Yol polisindən sürücüyə kobud cavab: "Deyəsən, qaşınırsan a" - VİDEOFAKT
Dairədə başqasının yoluna çıxıb qəza şəraiti yaradan yol polisi əməkdaşı cəzalandırıldı
Bu hadisə sentyabrın 19-da Bakıda baş verib. Avtosfer.az-a məlumat verən sürücü bildirib ki, həmin gün Mikayıl Müşviq küçəsində – Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısındakı dairədə hərəkətdə olarkən dairəyə daxil olan 99-YP-436 qeydiyyat nişanlı Yol Patrul Xidməti avtomobilinin sürücüsü dairədə ona yol verməyib: «Mən qəzanın qarşısını almaq məqsədi ilə səs siqnalı verdim, lakin bu siqnaldan xoşu gəlməyən inspektor avtomobilini qarşıda saxladı və mənim gəlməyimi gözlədi. Mən avtomobilimi saxlayaraq inspektora dedim ki, dairədə mənə niyə yol vermirsiniz? O isə mənə cavab verdi ki, niyə yol verməliyəm? Mən onun yolunda 4.3 nişanı olduğunu və pozduğu qaydanın maddəsini yəni, «Yol hərəkəti haqqında» qanunun 42-ci maddəsinin 15-ci hissəsinin tələbini pozduğunu bildirdikdə isə mənə xoşagəlməz sözlər işlətdi və tərbiyəsiz olduğumu bildirdi. Mən isə ona öz tərbiyəmi yüksək səviyyədə nümayiş etdirmək məqsədi ilə həmin ərazini tərk elədim. Belə intizamsız polislərin daxili işlər orqanlarında xidmət aparması düzgün deyil. İnspektorun bu hərəkəti ümumi polis adına xələl gətirir».
Qeyd edək ki, yol polisi əməkdaşının vətəndaşa kobud cavab verərək «deyəsən qaşınırsan» deməsindən sonra həmin sürücü məsələ ilə bağlı Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə şikayət edib. Şikayətə baxılıb və idarə rəisi, polis polkovniki Nüşrəvan Səfərovun imzası ilə vətəndaşa cavab verilib. Cavabında idarə rəisi bildirib ki, YPX əməkdaşının idarə etdiyi 99 YP 436 dövlət qeydiyyat nişanlı patrul avtomobili ilə sayrışan işıqlardan istifadə etmədən «Yol hərəkəti haqqında» qanunun 42-ci maddəsinin tələbinə riayət etməyərək dairəvi hərəkət təşkil olunmuş yol ayrıcına daxil olarkən dairədə hərəkət edən nəqliyyat vasitəsinə yol verməyərək yol ayrıcını keçmə qaydasını pozması təsdiqini tapıb.
Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə bağlı yol hərəkəti qaydalarını pozduğu halda bu barədə digər hərəkət iştirakçılarını məlumatlandırmaq üçün patrul avtomobilində quraşdırılmış sayrışan işıq siqnallarından istifadə etməməklə «Yol putrul xidməti haqqında» Təlimatın 7.43-cü bəndinin tələblərini pozduğuna görə YPX əməkdaşı barəsində intizam tədbiri görülüb.
Belə əməkdaşların cəzalandırılması yaxşı haldır. DYP rəhbərliyinin vətəndaşın müraciətinə obyektiv yanaşmasını yüksək dəyərləndirmək lazımdır. Hər bir YPX inspektoru xidmət zamanı vətəndaşla ünsiyyətdə yüksək mədəniyyət nümayiş etdirməlidir və bu, onun xidməti borcudur. Əlbəttə, bu gün vətəndaşa «qaşınırsan» deyən inspektoru cəzalandırmasalar, sabah həmin instektor vətəndaşı ya döyər, ya da daha pis formada təhqir edər. DYP rəisinin həmin inspektoru cəzalandırması digərlərinə dərs olmalıdır…
// avtosfer.az
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 4466 Tarix: 17 noyabr 2015
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAzərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914 Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO
Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini
17.09.2021 1467 Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-
18.09.2021 250 "Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264