Səidə nöqtə qoydu: "Əsl ərim danışacaq"

Səidə nöqtə qoydu: "Əsl ərim danışacaq"Son zamanlar mətbuatın gündəmindən düşməyən, adı "ər" qalmaqalında hallanan Səidə Dadaşova BiG.AZ-a danışıb.

- Səidə xanım, bu nə söz-söhbətdir belə? Nə baş verir?

- İnandırım sizi ki, mənim özüm də şokdayam hələ. Nə baş verdiyini anlaya bilmirəm. Mənə qarşı kimlərsə təxribat aparır. Mənə böhtan atırlar.

- Yəni deyirsiniz ki, uşaq Məhməmməd adlı şəxsdən deyil?

- Qətiyyətlə deyirəm ki, uşaq ondan deyil. Məhəmmədlə biz sadəcə olaraq dost olmuşuq. Onun ailəsini də tanıyıram. Onlara əlimdən gələn köməkliyi etmişəm. Məhəmməd sadəcə mənim işçimdir, vəssalam.

- Bəs bu qədər yaxşılığın qarşısında Məhəmməd bəyin həyat yoldaşı Aysel xanım sizə qarşı niyə təxribat aparsın ki?

- Onu da qızışdırırlar. Qadındır da...

- Sizcə, Aysel xanım o qədər sadəlöhvdür?

- Bəli, elədir. Mən onu haradasa başa düşürəm. Hər bir xanıma onun həyat yoldaşı barəsində xoşagəlməz söz desələr, istər-istəməz qıcıqlanar və məsələnin dərinliyinə getməyə çalışar. Bəlkə mənim də başıma belə hadisə gəlsə, Aysel xanımdan artıq nələrsə edərdim.

- Siz bu söz-söhbət ortaya çıxandan sonra Aysel xanımla əlaqə saxladınız?

- Xeyir, mən heç kimlə danışmamışam.

- Məsələ burasındadır ki, təkcə Aysel xanım yox, Məhəmməd bəyin qohumları da eyni iddianı irəli sürürlər.

- Kimin nə deməsindən asılı olmayaraq, mən deyirəm ki, bütün deyilənlər yalandır, böhtandır. İşin içində mənəm də. Mənə inanmırsız?!

- Siz hamilə olduğunuzu niyə mətbuatdan gizlədirdiniz?

- Sözün düzü, mən hamilə olduğumu beşinci ayda bilmişəm. Həm də bununla reklam olmaq istəmirdim. Bəzi roblemlərim var idi. Elə bilirdim ana ola bilməyəcəm, sürpriz oldu.

- Siz uşağın əsl atası ilə hal-hazırda rəsmi olaraq evlisiniz?

- Bunun məsələyə bir aidiyyatı yoxdur. Uşağın atası vaxt gələndə özü danışacaq. Hər şeyə aydınlıq gətirəcək. O iş adamıdır. Adının bu məsələdə hallanmasını istəmir. Əsl ərim kimdir özü bu barədə danışacaq da, açıqlama verəcək də. Amma zamanı gələndə, ürəyi istəyəndə.

- Sizin eks prodüsseriniz Arzu xanım da deyir ki, uşaq Məhəmməddəndir, yeri gələrsə, qan analizi ilə də sübüt etməyə hazıram.

- Gəlin, bu məsələni çox qabartmayaq. O nə deyir özü üçün deyir. Arzu xanımla bir yerdə işləmişik, münasibətimiz də pis olmayıb. Ona da təsir edib yönləndirənlər var.

- Kimdir ki onlar?

- Vallah heç özümdə bilmirəm. Məndən nə istədiklərini də bilmirəm.

- Məhəmməd bəy iddia edir ki, Arzu xanım sizin milyonlarınızı "dağıdıb". Nə dərəcədə doğrudur?

- Yenə də deyirəm, kim nə deyirsə, özü üçün deyir. Mən artıq başımı itirmişəm. Yorulmuşam bu söz-söhbətlərdən.

- Atanız bu barədə sizə nə dedi?

- Dedi ki, qızım, sən ailəli adamsan. Öz məsələni özün həll et. Sözün düzü, mən də onun bu məsləyə qarışmasının əleyhinəyəm. Ürəyi xəstə adamdır. Bir şey olar. Ondan sonra kim cavab verəcək?!

- Madam ki, məsələnin həllini öz üzərinizə götürmüsünüz, onda bu söz-söhbətə bir nöqtə qoyun.

- Son olaraq demək istəyirəm ki, xahiş edirəm, məni rahat buraxın. İmkan verin övladımla məşğul olum. Mənə böhtan atmayın, şər yaxmayın. Ayıbdır. O ki qaldı uşağımın atası ilə bağlı şübhələrə, yenə də deyierəm ki, inşallah, yaxın zamanda onun özü danışacaq.

Cavidan Abdullayev


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 17907   Tarix: 09 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Azərbaycanı "Eurovision"da təmsil etməkdən qürur duyaram" – Türkiyəli məşhur müğənni ilə MÜSAHİBƏ

saytının "Seçilənlər" rubrikasının növbəti qonağı "Popstar" yarışması ilə məşhurlaşan Türkiyəli sevilən müğənni Barış Kömürcüoğludur. 2003-cü ildə "Kanal D"də yayımlanan "Popstar" yarışmasındakı iştirakınız ilə çox sevildiniz. Bu yarışmaya qatılmağa necə qəra

17.07.2020 6757
.

"Yüksək bal toplayan abituriyentlərin bizim Akademiyanı seçmələri sevindiricidir" - Zeynab Kazımova ilə MÜSAHİBƏ

Dövlət Gömrük Komitəsinin Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova -ın suallarını cavablandırıb. -Zeynab xanım, bilirik ki, bu il Dövlət Gömrük Komitəsinin Akademiyasına tələbə qəbulu artırılıb. Bundan əlavə, yeni bir ixtisas açılıb. Bu barədə məlumat verməyinizi istərdik

18.09.2019 2773
.

Mənzurə istirahətdən foto PAYLAŞDI - "Çox köksüz, bir az arıqlayın"

Müğənni Mənzurə Musayevanın sosial şəbəkədə paylaşdığı istirahət fotosu müzakirələrə səbəb olub. "Ölkə.Az" xəbər verir ki, əksəriyyət sənətçinin görünüşü barədə xoş sözlər desə də, bəzi izləyicilər onu tənqid etməkdən çəkinməyib. Hətta izləyicilərdən biri "Çox köksünüz, biraz arıqlayın

04.08.2020 7471
.

"Nəsimini bərbad hala salan Afət"

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını ələ salıb. Axşam.az xəbər verir ki, bu haqda ifaçı "Zaurla Günaydın" verilişində danışıb. "Nəsimini bərbad hala salan Afət var. Demişdi ki, yatdım yuxuda Nəsimini gördüm. Dedi, bu şeirə mahnı oxu" deyə, Kərimova söyləyib

30.11.2019 3083
.

Ciddi münasibətlər üçün ƏN YAXŞI tanışlıq saytları - REYTİNQ

"Mashable" portalı ciddi münasibətlər qurmaq istəyənlər üçün nəzərdə tutulan ən yaxşı tanışlıq saytlarının reytinqini tərtib edib. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, birinci yerdə saytıdır. 1995-ci ildə istifadəyə verilən sayt altı ay ərzində qeydiyyatdan keçən hər kəsin özünə həya

21.02.2020 23053
.

Qaralmaq üçün krem çəkdi - YAŞILLAŞDI - FOTO

İnsanların çoxu, xüsusən də qadınlar bürünc dəri rəngini sevirlər. Bu səbəbdən çoxları havanın isinməsiylə hovuza, dənizə qaçıb, günəş vannası qəbul edir, bəziləri isə mövsümə baxmayaraq, solyariyə gedib arzuladığı dəri rənginə qovuşur. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, məhz bu "zaqar"

29.04.2020 4051
.

"Evdə qalan" kişilərin şikayəti: Qadınlar bizi eybəcərləşdirdilər - VİDEO

Koronavirus pandemiyası ilə əlaqədar özünütəcrid etmiş kişilər qadınlar tərəfindən eybəcərləşdirilmələrindən şikayət ediblər. Bu barədə "Daily Mail" xəbər yayıb. Çippenhemdən olan 28 yaşlı Maks Brehamın sevgilisi Arizona İstvud sözün həqiqi mənasında dəlləkliyi onun başında öyrənmək istəyib

02.04.2020 4440
.

"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ

Tanzaniyanın Tarangire qoruğunda çəkdiyi bir foto "National Geographic"in onlayn versiyasında "Redaktorun seçimi" olan məşhur fotoqraf Arif Ələkbərin -a müsahibəsini təqdim edirik:. Tanınmış səyahətçi-fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Arif Ələkbər. Bəs siz özünüzü nec

17.01.2020 3720
.

Rəqqasə Renka əməliyyat olundu

Tanınmış rəqqasə Rəna Ağamuradovadan xəbər var. xəbər verir ki, rəqqasə əməliyyat olunub. O nədən əməliyyat olunduğunu gizli saxlamağa çalışsa da, bir neçə gün öncə ginekoloqun reklamını etməsi diqqətdən qaçmayıb

16.03.2020 6287