Yerli məşhurlarımız sonuncu dəfə hansı kitabı oxuyublar? - SORĞU

Yerli məşhurlarımız sonuncu dəfə hansı kitabı oxuyublar? - SORĞUSənətçilər arasında "Sonuncu dəfə hansı kitabı oxumusunuz?" adlı sorğu keçirilib.

BiG.AZ sorğunun nəticələrini təqdim edir:

Xalq artisti Nazpəri Dostəliyeva sonuncu dəfə yazıçı Çingiz Abdullayevin əsərlərini oxuduğunu deyir:
"Çingiz Abdullayevin əsərlərini çox sevirəm və sevə-sevə oxuyuram. Ümumiyyətlə, detektiv janrında olan əsərləri çox sevirəm. Klassik əsərləri də oxuyuram. Hər bir insan mütləq kitab oxumağa vaxt ayırmalıdır və mütaliəsindən qalmamalıdır".

Faiq Ağayev isə hazırda Piter Ceymsin "Alatoranlığın astanasında" kitabını oxuyur:

"Kitabın qəhrəmanı hüquq-mühafizə orqanlarında çalışır. Silsilə kitablardır və qəhrəmanın başına gələn hadisələrdən bəhs olunur. Ümumiyyətlə, vaxt tapan kimi oxuyuram. Günün bütün saatlarında mütaliə edə bilərəm. Daha çox tarixi, detektiv fantastika janrlarında olan kitabları oxuyuram. Məhəbbət mövzusunda olan əsərləri oxumuram. Bir şey də deyim: Kitab insanın dünyagörüşünə təsir edə bilər, lakin insanı hansısa hərəkətə sövq edirsə, o insanın şəxsiyyət olaraq tamamlığı sual altındadır. Düşünürəm ki, insanın formalaşması kitabla bağlı olmamalıdır".

Müğənni Nura Suri yaxın günlərdə "Sojjennıy zajiva" kitabını oxuyub:

"Sonuncu dəfə Suadın yazdığı "Sojjennıy zajiva" kitabını oxumuşam. Deməzdim ki, güclüdür, amma baş verən hadisələr təsirlidir. Əsər Fələstində yaşayan xanımların başına gələnlərdən bəhs edir. Burada bir xalqın qadına olan münasibəti əks olunur. Əfqan əsilli Amerika yazıçısı Xalid Hüseyninin kitablarını da çox sevirəm. O, Əfqanıstanın problemini kitablarında çox açıq göstərir. Əsərlərinin təsirindən bir-iki ay çıxmaq olmur. Məhəbbət mövzusunda olan əsərləri gənc yaşlarda oxumuşam. Ümumiyyətlə, mən 10 yaşımdan bədii ədəbiyyat oxuyuram. Məktəbdə dərs bitən kimi kitabxanaya gedirdim. Aleksandr Dümanın bütün əsərlərini çox sevirəm. On bir yaşımdan onun əsərlərini oxumağa başlamışam. Ümumiyyətlə, fransız yazıçılarının əsərlərini çox oxuyurdum və özümü uşaq vaxtı Fransada doğulmuş kimi hiss edirdim. Amma Fransanı gördükdən sonra fikrimdən daşındım. Parisi sevmədim və qurduğum xəyallar boşa getdi. Hazırda daha çox real həyatdan bəhs edən kitabları oxuyuram. Eləcə də, həyatda baş verməyən hadisələrdən bəhs edən və ideyası böyük əsərləri oxumaq çox xoşuma gəlir".

Rəqqasə Oksana Rəsulova deyib ki, üç həftə əvvəl Qurban Səidin "Əli və Nino" romanını oxuyub:
"Mütaliə etməyi çox sevirəm. Daha çox tarixi əsərləri oxumağa çalışıram. Romantik əsərləri sevmirəm. Vaxtım olanda detektiv də oxuyuram. Onu deyim ki, məhəbbət mövzusunda romanlar oxumuram. Çünki son zamanlar çox məntiqsiz yazırlar. Dünya ədəbiyyatını sevirəm. Sevdiyim ik-üç yazıçı var. Oksana Robskinin poemaların çox sevirəm. Hətta sevdiyim kitabları üç-dörd dəfə təkrar oxuyuram. Qadın və kişi psixologiyasından bəhs edən kitabları da çox sevirəm".

Xatirə İslam da mütaliəni sevənlər sırasında olduğunu dedi:

"Kitab oxumağı çox sevirəm. Atam-anam müəllimdirlər. Qardaşım 700 bal ilə universitetə qəbul olub. Yoldaşım Amerikada və Azərbaycanda iki universitet bitirib. Mən də İncəsənət Universitetini bitirmişəm. Mütaliəyə münasibətim çox gözəldir, amma hazırda mütaliə etməyə vaxtım yoxdur. Çünki həm evdar, həm də "çöldar" xanımam. Oğluma da özüm baxıram, dayəsi yoxdur. Müğənni kimi işlərim çoxdur. Konsertlər, dövlət tədbirləri, el şənliklərində iştirak edirəm. Yəni ki, bütün işlərimi özüm görürəm. Buna görə də kitab oxumağa vaxtım yoxdur. Bütün işlərini özü görən adamın kitab oxumağa vaxtı olar?".

Əməkdar artist Abbas Bağırov da sənəti ilə bağlı kitab oxumağa vaxtı olmayan müğənnilər sırasındadır:

"Son vaxtlar kitab oxumamışam. Şəxsi və sənətlə bağlı işlərimin çox olmasına görə kitab oxumağa vaxt ayıra bilmirəm. Təbii ki, kitab oxumağı çox sevirəm və oxumuşam".

Könül Kərimova bildirib ki, axırıncı dəfə Əlif Şəfəqin "Eşq" romanını oxuyub:

"Əslində, son günlər oxumağa bir o qədər də vaxtım olmur . Kaş ki, kitab oxumağa vaxtım olardı. Sonuncu dəfə 3-4 ay əvvəl Əlif Şəfəqin "Eşq" romanını oxumuşam".

Xalq artisti Gülyanaq Məmmədova da mütaliə edən məşhurlardandır:

"Mütaliə etmək vaxta baxmır. Adam var deyir ki, mütaliə etməyə vaxtım yoxdur. Oxuyan adam harada olsa kitab oxumağa vaxt tapır. Metroda, hətta təyyarədə də kitab oxuyur. Belə ki, hər zaman mütaliə etməliyik. Son zamanlar daha çox poeziya, qəzəllərimizi oxuyuram. Yaradıcılığımla yanaşı İncəsənət Universitetində dərs deyirəm. Amma yenə də mütaliə etməyə vaxt ayırıram. Mütaliə həmişə və hər birimizə lazımdır. Belə bir söz var: "Pul xərcləndikcə azalır, elm isə xərclədikcə çoxalır". Baxmayaraq ki, telefonlar başımız qatıb, amma birinci yerdə mütaliə durur".

Xuraman Şuşalı üç ildir kitab oxumurmuş:

"Anam dünyasını dəyişdi və eləcə də, övladlarım dünyaya gəldikdən sonra kitab oxumağa vaxtım olmadı. Vaxtımı daha çox uşaqlarıma ayırıram. Düzdür, kitab oxumasam da bacım qızına oxuması üçün sevdiyi kitabları hədiyyə edirəm. Hazırkı həyatım uşaqlarım, xınayaxdı mərasimləri və "İnstagram"dır".

Aparıcı-bəstəkar Murad Arifin sözlərinə görə, hər zaman kitab oxuyur:

"Hər zaman kitab oxuyuram. Dünən Qreqori Devid Robertsin "Şantaram" kitabını almışam. Amma hazırda Corc Ourelin "1984" romanını oxuyuram. Əsər antiutopik romandır. Həyatda olmayan hadisədən bəhs olunur və müəllifin təxəyyülünün nəticəsində yazılıb. Dünyanın ən məşhur kitablarından biridir. Qarşıdakı günlərdə Dostoyevskinin əsərlərini oxuyacam. Məhərrəm ayına görə bir müddət toy olmayacaq və kitab oxumağa vaxtım daha çox olacaq".

teleqraf.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2018   Tarix: 15 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Demet Akalından Röyaya dəstək

Türkiyənin məşhur müğənnisi Demet Akalın Röyadan danışıb. xəbər verir ki, müğənni aparıcısı olduğu verilişdə Röyanın konserti zamanı baş verənləri şərh edib. Həmyerlilərimizə keçmiş olsun diləklərini çatdıran Akalın "Azərbaycanın məşhur ulduzu Röya həmin gün, o məkanda komandası ilə konsert verəcəkdi

26.03.2024 662
.

Britninin 12 il öncə geyindiyi geyim hərraca çıxarılır

"Goldin Auctions" hərrac evi pop müğənnisi Britni Spirsin qarderobundan ikonik əşyanı 25 min dollara satmağa çalışacaq. "Qafqazinfo" xəbər verir ki, bu haqda "Page Six" nəşri yazıb. Söhbət uzun kulonlarla bəzədilmiş gümüşü rəngli geyimdən gedir. Müğənninin bu paltarı 2012-c

25.03.2024 421
.

Aygün Kazımova GEYİMİ İLƏ DİQQƏT ÇƏKDİ - FOTOLAR

Xalq artisti Aygün Kazımova geyimi ilə diqqət çəkib. xəbər verir ki, o, "instagram" hesabında yeni görüntülərini paylaşıb. Sənətçi mini geyimdə cazibədar görünüşü ilə diqqət çəkib. Paylaşıma xoş sözlər yazıblar. Görüntülər marağa səbəb olub. Həmin paylaşımı təqdim edirik:

24.03.2024 9449
.

"Yalı çapkını"nda gözlənilməz ayrılıq - Foto

"Yalı çapkını" serialında növbəti ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə aktrisa Binnur Kaya vida edəcək. O, layihədə "Nükhet" obrazına həyat verir. Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu ilə Mərd Ramazan Dəmir canlandırır

24.03.2024 572
.

Xalq artisti Tünzalə Ağayevanın yeni layihəsi işıq üzü görüb

Xalq artisti Tünzalə Ağayevanın yeni layihəsi işıq üzü görüb. xəbər verir ki, pop star "Dünya yalnız səndən ibarət" adlı mahnısını dinləyicilərinə təqdim edib. Ağayeva sözügedən mahnı üçün həmçinin kamera qarşısına keçib. Qırmızılara bürünən eşq qadını yeni mahnısı üçün klip də lentə aldırıb

26.03.2024 339
.

Özündən 23 yaş böyük xanımından danışdı

Yeni çəkiləcək "Ceyms Bond" filmi ilə gündəmə gələn aktyor Aaron Teylor-Conson özündən 23 yaş böyük qadınla evlənmə səbəbini açıqlayıb. OLAY yazır ki, 33 yaşlı aktyor yaşıdlarından tez böyüdüyünü dilə gətirərək bu addımı atdığını deyib:. "Çox insanın 20 yaşlarında etdiyini mən 13 yaşınd

24.03.2024 336
.

Aygün Kazımovanın qızının YENİ FOTOSU YAYILDI

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, o sosial mediada yeni fotosunu yayımlayıb. Foto marağa səbəb olub. İlqarə görünüşü ilə izləyicilərini heyran edib. Fotoya çox sayda tərif gəlib. Həmin paylaşımı təqdim edirik:

24.03.2024 5731
.

Xoşqədəm arıqlayıb "bir dəri bir sümük" qaldı - FOTOLAR

Aparıcı Xoşqədəm Baxşəliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, o, şəxsi "Instagram" hesabında yeni fotolarını paylaşıb. Fotoda aparıcının xeyli çəki atması diqqətdən qaçmayıb. Onun paylaşımı marağa səbəb olub. Həmin fotoları təqdim edirik:

24.03.2024 8129
.

Sevgiləri 9 ay çəkdi

Türkiyəli müğənni Burayla aktrisa sevgilisi Ezgi Şenler ayrılıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı aktrisa müsahibəsi zamanı verib:. "Hər münasibət eşqlə başlayıb, sonlana bilir. Aramızda bəzi anlaşa bilmədiyimiz məsələlər oldu, danışaraq bitirmək qərarı aldıq

24.03.2024 573