Dünya liderlərinin iki gündə yedikləri

Dünya liderlərinin iki gündə yedikləriG-20 Sammitinin keçirildiyi günlərdə 3250 kiloqram banan, 2000 kilo mandarin və 1500 kiloqram qırmızı alma yeyilib.

Türkiyənin Antalya şəhərində baş tutan G-20 zirvə toplantısı ərzində dünya liderləri və onları müşayiət edən komandaların tələbatını ödəmək üçün nə qədər ərzaqdan istifadə edilməsi ilə bağlı məlumat yayılıb. BiG.AZ Lent.az-a istinadən xəbər verir ki, "Milliyət"in yaydığı məlumata görə, Antalyanın Bələk bölgəsindəki otellər tədbirin keçirildiyi günlərdə 24 saatlıq yemək xidmətini aktiv edib. Liderlərin qonaq olduğu "Regnum Carya Otel"ində, həmçinin, mətbuatın yerləşdiyi "Kaya Palazzo Otel"də 1000 nəfər personal xidmət edib. Onların 400-ü aşpaz və xidməti personalı olub. Menyularda əsasən türk şirniyyatlarına üstünlük verilib. Yeməklərdən isə dönər, lahmacun, pide növləri və paxlava daha çox yeyilib.

Liderləri qonaq edən "Regnum Carya Otel"də 1 ton dönər, 3 ton qırmızı ət, 5 ton bütöv quzu çevirmə, 1,5 ton toyuq əti, 750 kiloqram balıq, 500 ədəd forel və 350 ədəd qızıl balıq yeyilib. Mətbuat nümaynədələrinin qaldığı "Kaya Palazzo Otel"də isə toplantı günləri boyunca ümumilikdə 1 ton dönər və 2 ton qırmızı ət yeyilib. Bundan başqa, Almaniya kansleri Angela Merkel və Cənubi Koreya prezidenti Pakr Geun üşüdükləri üçün otelin bütün havalandırma sistemi bu iki liderin istəyinə uyğunlaşdırılıb.

Normal günlərə nisbətən daha çox yeyilən məhsullardan biri də banan olub. Oteldə tətil mövsümlərinin eyni dövründə 18 qutu banan yeyilirdisə, G-20-də 70 qutu banan yeyilib. Salat üçün istifadə olunan ərzaqlar və düyüdən də tətil mövsümlərinə nisbətən 5 dəfə daha çox istifadə olunub. Yemək zamanı ölkə liderlərinə öz ölkələrinin meyvələri təqdim olunub. Liderlərə öz istəklərindən asılı olaraq özəl xidmət də göstərilib. Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz sadəcə ət yediyi halda, qatı vegeteriyan olan Hindistan prezidenti Narendra Modiyə sadəcə vegeteriyan yeməkləri verilib. Türk qəhvəsi zirvə iştirakçıları arasında ən populyar içki olub. Bəzi qonaqlar çox bəyəndikləri türk qəhvəsini demək olar ki, hər yeməkdən sonra içiblər.

Mətbuat nümayəndələrinin qonaqlandığı "Kaya Palazzo Otel"də isə ən çox meyvə yeyilib. Ət yeməklərində isə mətbuat nümayəndələri ölkə liderlərindən geridə qalıb. Liderlər 600 kilo ət dönəri, 600 kilo toyuq dönəri, 850 kilo antrikot, 850 kilo quzu budu və 750 kilo qiymə yeyib. Mətbuat nümayəndələrinin ən çox yediyi ərzaqlardan biri də yumurta olub. Zirvə boyunca 63 min ədəd yumurta yeyiblər. Bundan başqa, oteldə 11 min kola içilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2790   Tarix: 20 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672