Bu pozalarda yatmayın! - XƏBƏRDARLIQ

Bu pozalarda yatmayın! - XƏBƏRDARLIQİnsan həyatın 1/3 hissəsini yuxuda keçirir. Bu səbəbdən yuxu zamanı düzgün olmayan poza insanda müxtəlif pozulmalara səbəb ola bilər. Beləliklə, hansı pozalarda yatmaq olmaz?

Həmin pozaları təqdim edirik:

- Qarın üstə başı yana çevrilmiş vəziyyətdə yatmaq. Bu vəziyyətdə onurğa arteriyası sıxılmış vəziyyətdə qalır ki, baş beynin qanla təmin olunması pozulur. Bu isə səhər baş ağrılarına və digər pozulmalara səbəb ola bilər. Bu poza xüsusilə yaşlı insanlar üçün ziyandır.
Bu poza həmçinin boyun fəqərələri üçün ziyandır və osteoxondrozun inkişafına səbəb ola bilər.
Digər tərəfdən bu vəziyyətdə yatan insanın döş qəfəsi sıxılır ki, nəticədə ağciyər pis işləyir, orqanizm oksigeni daha az miqdarda alır.
Nəhayət, bu poza üz dərisinin vəziyyəti üçün çox ziyanlıdır - dəri dartılır, sıxılır ki, nəticədə bu pozada daim yatan insanda qırışlar daha tez əmələ gəlir.

- Bel üstə hündür yastıqda yatmaq. İnsanlar əsasən televizora baxanda və ya kitab oxuyanda bu pozada yuxuya gedir. Bu poza boyun fəqərələrinə çox mənfi təsir edir, sinirlər, əzələlər, damarlar sıxılır. Nəticədə insan oyanandan sonra boyun nahiyəsində güclü ağrı hiss edir. Daim bu pozada yatan insanda boyun osteoxondrozu inkişaf edə bilər.
Həmçinin "apnoe" kimi ciddi pozulmadan əziyyət çəkən insanlara bu pozada yatmaq olmaz. Yuxu zamanı xoruldayan insanların əksər hissəsində "apnoe" yaranır. "Apnoe" yuxuda nəfəsalmanın müvəqqəti dayanması deməkdir. Nəfəsalma dayananda beyin impuls göndərir və insan dərhal oyanır və sonra yenə yuxuya gedir. İnsan bunu hətta hiss etməyə bilər. Nəfəsalmanın dayanması gecə ərzində dəfələrlə baş verir. Nəticədə insan pis yatır, özünü daim yorğun hiss edir, tez-tez baş ağrılarından əziyyət çəkir, əsəbi olur, onun yaddaşı və diqqəti zəifləyir. Bəzi ağır hallarda apnoe sindromu hətta insanın yuxuda ani ölümünə səbəb ola bilər.

- Bel üstə yastıqsız yatmaq. Bu zaman baş arxaya əyilmiş vəziyyətdə qalır ki, boyun fəqərələri deformasiya olunur. Nəticədə sinirlər sıxılır, beyin qan dövranı pozulur. Bu isə boyun nahiyəsində ağrılara, sinirlərin sıxılması nəticəsində qolda ağrılara və səhərlər baş ağrılarına səbəb ola bilər.
Həmçinin, bu poza insanda osteoxondrozun inkişafına səbəb ola bilər.
Həkimlərin fikrinə görə, bel üstə yatmaq daha yaxşıdır. Bu zaman döşək nə çox yumşaq, nə də çox bərk olmalıdır. Yastıq hündür olmamalı, insanın çiyinləri yuxu zamanı yastıqda deyil, döşəkdə olmalıdır. Hal-hazırda xüsusi anatomik yastıqlar satılır ki, bu yastıqlar boyun nahiyəsini saxlayır.
Bu pozalarda yatmayın! - XƏBƏRDARLIQBel üstə yatmaq hipertoniya və ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən insanlar üçün xeyirlidir. Həmçinin, bu poza həzm proseslərinə kömək edir, üz dərisini qırışların əmələ gəlməsindən qoruyur.
Apnoedən əziyyət çəkənlərə, onurğa problemləri olan insanlara sol böyrü üstə yatmaq tövsiyə olunur.
Bu pozalarda yatmayın! - XƏBƏRDARLIQsaglamolun.az\


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5243   Tarix: 02 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"WhatsApp"da yeni funksiya

Məşhur "WhatsApp" mesencerinin istifadəçiləri "Instagram"da statusların surətini çıxarmağa imkan verən yeni funksiyadan istifadə edə biləcəklər. Ekspertlər bildiriblər ki, servis tərtibatçıları "Instagram"la "WhatsApp" uyğunluğunu aktiv şəkildə tətbiq edirlər

14.04.2024 283
.

Rüfət Mehdiyevin qızı: "Atamla görüşə hazırlaşırdım, cənazəsinə getdim" - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Müəllif - aparıcı Afaq Hüseynovanın təqdimatında efirə gedən verilişin budəfəki sayı tanınmış müğənni Rüfət Mehdiyevə həsr olunub. Verilişdə mərhumun yaxınları onunla bağlı xatirələrini bölüşüblər. Müğənninin qızı Zemfir

14.04.2024 475
.

Yatmadan əvvəl 11 zeytun yeyin

Zeytunun insan sağlamlığına, o cümlədən toxumlarına və yarpaqlarına olan faydaları inanılmazdır. Xüsusilə Aralıq dənizi bölgəsində yetişən və ləzzətli dadı olan zeytunu səhərlər deyil, yatmazdan əvvəl istehlak etmək tövsiyə olunur. Bunun həm iman, həm də sağlamlıq baxımından faydaları var. Gənc qızları

18.04.2024 493
.

II Ramzesin heykəlinin bir parçası İsveçrədən Misirə qaytarılıb

2023-cü ilin iyulunda Misirin Berndəki səfirliyinə təhvil verilən firon II Ramzesin heykəlinin bir parçası vətəninə qaytarılıb. "Report" xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb. Misirin Berndəki səfirliyi azı 3,4 min il yaşı olan qədim artefaktı ölkəyə qaytarıb

21.04.2024 240
.

İnsanlar ilk dəfə marallar arasında yayılan "zombi" xəstəliyinin qurbanı oldular

Amerikalı həkimlər ilk dəfə maralları "zombi"yə çevirən xroniki prion xəstəliyinin (CWD) qurbanı olduğu güman edilən iki nəfəri müəyyən ediblər. Onlar öz fərziyyələrini "Neurology" elmi jurnalında açıqlayıblar. Hər iki hal 2022-ci ildə qeydə alınıb. Qurbanlardan biri dəfələrlə CWD-ni

20.04.2024 279
.

Dünyanın ən yaşlı siam əkizləri vəfat etdi

Dünyanın ən yaşlı siam əkizləri Lori və Cor Şappel vəfat edib. Axşam.az xəbər verir ki, əkizlər 62 yaşında dünyasını dəyişib. Onların naməlum səbəbdən öldüyü bildirilib. Qeyd edək ki, əkizlər 1961-ci ildə birləşmiş kəllələri ilə dünyaya gəlmişdilər. Onlar eynicinsli əkizlər idi, lakin 2007-ci ildə Dor

14.04.2024 518
.

Endirimi kassaya qədər olan mağazalar - ARAŞDIRMA + VİDEO

Endirim, yoxsa müştəri cəlb etmək üsulu?. xəbər verir ki, əksər mağazalarda endirim adı altında qoyulan məhsullar elə endirimsiz qiymətinə satılır. Belə hallarla rastlaşan sakinlərin sözlərinə görə, çox vaxt kassada bununla bağlı problem yaşayırlar. Ekspertlər də təsdiqləyir, xüsusilə paytaxt Bakıd

14.04.2024 483
.

Natiq Şirinovun qızının müzakirələrə səbəb olan gəlinliyi neçəyə başa gəlib?

Uzun müddət sonra şou-biznesdə günlərlə müzakirə olunan toy baş tutub. Bir neçə gün öncə ailə quran Xalq artisti Natiq Şirinovun qızı Sevilin gəlinliyi sosial şəbəkələrdə geniş müzakirə olunub. Kimisi libası bəyəndiyini yazsa da, kimisi həddən artıq qapalı olduğunu bildirib. Gəlinliyi tərzlərinə uyğu

14.04.2024 1279
.

Nəhəng insanlar yer üzündən necə yox oldular? - ARAŞDIRMA + VİDEO

Baku TV-nin əməkdaşı Gülnar Muradovanın təqdimatında "Yer kürəsinin nəhəngləri" adlı araşdırma efirə gedib. Araşdırmada qədim yazılarda adı keçən nəhəng insanlar, div cüssəli varlıqlardan bəhs olunub. Qeyd olunub ki, İncildə Nuhun gəmisinə rişxənd edən qövm haqqında pritça var. Onlar elə zən

21.04.2024 398