilirəm" -deyə bildirdi.

Amma, "BizimYol" qəzetindən olduğumuzu dedikdən sonra söhbətləşməyə, şəkil çəkməyə icazə verdi. Məlum oldu ki, Əli babanın 85 yaşı var. O, bura neçə vaxtdı gəldiyini bilmədiyini deyir: "Vallah günləri, ayları saymıram. Ancaq bir xeyli zaman var ki, bura gəlib alverlə məşğul oluram. Gətirdiyim kitabları, təsbehləri satıb çörək pulu qazanıram. Əgər düz-əməlli pensiya alsaydım, Allaha and olsun, mən gəlib burda heç nə satmazdım. 30 yaşımdan pensiya alıram. 7 yaşımda hündürlükdən yıxılmışam, ondan sonra sağlamlıq problemlərim olub. Ayağımın altına taxta qoyuram gəzmək üçün. Çünki ayağım yerə çatmır. Bax, mən belə dolanıram...".

Əli baba deyir ki, yoldaşı xərçəng xəstəliyindən əziyyət çəkir. O, hələ cavan ikən döş xərçənginə tutulub. Əli babanın yoldaşının adı Rənadır. Onlar 20 ildir ki, evlidirlər: "O vaxtı 1000 manat pul verib yoldaşımı əməliyyat elətdirdim. İndi yoldaşımın 58 yaşı var. Binəqədidə yaşayırıq. Bir oğlum var. Onun evini ayırmışam. Nəvələrim, nəticələrim var. Oğlumun ailəsi 5 nəfərdən ibarətdir. Özlərini güclə dolandırırlar. Ona görə mən onların köməyini istəmirəm. Yoldaşım isə heç vaxt işləməyib deyə indi pensiya da vermirlər. Bir-iki yerə getmişəm. O deyir belə, bu deyir belə. Nəticədə də pensiya vermirlər. Özüm də savadsız insanam, elə yerləri bilmirəm ki, hara getmək lazımdır. 400 manat pensiya alsaydım, inanın ki, bura gəlməzdim. Allah tələbələrin köməyi olsun. Gəlib yaxınlaşırlar, kitab alırlar. Beləcə çörək pulumu çıxardıram. Hərdən polislər yaxınlaşıb qoymurlar. Deyirlər ki, "baba, burda satış etmək olmaz". Mən də bir təhər dil-ağız edirəm, otururam burda".
85 yaşlı Əli baba deyir ki, 30 yaşında ona ömürlük 3-cü qrup əlillik dərəcəsi verilib. 3-cü qrup olduğundan aldığı təqaüd də azdır: "Nə qədər, elədim 2-ci qrup vermədilər. Yenə onda biraz dolanışığıma kömək edərdi. İndiki pensiyam 159 manatdır. Onların nəyinə lazımdır ki, 159 manatla adam dolana bilər, ya yox? Bu pula heç dərman almıram mən. Xəstə də olsam, dərman almıram. Yoldaşımın müalicəsi üçün də pulumuz yoxdur. Hərdən çatdıra bilmirəm. Məcbur olub təcili yardım çağırıram. Onda onlar kömək edirlər. Yoxsa bu pensiyayla mən nə edə bilərəm ki? Satdılarımı görürsünüz. Kitabları 2 manatdan, təsbehləri də 1 manat 50 qəpikdən satıram. Sağ olsun tələbələr. Adamın Allahı var. Kömək edirlər mənə. Arada 5-10 manat da verirlər. Qarlı qış günlərində isə gələ bilmirəm. Onda da Allah dolandırır birtəhər".

Əli babadan yoldaşı ilə necə tanış olduğunu soruşduq. O isə deyir ki, tanış olmalarından danışmağımız üçün bizə 1 gün vaxt lazımdır: "2-ci evliliyimdir. Birinci yoldaşımı maşın vurmuşdu. İndiki yoldaşım isə əslən Masallıdandır. Özüm isə Kürdəxanıdanam. Əsl bakılıyam. Düzgün formada adım soyadım Hüseynov Qardaşəlidir. Ancaq burda hamı məni Əli olaraq tanıyır...".

Əli baba ilə söhbətimiz başa çatdıqda onu yenə öz "iş yerində" qoyub geri qayıdırıq. O isə əvvəlki kimi öz işinə davam edir. Yenə tələbələr ona yaxınlaşır, bacardıqları köməyi edirlər...

BiG.AZ

"Polislərə birtəhər dil-ağız edib otururam burda...""Polislərə birtəhər dil-ağız edib otururam burda..."


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2203   Tarix: 21 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib

ABŞ-nin Tennessi ştatının qanunvericiləri müəllimlərə məktəbdə gizli odlu silah gəzdirməyə icazə verən qanun layihəsini qəbul ediblər. Qeyd olunur ki, qərar ictimaiyyətin qəzəbinə səbəb olub. Qanun layihəsi respublikaçıların üstünlük təşkil etdiyi Tennessi Nümayəndələr Palatası tərəfindən qəbul edilib

16:43 158
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

15:20 162
.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

11:35 221
.

"Akademiyada dərs deyirəm" - Roza Zərgərli

Müğənni Roza Zərgərli ünvanına deyilən tənqidlərə reaksiya verib. Axşam.az xəbər verir ki, "El canlı" proqramına qatılan ifaçı "Bir az aparıcı, bir az müğənni, bir az yazıçı, bir az prodüsersiniz. Fəaliyyətiniz mənim bazarlığıma oxşayır" sualına belə cavab verib:. "Cürətini

15:34 454
.

Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub. DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, şəhər polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1960-cı il təvəllüdlü Cavid Əliye

23.04.2024 563
.

Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, əmisi ilə birgə Türkiyə ilə Rusiya arasında sərnişindaşıma ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında həlak olduğu bildirilib. Vətən müharibəsind

11:09 492
.

"Pərvinin şanssızlığı azərbaycanlı rejissorların əlinə düşməsidir"

"Akytor kimi deyirəm ki, Azərbaycanda Pərvin görünüşündə 2-ci belə effektli aktrisa yoxdur". OLAY yazır ki, bu sözləri -un "Gəl danış" layihəsində Akademik Milli Dram teatrın aktyoru Cavidan Novruz söyləyib. "Çox düşünmüşəm ki, görəsən Pərvini kimsə əvəz edə bilər? Amma görmüşə

17:52 174
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

14:04 164
.

DİN-dən Anastasiya ilə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş Anastasiya Bektimirova videomüraciət yayıb. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a verilən məlumata görə, vətəndaş Anastasiya Bektimirovanın müraciəti nəzarət

23.04.2024 891