"Həyat yoldaşım şeirlərimi başa düşmür" - tanınmış şairə

"Həyat yoldaşım şeirlərimi başa düşmür" - tanınmış şairəTanınmış şairə Nazilə Səfərli ilə söhbətimiz çox səmimi alındı. Ona ünvanladığımız sualları tərəddüd etmədən cavablandıran şairə həm özü, həm də sənəti barədə müəyyən məqamlara aydınlıq gətirdi. BiG.AZ həmin müsahibəni sizə təqdim edir...

- Nazilə xanım, sizdə şeirə, sənətə maraq neçə yaşınızdan etibarən yarandı?

- Hələ onda on üç yaşım var idi. Zəlimxan Yaqubun şeirlərində ilhamlanmışam. Ondan sonra müstəqil olaraq şeirlər yazmağa başladım.

- İlk şeirinizi nə barədə yazdınız?

- Sosila mövzuda, cəmiyyətdə olan problemlərdən yazmışam. Daha sonra isə məhəbbət və təbiət mövzularına müraciət etdim.

- Bəs indi şeirlərinizi nəyə ithaf edirsiniz?

- İndi daha çox təbiət mövzusunda yazıram. Bunun da səbəbi tətiət aşiqi olmağımdır.

- Təbitə deşmişkən, hansı fəslin vurğunusunuz?

- Payızı çox sevirəm. Ümumiyyətlə, şairlərin çoxu payız fəslinin heyranıdır.

- İndi sevgidən yazmaq sizin üçün çətin deyil ki?

- Xeyir, heç bir çətinliyi yoxdur. İnsan kamilləşdikcə daha çox sevməyə başlayır.

- Həyat yoldaşınıza şeir yazmısınız?

- Çox yazmışam, amma həyat yoldaşım şeirlərimi başa düşmür (gülür-red).

- Bəs hansı mövzuda şeir yazmaq sizin üşün çətindir?

- Mən obraza girib şeir yazanda mənim üçün çox çətin olur. Gərək nəyisə yaşayım, duyum, sonra yazım. Bir də hərçənd ki, mən dövlətimi, millətimi çox sevirəm və vətənpərvər insanam, amma siyasətdən yazmıram.

- Təbinizdən düzgün istifadə edə bilirsiniz?

- İndi özümü çox qınayıram. Əvvəl hər gecə şeir yazırdımsa, indi həftədə bir dəfə yazsam, böyük şeydir. Sözün düzü, bu mənim həvəsimin ölməsindən irəli gəlmir. Çox yorğun oluram.
Məclislər imkan vermir ki, rahat başla oturub nəsə yazasan.

- "Toy bazarı"nı ələ almağı bacarmısınız?

- Biz publika üçün işləyən adamlarıq. Hər kütlənin də sevdiyi, seçdiyi sənətçi olur.

- Sizə rəqib olanlar var?

- Əgər rəqabət varsa, inkişaf da var. Mən öz kütləmi ətrafıma toplamağı bacarmışamsa, deməli mən sevinirəm. Amma rəqabəti də sağlam aparmaq lazımdır.

- Nədən gileylənirsiniz ki?

- Məsələn, çıxıb mənim şeirlərimi efirlərdə, məclislərdə oxuyurlar. Ancaq adımı çəkmirlər. Pul qazananda yaxşıdı, müəllifin adını qeyd etməyə canınız çıxır?! Mən onlara halallıq vermirəm. Ya şeirimi oxuyanda adımı çəkin, ya da ki, oxumayın! Sizin murdar ağzınıza ehtiyacım yoxdur!

Cavidan Abdullayev

"Həyat yoldaşım şeirlərimi başa düşmür" - tanınmış şairə"Həyat yoldaşım şeirlərimi başa düşmür" - tanınmış şairə"Həyat yoldaşım şeirlərimi başa düşmür" - tanınmış şairə


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3556   Tarix: 18 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"

"Bütün verilişləri izləyirəm. ATV-də baş redaktor olmuşam, alışqanlığım var: bütün verilişlərdən xəbərim olmlıdır. "Bizimləsən" uzun illərdir yayımlanır. Zaur və komandasının yardım etdiyi qədər xəstə heç bir proqramda olmayıb". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Günay Baxşəliyev

26.03.2024 546
.

"O qədər səhvlər etmişəm ki..."

"Mən səhv tutmağı sevmirəm. Səhvi olmayan insan natamamdır. O qədər səhvlər etmişəm. Bu gün onlar məni Aytən Səfərova edib". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova "Zarafat bir yana" verilişində deyib. O bildirib ki, efirdə hər zaman qadınları müdafiə edir: . "Hə

26.03.2024 546
.

Türkiyəli məşhur sevgilisindən ayrıldı - FOTO

Türkiyəli müğənni Buray sevgilisindən ayrılıb. BİG.AZ -a istinadən xəbər verir ki, ifaçının aktrisa Ezgi Şenler ilə münasibəti qısamüddətli olub. Belə ki, yeni filminin mətbuat konfransında səssizliyini pozan aktrisa bunları deyib:. "Bütün münasibətlərdəki kimi, eşq başlayır və bitə də bilir. Aramızd

24.03.2024 303
.

Zaranın formada qalma sirri

Türkiyəli müğənni Zara formada qalmasının sirrini bölüşüb. Axşam.az xəbər verir ki, sənətçi müsahibəsində 9 kiloqram çəki atmasından danışıb:. "Tərəvəzli yeməklər yeyirəm. Günəş batandan sonra qidalanmıram. Həftənin 3 günü idman edirəm. Ən vacibi də stressdən uzaq dururam"

27.03.2024 366
.

"Seriallarımız cılızdır, çəkilmirəm"

Xalq artisti Firəngiz Mütəllimova serialları tənqid edib. Axşam.az xəbər verir ki, aktrisa bu haqda "Danışır radio" proqramında deyib. O bildirib ki, seriallaraçəkilmir:. "Bəzən mənə də iradlar olurdu. Söyləyirdilər ki, biz səni filan tamaşada və ya serialda görmək istəmirik. Mən bun

27.03.2024 244
.

"Reytinqə görə verilişlər korlandı"

Müğənni Elnarə Xəlilova Əməkdar artist Elnarə Abdullayevanın sözlərinə dəstək olub. Axşam.az xəbər verir ki, ifaçı sğnət adamlarına səsləni:. "Reytinq adı altında verilişlərimiz korlandı. Musiqimizi bərbad hala saldılar. Artıq dur deməyin vaxtıdır. Sənəti bilənlər, Azərbaycan musiqisinin qeydin

26.03.2024 647
.

Rihanna dəyişdi - Foto

Barbadoslu dünyaca məşhur müğənni Rihanna yeni görünüşü ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı Kaliforniyanın Santa Monika şəhərində paparatsilərin obyektivinə tuş gəlib. Rihanna qara uzun saçlarını kəsdirərək sarı rəngə boyadıb

24.03.2024 494
.

"Dünyaya uşaq gətirmək vacib deyil"

"Sevinirəm ki, Fətulla (qardaşının övladı - red.) ailəni tək idarə edir. Dünyaya uşaq gətirmək vacib deyil". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova "Zaurla Günaydın" verilişində deyib. Müğənni ailəsindən danışıb:. "Fətulla uşaq idi, çılğın, hər şeydə

26.03.2024 454
.

Afra Saraçoğlu və Mert Ramazan Demir birlikdə yaşayacaq

Aktrisa Afra Saraçoğlu və aktyor Mert Ramazan Demir birlikdə yaşamağa qərar veriblər. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Onlar artıq yeni evə köçüblər

26.03.2024 730