4-cü sinif şagirdləri narkomanlıq edir - ŞOK STATİSTİKA

4-cü sinif şagirdləri narkomanlıq edir - ŞOK STATİSTİKA"2014-cü ildə yetkinlik yaşına çatmayan uşaqlar arasında 5 nəfər narkotik maddə istifadəçisi aşkar olunub. Onların arasında 7, 9, 10-cu sinif şagirdləri də var. Hətta 4 və 5-ci siniflərdə də narkotikdən istifadə edən şagirdlərə rast gəlinir".

Bunu AzVision.az -a açıqlamasında Narkotiklərə dair Milli Təbliğat Ofisinin rəhbərinin müavini Leyla Yolçiyeva deyib. O, bildirib ki, tələbə və şagirdlərin maddi imkanları olmadığına görə, onlar sintetik tərkibli narkotik vasitələrdən istifadə edirlər. Buda daha çox aslılıq yaradır:

"Hətta bir - iki dəfə istifadədən sonra insan özünü narkotik vasitəsiz təsəvvür edə bilmir. Az doza ilə qəbul edir. Daha sonra bundan zövq ala bilmir. Və dozanı artırmağa başlayır. Son nəticədə isə dozanı aşma "peridazirovka" deyilən həddə gəlib çıxır. Bu zaman isə orqanizm tap gətirə bilmir, qara ciyər sıradan çıxır".

L. Yolçiyeva həmçinin əlavə edib ki, tərtib olunan statistikada tələbələrlə bağlı məlumat yoxdur. Çünki narkotikdən istifadə edən tələbələr adətən qeydiyyata düşməməyə çalışır. Belə olan halda isə statistikada problem yaşanır:

"Ümumilikdə isə ölkəmizdə 28 min 656 nəfər rəsmi qeydiyyatda olan narkoman var ki, onlardan 554 nəfəri qadınlardır. 666 nəfər isə anonim müalicə alır. Qeyri-rəsmi statistik rəqəmlər isə daha çoxdur".

O, deyib ki, orta məktəblərədə narkotik vasitələrin məktəblilər arasında yayılmasının qarşısını almaq məqsədi ilə Təhsil Nazirliyi ilə birlikdə kurrikulum hazırlanıb. Onun sözlərinə görə, növbəti illərdə bu dərs vəsaiti kimi məktəblərdə tədris olunacaq:

"Demək olar ki, Azərbaycanın bütün universitetlərində tələbələrlə görüşlərdə olmuşuq. Tələbələr açıq şəkildə bizə suallarını verə bilirlər. Məktəblərdə də bu tipli görüşlər edirik. Hətta görüşdən sonra etiraf edənlər də olur. İstifadəçilərdən bəziləri deyir ki, sadəcə dadına baxmaq məqsədilə istifadə etmişəm. Amma indi alışmışam valideyinlərimə deyə bilmirəm. Biz də onları səhiyyə ocaqlarına yönləndiririk. Rayonlarda da tez-tez gedib maarifləndirmə işi aparırıq. Daha çox cənub bölgəsinə görüşlərə gedirik".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4869   Tarix: 07 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949