Həyat yoldaşı və övladları Suriyaya aparılan şəxs " sensasiyalı açıqlamalar verdi

Həyat yoldaşı və övladları Suriyaya aparılan şəxs " sensasiyalı açıqlamalar verdiİlqar Yusifov: «MTN-ə bu barədə məlumat verdim, mənə «səbirli ol» deyib heç bir tədbir görmədilər»
Bakı sakini İlqar Yusifov ailəsinin qanunsuz şəkildə ölkəni tərk etdiyini bildirir. O, həyat yoldaşı Pərvanə və qızları Nəzrin və Lalənin Suriyaya aparıldığını deyərək, bu işdə Milli Təhlükəsizlik Nazirliyini, Daxili İşlər Nazirliyini və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarını günahlandırır.

1977-ci il təvəllüdlü Yusifov İlqar Yusif oğlu "Bizim Yol"a bildirib ki, 2003-cü ildə öz seçimi və valideynlərinin razılığı ilə sevdiyi Əhmədova Pərvanə Hüseyn qızı ilə evlənib. İlqarla Pərvanənin birgə nikahından iki övladı dünyaya gəlib. Onlar 28 iyun 2005-ci il təvəllüdlü Nəzrin, 28 iyun 2011-ci il təvəllüdlü Lalədir.

Həmsöhbətim bildirir ki, həyat yoldaşı övladları ilə bu ilin may ayında Suriyaya gedib və hazırda ordadır. O başına gələnləri açıqlayıb:

- Xırdalanda yaxşı şəraitdə olan evdə yaşayırdıq. İndi mən bu evdə tək oluram. 10 ildən çoxdur ki, DJ fəaliyyəti ilə məşğulam. Pərvanəni, övladlarımı sevirəm. Biz xoşbəxt idik, ta ki qonşumuzu tanıyana qədər. İndi həmin qonşumuz Suriyadadır, mənim ailəm də. Söhbət Əfsanə və Məlik Rəsulovlar ailəsindən gedir. Əfsanə yoldaşımla tanış olub, onu vəhhabilik təriqətinə dəvət etdi. Pərvanə 2009-cu ildən namaz qıldı. Üzərindən bir müddət keçəndən sonra hicab bağladı. Mən buna narazılığımı bildirdim. Amma ibadət etməsinə qarşı olmadım.

Qonşunun təşəbbüsü ilə yoldaşım hətta ərəb kurslarına da getdi. Hətta evdə də yığıncaqlar təşkil edirdilər. Mən bunlardan gec xəbər tutdum. Günün çox saatını evdə olmurdum. Onu sevdiyim üçün bu olanlara göz yumdum. Özüm namaz qılmasam da, zərərli vərdişlərdən uzağam. Amma qonşuluğumuzda yaşayan bacısının yoldaşı Samir buna qarşı çıxırdı. Bir müddətdən sonra həyat yoldaşım evimizi tərk edib elə Samirgilə getdi. O, mənimlə yaşamaq istəmədiyini bildirdi. Bizim rəsmi münasibəti halal münasibət adlandırmırdı. Mənə kafir deyirdi.

Elə bu vaxtlarda Əfsanəgil də Şabrana köçdülər. Gec də olsa öyrənirəm ki, yoldaşım bacısıgildən ora gedir. Sonra valideynlərinin yaşadığı Yevlaxa köçüb. Mən də Yevlaxa gedib, Pərvanənin əmisi ilə danışıqlar apardım. Onu evə qaytara bildim. Amma münasibətimiz soyuq olaraq qalırdı. Bir müddətdən sonra o yenidən evi tərk etdi.

O, masanın üzərinə "bir də bizi axtarma" yazaraq qoyub getmişdi. Sonra xəbər tutdum ki, yoldaşım Qaraçuxurda, İlham adlı şəxsin evindədir. Həmin şəxs mənə zəng etdi, evinə dəvət etdi. Mən bu barədə hüquq mühafizə orqanlarına müraciət edəcəyimi bildirdim. Səhəri gün Pərvanə yenidən evə döndü. Mən ona sevdiyimi deyirdim. Ona və övladlarıma qayğı və diqqətlə yanaşırdım. Namaz da qılmağa başladım. Ona yaxın olmağa çalışırdım. Həyat yoldaşımı tanıyan şəxslər zəng edərək məni dinə dəvət edirdilər. Bu din adı İslam olub, mahiyyəti İslam olmayan din idi. Onlar vəhhabilərdilər.

- Bu məsələdə sizin səhvləriniz olubmu?

- Hə, indi bilirəm ki, səhvlərim olub. Öncə deyim ki, biz əl-ələ verib hər şeyi sıfırdan başlamışıq. Özümüzə ev, şərait qurmuşuq. Bir yerdə olduğumuz müddətdə Pərvanə mənə, mən ona xəyanət etməmişik. Mən onu sevmişəm. Sadəcə boşluğum olub. Yəqin ki, boşluq da sevməyimdən yaranıb.

- Dediklərinizlə bağlı rəsmi qurumlara müraciət etmisinizmi?

- Bəli, həm yoldaşım Bakıda olanda, həm də Suriyada olan zaman dəfələrlə müraciət etmişəm. Yoldaşım Azərbaycanı tərk etməmişdən öncə Milli Təhlükəsizlik Nazirliyinə, Daxili İşlər Nazirliyinə, hətta Təhsil Nazirliyinə müraciət etdim. Mənim qızım yanvardan may ayına qədər məktəbə getməyib. Bu barədə Xırdalan şəhəri, 9 nömrəli məktəbin direktoru Həcər müəllimlə görüşüb, şikayətimi bildirdim. Direktor övladımın təhsildən yayınmasına mənim göz yummağımı istədi. Onlar şagirdin məktəbə gəlməməsi ilə maraqlanmırdılar. Guya qızım dərslərdə iştirak edib, yanvardan may ayına qədər jurnala qayıb yazılmayıb. Hansı ki, həmin aylarda o dərsdə olmayıb. Mən bunu sübut edə bilərəm.

- Dediniz ki, həyat yoldaşınızın tanışları sizə dəfələrlə zəng ediblər. Sizdən tələbləri sadəcə onların dini cərəyanına qoşulmaq idi?

- Həmin şəxslər həyat yoldaşımı və övladlarımı sevdiyimi hiss edirlər. Yoldaşım vasitəsi ilə mənim öz maraqlarına xidmət göstərməyimi istəyirdilər. Gedib İŞID-ə qoşulum, Suriyada gedən vətəndaş müharibəsində iştirak edim.

- Hazırda yoldaşınızla evli sayılırsınız?

- Bəli, biz boşanmamışıq. Yoldaşım boşanmaq üçün 3 dəfə məhkəməyə müraciət edib. Ailə həyatımı dağıtmamaq üçün mübarizə aparırdım. İki ərizəsini geri götürüb. Amma üçüncü müraciətini edəndən sonra Azərbaycandan gizli şəkildə qaçıb. Bu baş verib bu ilin may ayında. Məncə, o da məndən boşanmaq istəmirdi. Sanki bu üsulla mənə təzyiq göstərilirdi ki, həmin dini cərəyana qoşulum. Yoldaşımın ölkəni tərk etməsi barəsində bu dəfə Dövlət Sərhəd Xidmətinə, hüquq mühafizə orqanlarına müraciət etdim. Müraciətimə cavab "səbirli ol", "araşdırırıq" oldu. Övladlarım qeyri-qanuni ölkəni tərk ediblər. Mən hər gün övladlarımla ölüb-dirilirəm. Məlum olmayan yerdə övladlarımın ölüm xəbərini eşitmək istəmirəm. Axı mən aylar öncədən hüquq mühafizə orqanlarına müraciət etmişəm. Amma təəssüflər olsun ki, müraciətim ciddiyə alınmayıb. Mənim yoldaşım vatsapına hətta İŞID-in bayrağını qoymuşdu. Qardaşı Suriyada öldürülən keçmiş qonşumuz Əfsanə Rəsulova Suriyada olan yoldaşımla vatsap vasitəsi ilə əlaqə saxlayırdı. Mən həmin yazışmaları oxumuşam. Bu barədə də hüquq mühafizə orqanlarına məlumat verdim. Müraciətimə göz yumuldu. Bəlkə də yoldaşımın ölkədən qaçmasına şərait yaradıldı.

Qayınatam, qayınanam da yoldaşımın radikal dini cərəyana qoşulmasından xəbərdar idi. Amma nədənsə susurdular, ya da qorxurdular. Mənim yoldaşımı idarə edən Əfsanə Rəsulova idi. Ona yolları və kanalları göstərirdi. Mən bu barədə MTN-in əməkdaşları ilə görüşüb məlumat vermişəm. Əlimdə olan faktları onlara təqdim etmişəm. Amma tədbir görülmədi.

- Hazırda ailəniz hardadır?

- Gah deyirlər Rakkada, gah deyirlər Mosuldadırlar. Mənə fərqli nömrələrdən vatsap vasitəsi ilə şəkil və videolar göndərirlər. Mənə bir kişi də mesaj göndərmişdi. Deyirdi ki, mən Suriyaya getməsəm, cihad etməsəm, övladlarımı üz-üzə, göz-gözə görməyəcəm.
Mən yoldaşımdan soruşuram ki, sən necə oldu ölkədən getdin? Övladlarımın doğum haqqında şəhadətnaməsi məndədir. Mən onların ölkəni tərk etməsinə icazə verməmişəm. Ailəm gizli yolla ölkədən çıxarılıb.

Həyat yoldaşım mənə evlənəcəyini, qızımın isə 14 yaşı olan kimi ərə verəcəyini bildirdi. Məni cinayətə sürükləyirlər. İstəyirlər ki, Suriyaya gedib terror təşkilatlarına qoşulam, onlarla əməkdaşlıq edəm. Mən bunu edərəmsə, ailəmi görə biləcəyimi vəd edirlər. Mən yoldaşıma deyirəm ki, yanına necə gələ bilərəm? O, mənə "gəlmək istəsən, yolunu taparsan" cavabını verir.
Həm İŞID-çilər, həm də MTN əməkdaşları dəfələrlə mənə deyiblər ki, bu məsələni ictimailəşdirməyim. Hətta mənə pul da təklif ediblər. Amma mən övladlarımı pula dəyişmədim. Susmadım. Mən övladlarımı istəyirəm. Mənim MTN-ə müraciətim sonuncu dəfə iyul ayında oldu. Qayınatam və qayınanamın Əfsanənin anası və atası ilə münasibətləri var. Bəlkə də ona görə də, onlar harasa şikayət etməyiblər. Mən uşaqlarımı tələb edirəm. Mənə övladlarımı kimsə bağışlamayıb ki, mən də bu vəziyyətlə barışım, susum. Mən məsul məmurlardan övladlarımı tələb edirəm.

Ramid İBRAHİMOV

Həyat yoldaşı və övladları Suriyaya aparılan şəxs " sensasiyalı açıqlamalar verdiHəyat yoldaşı və övladları Suriyaya aparılan şəxs " sensasiyalı açıqlamalar verdiHəyat yoldaşı və övladları Suriyaya aparılan şəxs " sensasiyalı açıqlamalar verdi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7842   Tarix: 14 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19.04.2024 0
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib. APA xəbər verir ki, iclasda Azərbaycanı komissiyanın həmsədri Şahin Mustafayev, Ermənistanı isə Mqer Qriqoryan təmsil edib

19.04.2024 149
.

Sumqayıtda ər-arvadın öldürülməsi ilə bağlı – "Bundan əvvəl də atasının başını daşla vurub yarıb"

Xəbər verildiyi kimi Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi baş verib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova oğlanları 200-ci il təvəllüdlü Fikrət Məmmədov tərəfində

19.04.2024 648
.

"Efirlərə çıxıb özlərinə kişi axtarırlar"

"İşsiz deyiləm. Hazırda iki böyük şirkətin ictimaiyyətlə əlaqələr şöbəsində çalışıram. Aparıcı olaraq efirlərdən uzaqlaşmışam. Mütəmadi olaraq məni verilişlərə qonaq çağırırlar və ekspert kimi iştirak edirəm. Diqqətimi daha çox sosial mediaya yönləndirmişəm. Buna rəğmən televiziyada baş verənlər

19.04.2024 247
.

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

19.04.2024 0
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikd

19.04.2024 702
.

"Azərbaycan tərəfi sülhməramlıların missiyasına aid olmasa da,onların bu fəaliyyətinə anlaşıqlı şəkildə yanaşmışdır" - Politoloq

Rusiya sülhməramlı kontingenti Qarabağı tərk edib. Rusiyanın "Krasnaya Zvezda" qəzeti bildirib ki, Rusiya sülhməramlı kontingentinin fəaliyyəti bir vaxtlar münaqişə bölgəsinə sülh və sabitlik gətirib, aparılan əməliyyat məqsədlərinə çatıb və məntiqi nəticəyə gəlib. Mövzu ilə bağlı -a danışa

19.04.2024 287
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19.04.2024 0
.

Türkiyədə 5,7 bal gücündə zəlzələdən sonra ÜRƏKAĞRIDAN GÖRÜNTÜLƏR

Türkiyənin Tokat vilayətində baş verən zəlzələlərin vurduğu ziyanlar görüntülənib. "Haber Global"a istinadən xəbər verir ki, zəlzələnin episentri olan Sulusaray rayonu dron ilə havadan çəkilib. Görüntülərdə zəlzələnin vurduğu ziyanın miqyası əks olunub. Həmçinin zəlzələnin baş verdiyi bölgələrd

19.04.2024 812