"Bakirə manyakı" vəzifəli şəxsin işləkləri- Azərbaycanda

"Bakirə manyakı" vəzifəli şəxsin işləkləri- AzərbaycandaMilli Təhlükəsizlik Nazirliyin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin adı bizə bəlli olan yüksək çinli keçmiş əməkdaşı (görünür məhz belə hərəkətlərin onları daha tez "yandıra" biləcəyini vaxtında başa düşüblər) yaranmış cəzasızlıq mühitindən sui – istifadə edərək, cavan qızları "ovlamaqla" məşğul imiş.

O qarşılaşdığı və ya ona müxtəlif yollarla göstərilən qız uşaqlarını ağlasığmaz şirnikləndirici təkliflərlə: həmin qızların adına yeni tikilmiş binalardan 3 otaqlı bir mənzil yazdırmaq və bir ədəd bahalı avtomobilin texniki pasportunu onların adına keçirməklə qızları yoldan çıxarır, onlarla evlənəcəyinə inandıraraq, bakirəliyini pozduqdan bir müddət sonra atırmış. Atılmış qızlar sonradan evsiz və maşınsız qalırmışlar…

Bu məşhur MTN – şik – "bakirə ovçusu" ələ keçirdiyi qızları bir müddətdən sonra inandırırmış ki, general rütbəsi və ya yüksək vəzifə almaq üçün ona pul lazımdır. Bu bəhanə ilə evi və maşını qızların əlindən alır, növbəti ovunun adına keçirirmiş. Bu minvalla o ən azı 7-8 qızı bədbəxt edə bilib.

Günlərin bir günü isə, obrazlı desək, daş qayaya rast gəldiyindən, o daha "bir maşın – bir evlə təhlükəsizlik əməliyyatları"nı davam etdirə bilmir. Belə ki, qızlardan biri mənzil və avtomobili geri qaytarmaqdan imtina edir. Nəticədə yaranmış münaqişədən MTN – şikin öz halal ailəsi xəbər tutur və dərhal boşanır…

Bu "transmilli əməliyyatçı" ələ keçirdiyi "qaya – qız"la ər – arvad münasibətlərini davam etdirməyə məcbur olur.
Mənbənin verdiyi məlumata görə, qəhrəmanımız lazım gələndə hətta yalançı toylar da təşkil edirmiş. Yəqin toylara da elə öz MTN – şik həmkarlarını qohum – qardaş adı ilə dəvət edirmiş.

Redaksiya belə toylardan birinin video kasetini əldə etməyə çalışır.

Mövzuya qayıdacağıq və bu "təhlükəsizlik uzmanı"nın öz rəsmi MTN – çi səlahiyyətlərindən istifadə edərək, ələ keçirdiyi qızların ailələrinə, onların valideynlərinə qarşı daha hansı qanunsuzluqları etdiyi barədə oxucularımıza məlumat verməyə çalışacağıq.

P.S. Sonda, aldadılaraq bədbəxt edilmiş həmin qızlarımıza müraciət edirik: adlarınızın gizli saxlanılacağına əmin olun. Redaksiyamıza və ya hüquq – mühafizə orqanlarına rəsmi müraciət edin ki, bu "manyak – transmilli – əməliyyatçı" öz çirkin əməllərini davam etdirib yeni – yeni ailələri bədbəxt edə bilməsin. Əgər bunu vaxtında etməsəniz, gələcəkdə sizin müxtəlif təzyiq və şantajlarla üz – üzə qalacağınız da qaçılmaz ola bilər./moderator/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7001   Tarix: 14 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381