"Efiri toyxanaya çeviriblər"- VİDEO
"Aparılan araşdırmalar göstərir ki, Azərbaycan cəmiyyətinin intellektual kəsiminin böyük bir hissəsi çox təəssüf ki, xəbərlər informasiya proqramından başqa, yerli kanallardakı əyləncəli verilişlərə baxmır. Onlar əsasən, Rusiya və Türkiyə telekanallarında yayımlanan əyləncəli verilişləri izləyirlər".
BiG.AZ xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. O bildirib ki, buna əsas səbəb Azərbaycan telekanallarında yayımlanan əyləncəli verilişlərin səviyyəsinin aşağı olmasıdır: "Bu isə Azərbaycan tamaşaçısının avtomatik olaraq, xarici telekanallara meyllənməsinə gətirib çıxarır. Bu da əlbəttə ki, böyük siqnaldır. Bu vəziyyətin qarşısını almaq üçün Şura fəaliyyətini daha da gücləndirib. Şuraya əlavə səlahiyyətlər televiziyalarda vəziyyətin düzəldilməsi üçün verilib. Məqsəd də efirin təmizliyini qoruyub saxlamaq, verilişlərin səviyyəsini artırmaqdır. Bu bizdən daha çox televiziyalara və cəmiyyətə lazımdır".
Şöbə müdirinin sözlərinə görə, ANS televiziyasında yayımlanan "Məchulu tapın", Xəzər telekanalında yayımlanan "Ay Zaur", "5/5", "Hər şey daxil" və Space" televiziyasında yayımlanan "Sevimli şou" nəzarət altındadır: ""Sevimli şou"da aşağı zövqlərə köklənən müəyyən musiqi parçaları səslənir ki, bu, cəmiyyətin müəyyən təbəqəsinə köklənib, geniş auditoriya üçün deyil. Efirin toyxanaya çevrilməsini, habelə aparıcının bayağı davranışlarını nümunə göstərə bilərik. Sadaladıqlarım barədə narazılıq var. Düzdür, "Sevimli şou"da konkret heç kim təhqir olunmur. O cümlədən "5/5" verilişində həm aparıcının kobud davranışı, həm verilişin formatı, həm də verilişdə müzakirəyə çıxarılan mövzularla bağlı narahatlıq var. Həm də bu verilişdə eyni qonaqların mütəmadi verilişə çağırılması ilə bağlı şübhələr var. "Hər şey daxil" verilişində efirə yaraşmayan qeyri-etik ifadələrlə bağlı şəxsən mən özüm arayış yazmışam. Bütün hallarda problemin miqyası məsələsi var. Məsələn, "ANS" televiziyasında yayımlanan "Sən tək deyilsən" və "Xoşqədəmlə axtarıram səni" verilişlərində problemi birdəfəlik aradan qaldırmaq lazım idi. Lakin yuxarıda adlarını çəkdiyim verilişlərin formatını müəyyən mənada cilalamaq, nizama salmaq mümkündür. Təbii ki, bu effekt verməsə inzibati metodlardan istifadə olunacaq".
T. Dadaşov qeyd edib ki, hazırda bu istiqamətdə iş davam edir: "Şura verilişlərin məzmununa müdaxilə etmir. Amma ictimaiyyətdən gələn siqnallar əsasında telekanallara müəyyən tövsiyələr verir. Artıq iradlarımız telekanallara çatdırılıb. Kanallardan müəyyən şəxslər dəvət olunub və müzakirələr aparılıb. Biz ilk növbədə gözləyirik ki, telekanallar özləri tədbir görsün. Belə olmayacağı təqdirdə isə əlbəttə Şura qərar verəcək".
apa\
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşBu gün Mələkxanım Eyubovanın qızının nikahıdır - FOTOlar
Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrin ailə qurur. BİG.AZ -a istinadən xəbər verir ki, bu gün Nəzrinin müğənni Mərdan Kazımovla nikahıdır. Məclis şəhərdə, açıq məkanda təşkil olunub. Qeyd edək ki, toy aprelin 22-də şəhər restoranlarından birində olacaq. Məclis mediaya qapalı keçiriləcək. Nəzri
14.04.2024 1158 "Məni burada sayan yoxdur" - Elməddindən etiraz
Aktyor Elməddin Cəfərov "Demədi demə" layihəsində qonaq olub. Axşam.az xəbər verir ki, aktyor "O dövrün aktyorları Səyavuş Aslan, Yaşar Nuri, Telman Adıgözəlov və indiki, Cəfərov, Fərda Xudaverdiyev, Müşviq Şahverdiyev. Müqayisə edəndə çoxu deyir ki, heyif köhnə aktyorlardan. Özünüzü onlarl
14.04.2024 947 "Ölümünə sevirəm..." - Vüsalədən DİQQƏTÇƏKƏN PAYLAŞIM - FOTO
Aparıcı Vüsalə Əlizadə sosial media hesabında paylaşım edib. xəbər verir ki, aparıcının paylaşımına yazdığı sözlər diqqət çəkib. "Sevdiyim insanları ölümünə sevirəm, sildiyim insanları ölmüş kimi unuduram!" . Paylaşım marağa səbəb olub
14.04.2024 1092 Burak Özçivit yeni filmdə çəkiləcək
Məşhur aktyor Burak Özçivit yeni ekran işində rol alacaq. xəbər verir ki, "Kuruluş Osman" serialının Osmanı "Halit Bin Velid" adlı filmdə çəkiləcək. Yayılan məlumatlara görə, aktyor hazırda filmi çəkən şirkətlə razılığa gəlib. "Halit Bin Velid" filminin ssenarisi uzun müddə
22:15 118 Bu da Tünzalə Ağayevanın qızı Fidan - FOTOLAR
Xalq artisti Tünzalə Ağayeva qızı Fidanla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, müğənni qızı ilə yeni fotolarını izləyiciləri ilə bölüşüb. O, şəkillərə "Mənə görə dünya səndən ibarətdir, qızım" qısa şərhini yazıb
14.04.2024 8529 Nadir HƏYAT YOLDAŞI VƏ GƏLİNİ İLƏ - FOTOLAR
Müğənni Nadir Qafarzadə sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. BİG.AZ axşam.az-a istinadən bildirir ki, sənətçi həyat yoldaşı Sevinc və gəlinləri Əntiqə ilə fotosunu izləyiciləri ilə bölüşüb. Onlar Ramazan süfrəsində bayramı bir yerdə qeyd ediblər. Qeyd edək ki, müğənninin oğlu Loğman Əntiq
14.04.2024 1508 Fərqanə Qasımova qızı ilə - Foto
Əməkdar artist Fərqanə Qasımova qızı Fatimə ilə fotosunu paylaşıb. Axşam.az xəbər verir ki, xanəndə şəklin qudası, Xalq artisti Natiq Şirinovun qızı Sevilin toyunda çəkildiyini bildirib. Qeyd edək ki, Fatimə N.Şirinovun oğlu Ümid Natiqoğlu ilə ailəlidir. Cütlüyün bir qız övladı var
14.04.2024 1248 Firəngiz Mütəllimova vəfat edən qardaşından yazdı - "Sənsiz bir il"
Xalq artisti Firəngiz Mütəllimova dünyasını dəyişən qardaşı İlhamla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa qardaşının ölümündən bir il ötdüyünü yazıb. "Sənsiz bir il. Bunu qardaşını qəfil itirən bacılar bilər. Ürəyimin parçası, canım qardaşım, məkanın cənnət olsun. Allah sənə rəhmə
14.04.2024 545 Ərinin "Ağ şəhər"də aldığı lüks mənzilini ilk dəfə NÜMAYİŞ ETDİRDİ - VİDEO
Müğənni Vəfa Şərifova həyat yoldaşı iş adamı Famil Xəlilovun "Ağ şəhər" ərazisində qiyməti 350-450 min manat civarında aldığı çoxmərtəbəli premium yaşayış binasındakı evini nümayiş edib. BİG.AZ bizim.media-ya istinadən bildirir ki, neoklassik tərzdə dizayn edilmiş lüks mənzilinin qapıların
14.04.2024 2801