Azərbaycanın ikinci peykini Kanada şirkəti inşa edəcək

Azərbaycanın ikinci peykini Kanada şirkəti inşa edəcəkKanadanın SSL şirkəti Azərbaycanın ikinci telekommunikasiya peykini inşa edəcək.

Bu barədə "Azərkosmos" ASC-nin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, SSL Azerspace-2 layihəsinin peyk sisteminin təchizatçısı seçildi.

Qərargahı Kaliforniyanın Palo Alto şəhərində yerləşən və Kanadanın MDA korporasiyasına məxsus, kommersiya peyklərinin aparıcı təchizatçısı olan "Space Systems/Loral" (SSL) şirkəti "Azərkosmos" ASC tərəfindən Azərbaycanın sayca üçüncü, təyinatına görə isə ikinci telekommunikasiya peykinin istehsalçısı seçilib. Dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan İntelsat ilə "Azərkosmos" ASC-nin uzunmüddətli razılaşmasına əsasən, 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək Azerspace-2 Afrika, Avropa, Asiya və Yaxın Şərq regionlarını əhatə edəcək.

SSL şirkətinin Prezidenti Con Çelli (John Celli) bildirib ki, peyk operatorları ilə əməkdaşlıq sahəsində SSL-in böyük təcrübəsi var: "Biz Azərkosmosla İntelsatın inkişaf hədəflərini dəstəkləyəcək bir peyk istehsal etməklə bu şirkətlərin birgə əməkdaşlıq layihəsinə öz töhvəmizi verməyi səbirsizliklə gözləyirik".

Azerspace-2 Azərkosmosun sayca ikinci telekommunikasiya peyki olmaqla yanaşı, Azerspace-1-in əhatə zonasını genişləndirməklə Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrikada Böyük Səhranın cənub regionlarında ödənişli televiziya, hökumət strukturları üçün rabitə xidmətləri və şəbəkə xidmətlərinə artan tələbatı qarşılayacaq.

Bu peyk İntelsatın hazırda 45° şərq uzunluğu orbital mövqeyində yerləşən və Mərkəzi və Şərqi Avropa, Asiya-Sakit okean regionlarında ödənişli televiziya platformalarını tutumla təmin edən İntelsat 12 peykinin davamlılığını təmin edəcək. Azerspace-2, həmçinin Afrikada korporativ şəbəkə və dövlət qurumlarını peyk xidmətləri ilə təmin edəcək.

"Bu yeni peyk Azərkosmosu regionda peyk tutumlarına artan tələbatı qarşılamaq üçün əlavə tutumla təmin edəcək və müştərilərimizə daha yüksək keyfiyyətli radio, televiziya və rabitə xidmətləri göstərməyimizə imkan yaradacaq. Biz dünyanın peyk sənayesinin aparıcı şirkətləri olan İntelsat və SSL ilə əməkdaşlıq etməyimizə məmnunuq" - deyə Azərkosmosun sədri Rəşad Nəbiyev bildirib.

İntelsatın Baş texniki direktoru Tyeri Qulemin (Thierry Guillemin) bildirib ki, bu layihə hazırda peyk sənayesində peyk operatorları arasında əməkdaşlığın bariz nümunəsidir: "SSL və Azərkosmosla əməkdaşlığımız bizə imkan verəcək ki, Mərkəzi Avropa və Asiyada müştərilərimizin məzmunun paylanmasına olan tələblərini qarşılayaq. Bu peyk, həmçinin Afrikadakı korporativ şəbəkələri biznesin qurulması və genişləndirilməsi üçün lazım olan genişzolaqlı rabitə ilə təmin edəcək".

Azerspace-2 ABŞ-ın qərargahı Kaliforniyanın Palo Alto şəhərində yerləşən və MDA korporasiyasına məxsus olan SSL şirkəti tərəfindən dizayn və istehsal ediləcək. Müqavilə çərçivəsində Kanadanın Riçmond şəhərində yerləşən, qlobal kommunikasiya və informasiya şirkəti olan MDA korporasiyası Azərkosmosa Yer səthinin radarla müşahidəsinə dair bilik və təcrübənin ötürülməsini də təmin edəcək. Peykin dizaynı yüksək etibarlı SSL 1300 peyk platformasına əsaslanacaq ki, bu da öz növbəsində, çoxsaylı tətbiqlərdən və yüksək texnologiyalardan istifadə imkanları yaradır.

Azerspace-2 peyk layihəsi Kanadanın "Export Development Canada" ("EDC") ixrac-kredit agentliyi tərəfindən uzunmüddətli və güzəştli kredit xətti vasitəsilə maliyyələşdiriləcək. Peykin 2017-ci ildə orbitə buraxılması planlaşdırılır.

Qafqazda yeganə peyk operatoru olan "Azərkosmos" ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən Azerspace-1 peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.

Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən Azərkosmos sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan Azersky-ın idarəçiliyini təhvil almış və bununla da Geo-İnformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, Azərkosmos 2017-ci ildə ikinci telekommunikasiya peyki Azerspace-2-ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və önümüzdəki illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır. Daha ətraflı məlumatı www.azercosmos.com internet səhifəsindən ala bilərsiniz.

İntelsat S.A. (NYSE: I) dünyanın peyk xidmətləri üzrə aparıcı şirkətidir. Şirkət 50 ildən çoxdur ki, media, stasionar və mobil genişzolaqlı infrastrukturlar, korporativ, dövlət və hərbi sahədən olan müştərilərə yüksək keyfiyyətli rabitə həlləri təqdim edir. Peyk sənayesində İntelsatın peyk, teleport və fiber infrastrukturunun analoqu yoxdur. Bu şirkət video və genişzolaqlı xidmətlərin transmissiyasının standartlarını müəyyən edir. Daha ətraflı məlumatı www.İntelsat .com veb səhifəsindən ala bilərsiniz.

MacDonald, Dettwiler and Associates Ltd. (MDA) korporasiyasına məxsus olan Space Systems/Loral (SSL) peyk operatorları və innovativ kosmik missiyaları dəstəkləyən, kommersiya yönümlü peykləri geniş təcrübəsi ilə təmin edən aparıcı təchizatçı şirkətdir. Şirkət əsasən ödənişli televiziya, video məzmunun paylanması, genişzolaqlı internet, mobil kommunikasiya və Yer səthinin məsafədən müşahidə peyklərinin dizaynı və istehsalı sahəsində ixtisaslaşıb. 50 ildən çoxdur ki, Silikon Vadisinin innovatorlarından olan SSL-in yükək texnoloji məhsullarına müasir, kiçik ölçülü peyklər, mürəkkəb robotlar və məsafədən idarə olunan əməliyyatlar üçün avtomat həllər də daxildir. Daha ətraflı məlumatı www.sslmda.com veb səhifəsindən ala bilərsiniz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 611   Tarix: 21 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Vətəndaş nikahına girməsinlər"

"Vətəndaş nikahı Azərbaycana Avropadan keçib. Araşdırmalara görə, Avropada vətəndaş nikahı azalır. Amma Azərbaycanda getdikcə artır". "Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib. O bildirib ki, son 10 ildə vətəndaş nikahında

23.04.2024 434
.

"Azərbaycan və Rusiya rəhbərləri arasındakı şəxsi münasibətlər sistemi iki ölkə münasibətlərinin inkişaf etməsinə böyük təkan verib"

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib. Mövzu ilə bağlı -a danışan politoloq Tura

23.04.2024 257
.

İdarəetməni itirən yük maşını 11 avtomobili vurdu

Türkiyənin İstanbul şəhərində idarəetməni itirən yük maşını qəza edib. xəbər verir ki, qəza zamanı yük maşını 11 avtomobili vurub. Qəzadan sonra isə 4 mərtəbəli binanın girişindəki iş yerinə girib. Hadisənin baş vermə videosunu təqdim edirik:

23.04.2024 222
.

Ermənistanın müdafiə naziri Fransa nümayəndə heyəti ilə Ermənistan-Fransa əməkdaşlığını müzakirə edib

Ermənistanın müdafiə naziri Suren Papikyan Fransa Senatının Fransa-Ermənistan dostluq qrupunun sədri Gilbert-Luc Devinazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüşdə Fransa Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfir

23.04.2024 150
.

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB

Qəbələdə 20 yaşlı qızın intiharı ilə bağlı detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, intihar edən gənc qız nişanlı olub və nişanlısı təxminən bir ay bundan əvvəl avtoqəza nəticəsində dünyasını dəyişib. Bu gün isə onların toyu olacaqmış. Gənc qızın məhz bu səbəbdən intihar etdiyi deyilir. Dah

23.04.2024 1596
.

Şoyqunun müavini saxlanıldı

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müavini Timur İvanov saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. "Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkd

23.04.2024 193
.

4 gün əvvəl itkin düşən qadının meyiti çaydan tapıldı

Aprelin 19-da Şəkinin Cumakənd kəndində itkin düşən qadının meyiti tapılıb. Bu barədə BİG.AZ-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Şəki rayon sakini, 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb. Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşlar

23.04.2024 394
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23.04.2024 225
.

Azərbaycanda DƏHŞƏT: 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürüldü - FOTO - VİDEO

Azərbaycanda 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürülüb. xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan Tehran adlı qadın bildirib. Qadın söyləyib ki, oğlunu 3 ildir ki itirib:. "Oğlumu öz kiçik bacımın qızı ilə evləndirmişdim. Mən

23.04.2024 948