Afaq Gəncəlinin son müsahibəsi: "Oğlumu ölümə buraxmalı idim?.."

Afaq Gəncəlinin son müsahibəsi: "Oğlumu ölümə buraxmalı idim?.."Xəbər verdiyimiz kimi, "10LAR" verilişinin aparıcısı Afaq Gəncəlinin yeganə oğlu Qədirxan dünən axşam xərçəng xəstəliyindən vəfat edib.
BiG.AZ bu məqamda Afaq Gəncəlinin ötən il lent.az-a verdiyi müsahibədən 13 yaşlı oğlu ilə bağlı kiçik hissəni təqdim edir:

"Bilirsiniz, dərd bir dəfə gəldisə, gərək qapıları açıq qoyasan. Mən zərbələri ardı-ardıca aldım. Atamdan sonra oğlumun səhhətində olan problemlər məni çökdürdü. Dostlarım dedi ki, səndə olan gücə məəttəl qalmışıq. Mən elə bilirdim ki, sıradan bir qadınam. Amma indi gördüm ki, güclü insanam.

Oğlum çox ciddi əməliyyata girdi. Bir anın içində tək balam ölümlə üz-üzə qaldı. Heç ailə üzvlərimin xəbəri olmadan, rəfiqəm Nərgizlə elə bir çətin duruma düşdüm ki, həyatı bitmiş sayırdım. Bir tək əlimi Allaha açdım, gecə-gündüz yalvardım, dua etdim. Çox bahalı əməliyyat idi, pulum isə yox idi. Pulu tapmasaydım, əməliyyata almırdılar. Əməliyyata girməsəydi də dilim də gəlmir nəticəni deməyə, o baş verərdi.

(Bir xeyli susdu və göz yaşları süzülərək davam etdi)

Allahıma üsyan etdim. Dedim, Ya Rəbbim, niyə bunu etdin axı? Tanımadığım bir ölkədə, qarşımda oğlumun həyatı və ödəyə bilməyəcəyim sıfırlar... Belimdə heç bir sıfır belə yox idi. Oğlumu ölümə buraxmalı idim? Yox! Amma ağız açmağa heç bir kəsim də yox idi. Uşağımı arabada, ayağını sürütləyə-sürütləyə təyyarəyə mindirdim. Heç nə edə bilməyəcəyim halda getdim. Mənə zəng edən hər kəsə deyirdim ki, qurban olum, oğluma dua edin. Allah heç kimə göstərməsin. Milyonda bir adamda ola biləcək xəstəlik mənim oğlumda idi. Onun beyninin onurğa sinirində vəz var idi. Həkimlər dedi ki, biz bu əməliyyatı edirik, amma sənin uşağın iflic ola bilər. İnanın, ayaqlarım yerdən qopdu. Top kimi uşaq bir anın içində yıxıldı yerə. Elə bir aparat gətirdilər ki, onun əməliyyatdan çox qiyməti var idi. Əgər o aparatsız etsəydilər, uşaq iflic olacaqdı. Bu sözləri eşidirdim, amma onda belə, o əməliyyatı ödəyəcəyim vəsait yox idi. Allah birdən üzümə baxdı. Bir gecə ərzində mənə bir adam kömək etdi. Bəlkə də heç kim inanmaz, mən həmin adamın üzünü belə görməmişdim. Bir tək adını eşitmişdim. O insan bircə kəlimə söz soruşdu, "nə qədər lazımdır?". Və o adam mənə 20 min pul verdi.

Oğlum çox çətin əməliyyatdan çıxdı. Əməliyyatdan ayılanda onun bir sualı oldu "hanı mənim ayaqlarım?". İndi yaxşıdır şükür, amma hələ də yerimir. Hazırda Ankarada müalicə alır. Bir il orada olacaq. Mən ayda iki dəfə Türkiyəyə gedirəm.

Həmişə səs-küylə dolu olan ev indi üstümə gəlir. Evimizi elə boş görüncə, dəli oluram. Sağ olsun Nərgiz, yanımda qalır. Görün, məni qınamağa dəyərmi? Mənim nələr çəkdiyimi onlar haradan bilər axı?! Mənə nələr yazdılar?! Heç kimə cavab vermədim. Bircə kəlimə ürəyimdə dedim ki, Allah sizə mənə yaşatdıqlarını göstərməsin".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 18647   Tarix: 19 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xəyalə Manaflının toyudur - Fotolar+Video

Müğənni Xəyalə Manaflının bu gün toyudur. Axşam.az xəbər verir ki, ifaçı Nurlan adlı bəylə ailə qurur. Cütlüyün toyu Bakıdakı restoranların birində keçirilir. Məclisdə şou-biznes nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Xəyalə Nurlanla TikTok-da tanış olub. Müğənni bu yaxınlarda sosial şəbəkəd

17.04.2024 1618
.

Vüsalə ana olacaq

Aparıcı Vüsalə Tağıyeva ana olacaq. OLAY yazır ki, bu barədə o, özü məlumat yayıb. Vüsalə hamiləlik fotosunu paylaşaraq xəbəri izləyiciləri ilə bölüşüb

18.04.2024 3981
.

Bu gün Mələkxanım Eyubovanın qızının nikahıdır - FOTOlar

Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrin ailə qurur. BİG.AZ -a istinadən xəbər verir ki, bu gün Nəzrinin müğənni Mərdan Kazımovla nikahıdır. Məclis şəhərdə, açıq məkanda təşkil olunub. Qeyd edək ki, toy aprelin 22-də şəhər restoranlarından birində olacaq. Məclis mediaya qapalı keçiriləcək. Nəzri

14.04.2024 1235
.

Ülviyyə Muradla boşanması xəbərlərinə son qoydu

"Hər ailədə çətinliklər və problemlər olur. Bir dəfə əsəbimin pik nöqtəsində bir paylaşım etdim, bu da xəbər olundu. O paylaşımı 20 dəqiqə saxlamışdım". Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Ülviyə Xəlilbəyova "Xəbərin var?" verilişində deyib. Sənətçi aktyor həyat yoldaşı Mura

11:50 957
.

Azərbaycanlı prodüserin qızı xərçəngdən vəfat etdi

Prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib. Axşam.az xəbər verir ki, 31 yaşı olan Nərmin uzun müddətdir xərçəngdən əziyyət çəkirmiş. O, ailə qurub və Almaniyada yaşayırdı. Vəziyyəti pisləşən Nərmini Azərbaycana gətiriblər. O, bu gün dünyasını dəyişib. Qeyd edək ki, Rövşən uzun illər mərhu

18.04.2024 1375
.

Lalə Azərtaşın verilişi bağlanır - İddia

Xəzər Televiziyası maydan "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq. OLAY yazır ki, bu iddia saytında yer alıb. Bildirilir ki, Xəzər TV-dən verilən məlumata görə, Lalə Azərtaşın aparıcısı olduğu proqramla bağlı artıq qərar verilib:. "Televiziy

15:38 224
.

"Avroviziya"dan sonra rus dilində danışır, verilişlərə gəlmirlər"

"Avroviziya"ya gedib gəlirlər efirə çıxmırlar. Onlara bunu xüsusi tapşırırlar ki, efirə çıxmayın? Ya da rus dilində danışırlar. Biri lap qabağa getdi. Hər yerdə rus dilində danışır, yazırdı. Bir gün konnservatoriyanın qabağında dayananda onu gördüm. İstiqanlı gəncdir, yaxınlaşdı orada uşaqlar

17.04.2024 679
.

"Sən mənim nəfəsimsən" - FOTO

Müğənni Gülay Zeynallı sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı qızı Sahilə ilə olan fotosunu izləyiciləri ilə bölüşüb. Gülay şəklə "Sən mənim nəfəsimsən" qısa şərhini yazıb

16.04.2024 1055
.

Sevdanın geyimi tənqid olundu - Video

Müğənni Sevda Yahyayeva "24/7" adlı yeni mahnısı üçün kamera qarşısına keçib. Axşam.az xəbər verir ki, sənətçi görüntüləri instaqram hesabında paylaşıb. Büstqalterin üstündən qara uzun pencək seçimi edən sənətçinin geyimi müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçilərinin bəziləri müğənnini

16.04.2024 7284