Qaya Qrupu - Həyat Sən Nə Qəribəsən (2 CD) [2005] + Full Cover + CD-Rip

1960-70-ci illədə dörd nəfərdən ibarət bir qrupun səsi ittifaqın hər yerinə yayılmışdı. Teymur Mirzəyev, Arif Hacıyev, Rauf Babayev, Lev Yelisovetski və onları birləşdirən "Qaya". Dörd gənc kvartet yaratmaqla tarixə düşürlər.
Bir-birilərini hələ Asəf Zeynallıdan tanıyırdılar. O vaxtlar Bakıda "çoxsəsli oxuyan qruplar" yox idi. Onlara isə birağızdan xorla oxumaq xoş gəlirdi. Bir dəfə Teymur təklif edir ki, gəlin sınayaq, bəlkə, nəsə alındı. Və başlayırlar müxtəlif gecələrdə, mədəniyyət evlərində çıxış etməyə.
Tale elə gətirdi ki, konservatoriyada da bir yerdə oxumalı oldular. Rauf simfonik orkestrdə zərb alətlərinin ifaçısı, Arif və Teymur xor dirijoru, Lyova isə nəzəriyyəçi idi. Tez-tez konservatoriyada da çıxış edirdilər

Böyük səhnəyə 1961-ci ildə gəldilər. Bir gün Rauf Hacıyev onları Azərbaycan Dövlət Estrada Orkestrində işləməyə dəvət edir. O vaxtlar orkestrdə Elmira Rəhimova, Oqtay Ağayev, Nella Andreyeva, Sona Həsənova solist idilər. Orkestrdə oxuduqları birinci mahnı Rauf Hacıyevin "Bakı", Əziz Əzizovun "Tez gəl, yar", rus mahnılarından "Trevojnaya molodost" idi. Burada onları "Bakı" vokal kvarteti adlandırırdılar. O vaxtlar orkestr çox məşhur idi. Bu orkestrlə onlar keçmiş SSRİ-nin bütün şəhərlərində qastrollarda olurlar. Elə ilk xarici ölkəyə - Əlcəzairə səfəri də bu orkestrlə edirlər.

Orkestrdə 1963-cü ilə qədər işləyirlər. Artıq orkestrin tərkibində işləmək onları qane etmirdi. Sərbəst fəaliyyət göstərmək istəyirdilər. Amma bu, təsəvvür etdikləri qədərdə asan olmadı.
1967-ci ildə oğlanlar filarmoniyanın nəzdində öz ansambllarını yaradırlar. Ansambla Qaya adını verirlər və Bu ad tezliklə bütün SSRİ-də məşhurlaşır.
Tam sərbəst şəkildə, solo konsertlərə isə 72-ci ildən sonra getməyə başladılar. Onlara orijinal janrlar - fokusçular, janqlyorlar, rəqqaslar da qoşulurdu.
Bu illər ərzində 40 ölkəni gəzirlər. Afrikanın, demək olar ki, bütün ölkələrində çıxış edirlər.

Ansamblda müxtəlif vaxtlarda Abbas Əhməd, Eldar Rzaquluzadə, Rüfət Babayev, Əzizə Mustafazadə, Fuad Biqbayev, Aygün Kazımova və başqaları fəaliyyət göstərirlər.
Tofiq Quliyev, Fikrət Əmirov, Rauf Hacıyev, Vasif Adıgözəlov, Oqtay Zülfüqarov, Fərəc Qarayev, Əziz Əzizov, Tofiq Babayev kimi bəstəkarlarla çalışan "Qaya" fəaliyyətinə 88-ci ildə nöqtə qoyur.
Əfsanəvi "Qaya" minləri, milyonları öz əks-sədasının cazibəsinə saldı. Bütöv bir dövrün tarixini, mədəniyyətini əks etdirən bir cazibənin...

Qaya Qrupu - Həyat Sən Nə Qəribəsən (2 CD) [2005] + Full Cover + CD-RipQaya Qrupu - Həyat Sən Nə Qəribəsən (2 CD) [2005] + Full Cover + CD-RipQaya Qrupu - Həyat Sən Nə Qəribəsən (2 CD) [2005] + Full Cover + CD-RipQaya qrupu - Almanı atdım xarala

Qaya qrupu - Bakı qışı

Qaya qrupu - Axşam görüşü

Qaya qrupu - Bəlkə də

Qaya qrupu - Bayatılar

Qaya qrupu - Aman yar

Qaya qrupu - Laçın

Qaya qrupu - Mən gəzirəm hər yanı

Qaya qrupu - Gizlənpaç

Qaya qrupu - Məcnun gəzər Leylini

Qaya qrupu - Güı bağçalar

Qaya qrupu - Sən danışanda

Qaya qrupu - Qaya

Qaya qrupu - Mən səni araram

Qaya qrupu - Həyat sən nə qəribəsən

Qaya qrupu - Telefon avtomatları

Qaya qrupu - Yollar (Matsuorek)

Qaya qrupu - Sizə salam gətirmişəm

Qaya qrupu - Ziyafət mahnısı

Qaya qrupu - Toy mahnısı

Qaya Qrupu - Həyat Sən Nə Qəribəsən (2 CD) [2005] + Full Cover + CD-RipQaya qrupu - Gəl ey səhər

Qaya qrupu - Şam ağacı

Qaya qrupu - Ay Kərim

Qaya qrupu - Xədicə

Qaya qrupu - Bulaq başında

Qaya qrupu - Bakı qızları

Qaya qrupu - Vokaliz

Qaya qrupu - Çalpapaq

Qaya qrupu - Şən nəğmə

Qaya qrupu - Çal oyna

Qaya qrupu - Yaylığım

Qaya qrupu - Yollar


BiG.Az Telegramda izləyin instagramda izləyin
Azəri Mp3   Baxılıb: 8403   Tarix: 05 iyun 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti