"Mən onu kişi saymıram" - Səidənin eks prodüsseri nələr danışdı, nələr

"Mən onu kişi saymıram" - Səidənin eks prodüsseri nələr danışdı, nələrArtıq bir neçə gündür ki, səngimək bilməyən Səidə Dadaşova qalmaqalına bu dəfə onun keçmiş prodüsseri Arzu Abbasova münasibət bildirib. Redaksiyamıza gələn Arzu xanım bu məsələ ilə bağlı KİV-də yazılan yazılara aydınlıq gətirib. Səidənin "əri"nin ona böhtan atdığını deyib:

- Arzu xanım, Səidə Dadaşova ilə neçə il işlədiniz?

- Beş ilə yaxın onunla işlədim. Onun işlərinin yolunda getməsi üçün əlimdən gələni etmişəm. Mənim öz evim var. Amma onunla birgə bir evdə kirayə qalırdıq.

- Hamilə olduğundan sizin xəbəriniz var idi?

- Xəbərim yox idi. Günlərin bir günü mənə zəng edib dedi ki, Arzu, mən beş aylıq hamiləyəm. Süni mayalanma ilə hamilə qalmışam. Sözün düzü mən bu xəbərə sevindim. Çünki onun uşaq dünyaya gətirmək baxımından problemi var idi. Amma mənə dedi ki, uşağı tələf etdirmək istəyirəm. Mən də dedim ki, gərək deyil. Sən demə, məni aldadırmış. Doqquz ay məni aldatdı. Doğum evinə gedənə yaxın xəbərim olub ki, uşaq taksi sürücüsü işləyən Məhəmməd adlı bir nəfərdən imiş. Gözümün içinə baxa-baxa mənə yalan danışırmış.

- Siz bu məsələdən xəbər tutandan sonra nə etdiniz?

- Səidəylə əlaqəni kəsdim. Məhəmmədə də təkidlə deyirdim ki, evinə get. Ailənə, uşaqlarına sahib çıx. Hətta ona günə 20 manat pul da verirdim ki, ailəsinə aparsın.

- Siz Məhəmmədi əvvəlcədən tanıyırdınız?

- Xeyir, mən onu Səidəyə görə tanımışam. Adını çəkmirəm reklam olar, məşhur bir restoranın önündə taksi sürücüsü kimi fəaliyyət göstərirdi.

- Bəs Səidə xanımlaMəhəmməd bəyin tanışılığı necə yaranıb?

- Məhəmməd öz avtomobili ilə restoranların birinin qarşısında dayanıb işləyəndə tanış olublar.

- Aralarındakı münasibətdən sizin xəbəriniz var idi?

- Əvvəl yox idi, sonra biləndə təəccübləndim. Dediklərinə görə bir-birlərini sevirdilər.

- Məhəmməd iddia edir ki, siz Səidə xanımın "milyard"larını mənimsəyib, "yemisiniz"...

- Məmməd heç ömründə milyard görüb? Milyardın nə demək olduğunu, nə rəng olduğunu bilir? Mənim milyardım olsa idi Bakıda nə işim var idi? Gedib dünyanı gəzərdim (gülür).

- Sizə qarşı bu ittihamları irəli sürməkdə məqsədləri nədir? Sizdən nə istəyirlər?

- Onu mən özüm də bilmirəm. Mənə nə veriblər ki, ala bilməyirlər? Məndə yalan yoxdur. Sözümün üstündə də dayanıram. O uşaq Məhəmməddəndir.

- Bunu sübüt etmək üçün əlinizdə dəlil var?

- Lazım olsa, qan analizinə qədər çıxartdıra bilərəm. Bunu danmağın heç bir adı yoxdur. Kişiyə yaraşmayan hərəkətdir. Bir kişi ki, gəlib mənim qabağımda hönkürüb, ağlayırsa, mən onu kişi saymıram. Məhəmmədə bir şey olan kimi, gah ağlayırdı, gah da ürəyini tuturdu.

Cavidan Abdullayev


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 15287   Tarix: 06 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aqil Acalov:"Bizdə idmana sponsorluq etmək mədəniyyəti inkişaf etməyib" -VİDEOMÜSAHİBƏ

"İdmanın inkişafı sırf dövlətdən asılı deyil. İş adamlarının üzərinə böyük məsuliyyət düşür. Təəssüf ki, bizdə idmana sponsorluq etmək mədəniyyəti bir o qədər də güclü inkişaf etməyib. İdman yarışlarının təşkil olunması üçün çox böyük məbləğ tələb olunur". Bu sözləri Azərbaycan Braziliya Ciu-Cits

25.01.2024 1202
.

Azərbaycan əsgəri ilə bağlı xatirəsindən danışarkən kövrələn Reza Deqati ilə VİDEOMÜSAHİBƏ

Dünyaşöhrətli fotoqraf, hərbi müxbir Reza Deqati -ın qonağı olub. Cənubi azərbancanlı olan fotoqraf İran inqilabı zamanı göstərdiyi fəaliyyətindən, Azərbaycanın dar günlərində iştirakından, müharibə xatirələrindən danışıb. 2-ci Qarabağ müharibəsi zamanı bir əsgərlə bağlı xatirəsindən söhbət açan Rez

05.05.2022 5666
.

"Qələbə xəbərindən sonra yoldaşım zəng vurub ağlaya-ağlaya..." - Jalə Həsənli - FOTOLAR

Bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun möhtəşəm qələbəsi sayəsində ərazi bütövlüyümüzün bərpasına səbəb olan Vətən müharibəsinin başlamasının 1 ili tamam olur. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə hər il 27 sentyabr anım günü kimi qeyd ediləcək. Belə bir günd

27.09.2021 21215
.

BiG.AZ saytı necə quruldu? 19 illik inkişaf yolu Namik Abdullayev

saytının qurucusu, Online Biznes üzrə ekspert Namik Abdullayev "Bizneskar" YouTube kanalında qonaq olub. Müsahibəni Namik Abdullayevdən Fuad Muxtarov götürür

05.08.2023 2643
.

Meyxanaçı yoxsa iş adamı? - Aqşin Fatehdən maraqlı AÇIQLAMALAR - VİDEOMÜSAHİBƏ

İş adamı kimi fəaliyyətini davam etdirən meyxanaçı Aqşin Fateh restoranının ikinci filialının açılışını edib. Tanınmış meyxanaçı BİG.AZ-a özəl açıqlamalar verib. Müxbirimizin suallarını cavablandıran Fateh şəxsi iş fəaliyyətindən danışaraq, meyxana aləmini tərk etmək fikrində olmadığını vurğulayıb. Dah

03.03.2022 6356
.

Məşhur türk serialında çəkilən rejissorumuzla VİDEOMÜSAHİBƏ

"Rejissor, ssenarist, aktyor - mənim üçün bunlar bir vəhdət təşkil edir". Bu sözləri -a müsahibəsində kinorejissor, ssenarist, aktyor Natiq Axund deyib. Rejissor izləyicilərimizə qısametrajlı filmlərindən, İstanbulda yaşamasından, Türkiyənin məşhur "Savaşçı" filminə dəvətindən v

10.03.2022 6723
.

"Danışığıma lağ edənlər paxıllığımı çəkənlərdir, yenə evdən işləyirəm" – Elmar Məmmədyarovla MÜSAHİBƏ

"2020-ci ildə imzalanan üçtərəfli bəyanatın şərtərinə uyğun olaraq sülhməramlıları Qarabağa yerləşdirmək vacib məsələ idi. Hər bir halda hansısa qüvvə Azərbaycan və Ermənistan qoşunlarının arasında olmalı idi". "Bizdə evə alış-verişi həyat yoldaşım edir. Ona görə də qiymətlərdən xəbərsizəm"

09.03.2023 4325
.

Tərlan Novxanı necə məşhurlaşdı? - Meyxanaçı ilə səmimi VİDEOMÜSAHİBƏ

"Təyyarəyə minəndə özlüyümdə düşündüm: "Tərlan, daha nağıl bitdi. Bu sözləri BİG.AZ-a müsahibəsində məşhur meyxanaçı Tərlan Novxanı deyib. Meyxanaçı izləyicilərimizə sənət yolundan, Özbəkistandakı məşhur konsertindən və şəxsi həyatından danışıb. O bildirib ki, irəli getmək üçün istedad tə

12.02.2022 7243