Hıçqırıq hansı xəstəliklərə işarədir?

Hıçqırıq hansı xəstəliklərə işarədir?Gün ərzində tez-tez hıçqırır, gördüyünüz bütün tədbirlərə baxmayaraq, bu vəziyyətdən xilas ola bilmirsiniz?

həkimlər bildirirlər ki, səbəbsiz baş verən və uzun müddət davam edən hıçqırıqlar beyin və vacib orqan olan ürəkdə baş verən xəstəliklərin xəbərçisi ola bilər.

İstanbul Memorial Ataşəhər xəstəxanası terapiya şöbəsindən həkim Birsel Kavaklı hıçqırıq haqqında maraqlı məlumatlar verib.

Çox sürətli yemək, həddindən artıq spirtli içki içmək və siqaret çəkmək hıçqırmağa səbəb ola bilər.

"Hıçqırıq, sinə boşluğu ilə qarın boşluğunu bir-birindən ayıran və diafraqma adı verilən əzələnin spazmından sonra səs tellərinin olduğu qırtlaq bölgəsinin birdən bağlanmasıyla meydana gəlir və bu zaman spesifik hıçqırıq səsi eşidilir. Dəqiqədə 10-30 dəfə təkrarlanan bu sıxılmalar diafraqmadan başqa qabırğalar arasındakı əzələlərdə də ola bilər. Hıçqırıq çox vaxt qısamüddətli və zərərsizdir. Sağlam şəxslərdə müvəqqəti bir narahatlıq olaraq ortaya çıxa bilir. Körpələrdə və çox sürətli yemək yeyən, bu sırada hava udanlarda rast gəlinir.

Həddindən artıq güldükdə, əsəb pozğunluğu kimi hallarda da müvəqqəti hıçqırıqlar ortaya çıxır.

Ancaq hıçqırıq bəzən günlərlə-həftələrlə davam edə, xəstəni ciddi şəkildə narahat edə bilər. Bu zaman təhlükəli xəstəliklərdən şübhələnmək lazımdır. Sinir sistemi və mədə narahatlıqları ehtimalını nəzərdən qaçırmaq olmaz. Uzun müddət davam edən hıçqırıqlar xəstənin yemək yeməyinə, yuxusuna mənfi təsir göstərir, danışmasına mane olur".

Həkim belə hıçqırığın mərkəzi sinir sistemi xəstəliklərindən mədə xəstəliklərinə qədər çox fərqli səbəbləri ola biləcəyini vurğulayıb: "Hıçqırıq meningit, beyində olan daxili qanaxma, beyin şişləri və beyindəki yaşlılıqla əlaqədar dəyişikliklər kimi mərkəzi sinir sistemi xəstəliklərinin əlaməti ola bilər. Mədə reflüksü xəstələrində hıçqırıq daha tez-tez müşahidə edilir. Ağ ciyərin hər iki tərəfi arasında qalan və içində ürəyin də olduğu döş qəfəsi adı verilən bölgənin xəstəliklərində də hıçqırıq inkişaf edə bilər. Buradakı limfa düyünlərinin vərəm, xərçəng və ya başqa səbəblərlə əlaqədar böyüməsi, sinir zədəsi, ürəyin böyüməsi, ürək çatışmazlığı (infarkt) və yemək borusunda olan tıxanmalar bu xəstəliklərdəndir. Sətəlcəm və ağ ciyər pərdələri arasında maye toplanması da hıçqırığa səbəb ola bilər. Diafraqma əzələsinin yırtıqları, qara ciyərdə şiş və mədə xərçəngi, dalaq infarktı, bağırsaqda olan tıxanmalar, kəskin pankreatit kimi xəstəliklər zamanı da fasiləsiz hıçqırıqlar müşahidə edilə bilər".

Həkim hıçqırığı kəsmək üçün asan üsullar olduğunu bildirib. Bunlar aşağıdakılardır:

* Nəfəsinizi tutun. Bu diafraqmanı yanıldır və hıçqırığı kəsir.
*Buzlu su, limon suyu və ya sirkə içmək də hıçqırığa səbəb olan spazmı aradan qaldıra bilər.
*Burna qara istiot sürtdükdə diafraqma əzələlərinə təsir göstərir və hıçqırıq dayanır.
* 2-3 ədəd qənd və ya 1 qəhvə qaşığı duz yemək də müsbət nəticə verə bilər.
*Açqarına bir neçə ədəd mixək çeynəmək, xüsusilə yaşlı insanlarda müşahidə edilən hıçqırığı kəsir.
*Yemək yeyərkən tələsməyin və danışmayın. Çünki danışarkən hava uda bilərsiniz. Bu isə hıçqırığa səbəb olar.
*İçkiləri qabında içməyin, mütləq stəkana süzüb için.
*Həddindən artıq gülməyin.
Bütün bunlara rəğmən, hıçqırırsınızsa, həkimə müraciət etmək lazımdır.

publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3378   Tarix: 14 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İnsanı dəhşətli xəstəliklərdən xilas edəcək üzümlü detoks RESEPTİ

Məlum olduğu kimi, hepatit və serroz xəstəlikləri qaraciyər üçün təhlükə mənbəyidir. Qaraciyər xərçənginə yoluxduğunuzu isə bir çox simptomlar vasitəsilə öyrənə bilərsiniz. -a istinadən xəbər verir ki, qaraciyər xəstəliyinin ilkin əlaməti dəridəki rəng dəyişimidir. Bu zaman dəri sarımtıl rəngə bürünür

17.08.2021 1744
.

Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI

Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm

08.09.2021 598
.

Koronavirus qan dövranı sistemini belə zədələyir

Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini

04.09.2021 1300
.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311
.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno

20.08.2021 1329
.

Koronavirusa qarşı 7 peyvənd vurdurdu

Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun

26.08.2021 986
.

Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır

Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını

04.09.2021 833
.

Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar

Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir. Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir. Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur

15.08.2021 2008
.

Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ

Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay

05.09.2021 1101