BAKIDA HARDA XARAB DƏRMANLAR SATILIR? -VİDEOLAR

BAKIDA HARDA XARAB DƏRMANLAR SATILIR? -VİDEOLARBakıda bir neçə aptekdə reseptsiz, dövlət tərəfindən satışı qadağan olunmuş psixotrop dərmanların satışı aşkar olundu və əməkdaşlarımız tərəfindən fakt olaraq lentə alındı.

Belə aptekləridən biri Nərimanov rayonu ərazisində Azadlıq prospekti 235 C ünvanında yerləşən "Elnur" aptekidir ki, burada dövlət tərəfindən qadağan olunmuş Lyrica , Tramadol, Tropin, Contramal kimi psixotrop dərmanları satılır. Məqalə dərc olunandan sonra apteklə əlaqə saxladıq və özünü aptekin direktoru kimi təqdim edən Kamil ( soyadını demədi ) qafqaznews.org-a bildirdi ki, 15 okytabrda onu 19-cu PB-ə dəvət ediblər: " Məndən Qafqaznews.az-ın yazdıqları ilə bağlı izahat tələb etdilər". …Sonrakı araşdırmalarımız zamanı bəlli oldu ki, "Elnur aptek"lər şəbəkəsinin sahibi olan Elnur təkcə psixotrop dərmanların deyil, həm də saxta dərmanların satışı üzrə Azərbaycanda ad çıxardıb. Belə ki apardığımız araşdırma nəticəsində dəqiq müəyyən edə bildik ki, Elnur hələ 2002-ci ildə daha dəhşətli əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilib.

Həmin il Elnurun rəhbərlik etdiyi aptek müdirlərindən və mətbəə işçilərindən ibarət böyük bir dəstə həbs olunaraq "Bayıl türməsi"nə göndəriliblər. İttiham aktında dəstənin başçısı Elnur və Ümid saxta dərmanların topdan satışını təşkil edən şəxslər kimi qeyd olunur. Həmin dəstə üzvləri sırasında şamaxılı Qail, beyləqanlı Eyvaz və başqaları da vardı. Qısaca bildirək ki, bu cinayətkar dəstə vaxtı keçmiş dərmanları əhaliyə satmaq üçün mətbəələrdə saxta içlik və üzərində saxta tarix olan qutulara doldururdular. Yəni əhalinin sağlamlığına dəhşətli zərbə vururdular.

Bir ildən çox Bayıl həbsxanasında həm istintaq dövrünü, həm də məhkəmə istintaqını yola verdikdən sonra, "möcüzə" nəticəsində Elnur ən yüngül cəza ilə canını qurtara bildi. Dəstənin digər üzvləri isə "zon"lara göndərildi. Sözügedən cinayət işində o qədər iyrənciklər vardı ki, hətta cinayətkar aləmin nümayəndələri belə Elnur və onun dəstəsinin törətdiyi əməllərdən dəhşətə gəlmişdi. Cinayətkar aləmin bir neçə "oğru"su onlardan ciddi sorğu-sual olunması üçün "zon"lara xəbər də göndərmişdi. Görünür, vaxtında layiqli cəza almadığına görə, Elnur köhnə vərdişlərindən əl çəkə bilmir və hazırda psixotrop maddələrin satışına rəhbərlik edir. Növbəti yazıda Elnurun 2002-ci ildəki ittiham aktındakı daha vacib detallara toxunacağıq. Bizi izləyin.
/qafqaz nevs/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1945   Tarix: 20 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523