Azərbaycanlı işəgötürənlərin yazılmamış "QAYDALAR"I

Azərbaycanlı işəgötürənlərin yazılmamış "QAYDALAR"IAzərbaycanda bəzi işəgötürənlər qəbul olunmamış "qaydalar"a əsasən, işə qəbul üçün maksimum yaş müddətinin 25-30 olmasını, əlavə olaraq, həmin sahə üzrə bir neçə illik iş təcrübəsinin olmasını tələb edirlər ki, bu da yeni işə qəbul olunmaq istəyən gənclərin iş tapmasına ciddi maneələr yaradır.

Nəzərə almaq lazımdır ki, təhsil almaqla məşğul olan şəxs həmin illərini yalnız təhsil almağa yönəltdiyindən onun həmin müddətdə həm də əmək fəaliyyəti ilə məşğul olması, yəni iş təcrübəsi toplaması real deyil.

Azərbaycanın mövcud Əmək Məcəlləsinə görə, ölkədə yaş senzi elmi tədqiqat müəssisələrində çalışan şəxslər, ali məktəb müəllimləri istisna olmaqla, yalnız dövlət büdcəsindən maliyyələşən idarələrdə çalışan şəxslər üçün tətbiq edilə bilər. Bu sənədə əsasən, dövlət idarələrində işləmək üçün maksimum yaş həddi 65-dir. Lakin bəzi amillər nəzərə alınmaqla, qulluq müddəti hər dəfə bir ildən çox olmayaraq uzadıla bilər. Müddətin beş ildən artıq uzadılmasına icazə verilmir.

Milli Məclisin deputatı Musa Quliyev açıqlamasında bu gün gənclərin sözügedən problemlə qarşılaşdıqlarını bildirərərk qeyd edib ki, işçinin hansı şərtlərlə işə götürülməsi sahibkarlara diktə edilə bilməz: "Çünki sahibkarların da öz maraqları var. Onlar bu maraqlarına uyğun olaraq, işə daha təcrübəli və bacarıqlı işçi qəbul etmək istəyirlər. Bazar iqtisadiyyatı şəraitində sahibkara deyə bilməzsən ki, bu işçini işə götür, digərini isə götürmə. İşəgötürənlər daha savadlı, enerjili və bacarıqlı işçilər axtarır".

Amma M.Quliyev belə hesab edir ki, sırf bu amilləri əsas gətirərək gənclər üçün yalnız onlar gənc olduğuna görə, xüsusi kateqoriyalı iş yerlərinin yaradılması da real deyil: "Bu səbəbdən gənclər öz üzərində işləməklə, pillə-pillə yüksəlməklə arzu etdikləri işlərdə çalışmağa nail olmalıdırlar".

Millət vəkili bu məsələlərlə bağlı gənclərimizdə də müəyyən problemlərin olduğunu da vurğulayıb: "Gənclərimizin çoxu olduqca iddialıdırlar. Bu, təqdir olunmalıdır. Lakin digər tərəfdən, onlar həyatın reallıqlarını da qəbul etməlidirlər. Hər kəs birdən-birə yüksək maaşlı vəzifəyə qəbul olunmur. Hər birimiz müəyyən həyat yolu keçmişik, ən aşağı vəzifədən az maaşla işə başlamışıq. Təcrübə yığa-yığa, potensialımızı ortaya qoya-qoya müəyyən vəzifələrə gəlib çatmışıq. Gənclərimiz az maaşlı işlərdən çəkinməli deyillər. Ola bilər ki, ilkin mərhələdə iş rejimi ağır, az maaşlı olsun, amma işçinin özündən də çox şey asılıdır. Gənclərə tövsiyə edərdim ki, işdən qorxmasınlar. Hansısa münasib iş təklif olunarsa, onunla razılaşsınlar. Öz üzərilərində daim işləməklə tədricən istəklərinə nail olsunlar".

Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov isə Trend-ə açıqlamasında bildirib ki, gənclərin məşğulluğunun təmin olunmasında yaranan problemin əsas kökü təhsil sistemindən qaynaqlanır.

Onun sözlərinə görə, hazırkı təhsil sistemi praktik vərdişləri olan məzun yetişdirə bilmir: "Bu da həmin məzunların əmək bazarına daxil olmasında problemlər yaradır. İşəgötürən istəyir ki, işə götürdüyü adam işə qəbul olunan kimi peşəkar səviyyədə işə başlasın. Amma bizim təhsil sistemimiz hələ belə kadr yetişdirə, mütəxəssis hazırlaya bilmir. Almaniyada 16 yaşlı gənc məktəbi bitirdikdə onun ən azı iki peşə vərdişi olur. Bizdə isə 17 yaşında orta məktəbi bitirirlər, 4 il ali təhsil alırlar, oğlanlar isə əlavə olaraq 1 il də hərbi xidmətdə olurlar. Nəticədə 22 yaşında əmək bazarına daxil ola bilirlər. Bu da onlara müəyyən problemlər yaradır".

Azərbaycan təhsilinin Boloniya prosesinə qoşulduğunu xatırladan S.Məmmədov qeyd edib ki, Boloniya prosesinin əsas tələblərindən biri təhsilin praktika ilə əlaqəli olmasıdır: "Amma bizdə bu yoxdur. Bizdə, ümumiyyətlə, əmək bazarı öyrənilmədən kadr hazırlanır. Buna görə də belə problemlər yaranır".

trend


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1300   Tarix: 22 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Şahdağa sulu qar yağıb

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, əksər rayonlarda hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə şimşək çaxıb. Şahdağda isə sulu qar yağıb. Düşən yağıntının miqdarı Zaqatalada 19 mm, Balakəndə 14 mm, Şəkidə 8 mm, Qrızd

10:10 186
.

Bu insanlara tatu olmaz – Həkimdən XƏBƏRDARLIQ

Tatu bəzi insanlar üçün qəti şəkildə zərərlidir. xəbər verir ki, bu barədə dermatoloq-kosmetoloq Svetlana Jaboeva müsahibəsi zamanı deyib. Həkimin sözlərinə görə, tarixdə dəri xərçəngi, melanoma, skuamöz hüceyrəli və ya bazal hüceyrəli karsinoma olan insanlar döymələrdən çəkinməlidirlər. Ailəsində melanom

22.04.2024 616
.

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ

2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavin

12:03 231
.

İran prezidenti Rəisi Pakistana rəsmi səfərə gedib

İran prezidenti İbrahim Rəisi Pakistanın paytaxtı İslamabada gəlib. xəbər verir ki, Rəisi Pakistanın Baş naziri Şahbaz Şərif və prezident Asif Əli Zərdari ilə görüşəcək. İran prezidenti həmçinin Pakistanın mədəni və iqtisadi mərkəzi sayılan Lahor və Kəraçi şəhərlərinə də səfər etməyi planlaşdırır. Onu

22.04.2024 247
.

Dubay aeroportu fəaliyyətini tam bərpa edib

Xəbər verdiyimiz kimi, keçən həftə Dubayda kəskin yağışlar yağıb. BİG.AZ xəbər verir ki, artıq şəhərdə hava şəraiti düzəlib. İntensiv leysana görə işini dayandırmış Dubay aeroportu fəaliyyətini tam bərpa edib. Hadisə zamanı itmiş çantaların sahiblərinə qaytarılması prosesi hələ başa çatmayıb

22.04.2024 403
.

Keçmiş bank sədri Vyanada vəfat etdi

Keçmiş bank sədri Fərid Əlizadə Vyanada dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, Fərid Əlizadə müalicə aldığı klinikada ürək problemindən vəfat edib. Yaxın günlərdə mərhumun cənazəsinin dəfn olunmaq üçün Azərbaycana gətiriləcəyi bildirilib. Qeyd edək ki, F.Əlizadə Rutgers Universitetin

22.04.2024 633
.

Azərbaycanda zəlzələ oldu

Goranboyda 3.1 bal gücündə zəlzələ olub. BİG.AZ Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ qeydə alınıb. Tektonik təkanlar bu gün 04:27-də 13 km dərinlikdə müşahidə olunub. Zəlzələ hiss olunmayıb

10:02 385
.

Bütün sosial ödənişlər bu tarixdə veriləcək

Aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib

12:27 332
.

İsrailin Rafah-a hücumları nəticəsində azı 8 fələstinli öldü

İsrail ordusunun Qəzza zolağının cənubundakı Rafah şəhərində müxtəlif nöqtələrə hücum edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 8 fələstinlinin öldürülüb. Bu barədə Səhiyyə mənbələri məlumat yayıb. Məlumata görə, beynəlxalq ictimaiyyətin bütün xəbərdarlıqlarına baxmayaraq, İsrail ordusu Rafahı

22.04.2024 239