"Nuriyyə Əhmədovanın ürəyini bacısı partladıb"

"Nuriyyə Əhmədovanın ürəyini bacısı partladıb"Bu gün mərhum xalq artisti Nuriyyə Əhmədovanın ölümünün 40-cı günüdür. Sağlığında bir çox əziyyətlər görən, evi olmadan dünyasını dəyişən xalq artisti oktyabrın 10-da xəstəxanada ürək tutmasından vəfat edib.

BiG.AZ "Qafqazinfo"-ya istinadən xəbər verir, Nuriyyə Əhmədovanın ömrünün son illərində evində qaldığı rəfiqəsi, əməkdar artist Nahidə Orucova onun ölümü və çəkdiyi əziyyətlərlə bağlı bəzi məqamları modern.azsaytına danışıb.

Onun sözlərinə görə, bacı və qardaşlarının Nuriyəyə sahib çıxmamaları, onu qapılarda saxlamaları aktrisaya mənəvi zərbə vurub:

"Nuriyyənin bacısı onun ürəyini partlatdı. Onu qapılarda qoydu, bacı bacını qapılarda qoymaz. Nuriyyə xanım bəlkə də hələ yaşayardı. Amma bacısının bu münasibəti, onu qapılarda qoyması Nuriyyənin ürəyini partlatdı. Nuriyyənin axırına belə şeylər çıxdı. Bu gün Nuriyyənin 40 mərasimidir. Mən 40 gün susmuşam, amma istəyirəm ki, indi danışım. Nuriyyə xanım mənim evimdə qalırdı, ona sığınacaq vermişdim.

Onun bacılarının, qardaşlarının etmədiklərini onun üçün etdim. Onun iki bacısı, iki qardaşı var. Necə oldu ki, Nuriyyə və nəvəsi üçün heç birinin evində yer olmadı? O, ancaq mənim evimdə rahatlıq tapırdı. Özü də deyirdi ki, Nahidə, mən ancaq sənin evində rahatlıq tapıram. Bütün sənət adamları da bunu bilirdilər. Ona zəng çatmayanda mənə zəng vurub Nuriyyəni soruşurdular. Biz bir evdə mehriban yaşamışıq. Nə tapmışıqsa, onu yemişik".

Əməkdar artist Nuriyyə Əhmədovanın nəvəsinin aqibətindən də danışıb. Aktrisa onun hazırda ortalıqda qaldığını deyib.

Qeyd edək ki, aktrisa mərhum qızının övladı Faiq İbadzadəni özü böyüdüb.

Ömrünün sonunda da aktrisa Nahidə Orucovanın evində onunla birlikdə yaşayıb:

"Uşaq indi qalıb ortalıqda. Nuriyyənin bacısı onu evə buraxmadı. Hər yerdə də deyir ki, "mənim evim ona qurbandır". Amma əsla belə deyil. Yazıq uşaq da babasının yanında qalır. Nuriyyə xanım həmin kişidən ayrılmışdı, sağlığında heç onunla danışmırdı, getmirdi evinə".
Nahidə Orucova Nuriyyə Əhmədova haqqında daha bir məlumatı açıqlayıb. Qeyd edib ki, Nuriyyə Əhmədova ömrünün sonunda məcburən kirayədə yaşamalı olub:

"Evimin təmirə ehtiyacı var idi. Nuriyyə məcburən kirayə ev tutmalı oldu. Çünki bacısı onu evinə buraxmadı. Dedi ki, rayona gedir və qapını qıfılladı. İndi bəh-bəhlə onun yasını vermək lazım deyil. Sağlığında ona qiymət vermək lazım idi. Amma o vaxt dedi ki, "rayona gedirəm, evimi heç kimə əmanət edə bilmərəm". Onda Nuriyyə ağlaya-ağlaya bizə gəldi. Nə baş verdiyini soruşdum. Dedi, "heç nə, bunlar mənim ürəyimi partlatdılar". Bu gün onun 40 mərasimini keçirirlər. Getmədim, özüm süfrə açdım, halva çaldım. Çünki Nuriyyə bu evdə yaşayıb və ehsanı da bu evdə verilməlidir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5992   Tarix: 18 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387