Dünən Müğənni Elnur Məmmədov Ailə Həyatı Qurdu!

Dünən Bakının məşhur restoranlarının birində müğənni Elnur Məmmədovun toyu olub.

Gənc sənətçi Pərvin adlı dayısı qızı ilə ailə həyatı qurub. Toy Elnurun zövqünə görə hazırlanıb. Toyda Elnurun atasının əvəzinə əmisi, sabiq millət vəkili Məmməd Məmmədov danışıb.

Mərasimin dizaynı fərqli olub, stollarda xüsusi lələkdən hazırlanan şamdan yerləşdirilib. Nikah kəsiləndən sonra toyun ilk mahnısını Elnur özü oxuyub - "Sevdiyimlə artıq evliyəm".

Toyda məşhur sənətçilər İlhamə Quliyeva, Aygün Kazımova, Faiq Ağayev, Aygün Bəylər, Namiq Qaraçuxurlu, Könül Kərimova, Ayan, Xatirə İslam da daxil olmaqla demək olar ki bütün sənətçilər iştirak edib. Tünzalə və Nadir Qafarzadə mərasimi mahnı oxumadan tərk edib. Modelyer Fəxriyyə Xələfova və Baba Vəziroğlu da gələn qonaqlar arasında olub.

Toyu tanınmış aparıcılar Kamilə Babayeva və Nəsib Nur idarə edib. Mərasimdə jurnalistlərin iştirak etməməsi üçün xüsusi tədbirlər görülüb. Bundan başqa, Elnurla münaqişədə olan sənətçilərdən biri Elnuru hədələyib və "sənə toy günü sürpriz edəcəyəm" dediyi üçün həmin gün mühafizə tədbirləri görülüb. Tədbirdə çoxlu sayda mühafizəçilər olub.

Toyun maraqlı sürprizlərindən biri də məclisə Şəki halvasının gətirilməsi olub.

Qonaqlara gəlinlə bəyin şəkilləri satılmayıb.

Məclisin ən şux qonağı Nazpəri Dostəliyeva olub, müğənni oxuduqdan sonra xeyli oynayıb, məclisi qızışdırıb. Müğənninin Türkiyədən gələn ən yaxın dostu Günay Musayeva toy hədiyyəsi olaraq gəlinin barmağına brilyant üzük taxıb.

Dünən Müğənni Elnur Məmmədov Ailə Həyatı Qurdu!Dünən Müğənni Elnur Məmmədov Ailə Həyatı Qurdu!Dünən Müğənni Elnur Məmmədov Ailə Həyatı Qurdu!Dünən Müğənni Elnur Məmmədov Ailə Həyatı Qurdu!Dünən Müğənni Elnur Məmmədov Ailə Həyatı Qurdu!Dünən Müğənni Elnur Məmmədov Ailə Həyatı Qurdu!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 33779   Tarix: 17 iyun 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cavanşir Məmmədovun oxuduğu SONUNCU TOY - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov toyda çıxıış edərkən videosu yayılıb. bildirir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının birində toyda ifa edib. Həmin görüntünü təqdim edirik:

16:38 0
.

Sevdanın geyimi tənqid olundu - Video

Müğənni Sevda Yahyayeva "24/7" adlı yeni mahnısı üçün kamera qarşısına keçib. Axşam.az xəbər verir ki, sənətçi görüntüləri instaqram hesabında paylaşıb. Büstqalterin üstündən qara uzun pencək seçimi edən sənətçinin geyimi müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçilərinin bəziləri müğənnini

16.04.2024 8186
.

"Bir gün gitara almağımla hər şey dəyişdi" - Mert Demir

"19 yaşdan sonra musiqidən başqa işlə məşğul olmadım. 19 yaşa qədər ağlınıza gələ biləcək bütün işlərlə məşğul oldum.Kitab satdım, dülgərlik etdim. Bu da həyatda qalmaq bacarığımı inkişaf etdirdi". xəbər verir ki, bu sözləri tükiyəli müğənni Mert Demir deyib. "Vəkil olmaq istəyirdim, fikrim

19.04.2024 301
.

Zümrüd sevgili iddialarına aydınlıq gətirdi

Aparıcı Zümrüd Bədəlova müğənni Elvin Babazadə ilə haqqında çıxan xəbərlərə aydınlıq gətirib. OLAY yazır ki, o, bu haqda "Xəbər ətər" verilişində danışıb. "Elvin dostluğa, çox istədiyi adamlara qarşı başqa cürdür. Sevgisini gizlədə bilmir. Xoşu gəlməyən adamlara olan kinini də gizləd

10:34 434
.

Xəyalə Manaflının toyudur - Fotolar+Video

Müğənni Xəyalə Manaflının bu gün toyudur. Axşam.az xəbər verir ki, ifaçı Nurlan adlı bəylə ailə qurur. Cütlüyün toyu Bakıdakı restoranların birində keçirilir. Məclisdə şou-biznes nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Xəyalə Nurlanla TikTok-da tanış olub. Müğənni bu yaxınlarda sosial şəbəkəd

17.04.2024 1726
.

"Sən mənim nəfəsimsən" - FOTO

Müğənni Gülay Zeynallı sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı qızı Sahilə ilə olan fotosunu izləyiciləri ilə bölüşüb. Gülay şəklə "Sən mənim nəfəsimsən" qısa şərhini yazıb

16.04.2024 1087
.

Plastik əməliyyat olunan Türkan Vəlizadə İLK DƏFƏ EFİRDƏ - VİDEO

Müğənni Türkan Vəlizadə "7 tamam" verilişinə qonaq olub. xəbər verir ki, bir müddət əvvəl plastik əməliyyat olunan sənətçi ilk dəfə canlı efirə qonaq olub. Türkan bildirib ki, əməliyyatdan sonra daha da gözəlləşib və özgüvəni yerinə qayıdıb. Ətraflı videoda:

18.04.2024 6109
.

Məna xəstəliyi haqda danışdı

Meyxanaçı Namiq Mənanın müğənni oğlu Məna Əliyev xəstəliyindən danışıb. Axşam.az xəbər verir ki, "Rəngarəng səhər" proqramında qonaq olan ifaçı bir müddət əvvəl xəstəxanadan olan görüntülərini yayımlamasının səbəbini açıqlayıb:. "Hər kəs həyatını paylaşır. Kimi əşyasını, getdiyi yeri paylaşır

17.04.2024 1064
.

Bu il xalları Aysel açıqlayacaq

İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya 2024" mahnı müsabiqəsində Azərbaycandan olan səsvermənin nəticəsini təqdim edəcək şəxsin adı açıqlanıb. Axşam.az xəbər verir ki, xalları Aysel Adıgözəlzadə (Teymurzadə) səsləndirəcək. Bildirilib ki, mayın 11-də İTV-nin efirində tamaşaçılar Aysel

17.04.2024 856