ANS-in aparıcısı "Space"də işə başladı – MÜSAHİBƏ

ANS-in aparıcısı "Space"də işə başladı – MÜSAHİBƏANS telekanalında tanınan teleaparıcı Zəhra Rüstəm-Osmanova fəaliyyətinə bir müddət idi ki, ara vermişdi. Təqribən 2 illik fasilədən sonra o, yenidən efir məkanına qayıdıb. Özü də "Space" telekanalında.

Publika.az jurnalistdən müsahibə götürüb.

Neçə ildir ANS-dən ayrılmısınız?
2013-cü ildən ANS telekanalından ayrılmışam. Ana olduqdan sonra uşağıma daha çox vaxt ayırmalı idim. Bu səbəbdən ərizəmi yazıb, işdən ayrılmalı oldum.

2 il televiziyadan ayrı qalandan sonra efir məkanına əlidolu qayıtmısınız, yoxsa əliboş? Yəni yeni ideyalar varmı?
Televiziyadan uzaq qalmamışam. Mən elə tənbəl analardan deyiləm. Bu iki il ərzində İncəsənət Universitetində magistr təhsili aldım. Ümumrespublika Teatr Festivalında öz tamaşamla iştirak etdim. Ən əsası, Bakı 2015 Avropa Oyunlarında rəsmi aparıcılardan biri oldum. Bu, mənim üçün böyük uğur idi. Bütün bu işlərdə həyat yoldaşım Cavid mənə çox dəstək verdi. Təkbaşına bu işlərin öhdəsindən gələ bilməzdim. Caviddən başqa anam da mənə mənəvi dəstək olurdu.

Cavid necə kömək edirdi?
Cavid daha çox maddi kömək edirdi. Cünki mən işləmirdim. 2 il ərzində bütün yük məhz Cavidin üzərində idi.

Cütlük olaraq birlikdə veriliş aparmaq fikriniz necə, yoxdur?
Hələ ki uşaqla alınmır. Belə bir layihəyə imza atsaq, uşağa ayırmağa vaxtımız qalmaz. Bir az böyüsün, var gücümüzlə yeni layihələrə başlayacağıq.

Necə oldu "Space"də işə başladınız?
Təklif "Space"dən gəldi. Mən də düşünüb, təklifi dəyərləndirdim.

Veriliş nədən bəhs edəcək?
Mədəniyyət aləmində baş verənlərdən. Həftəiçi hər gün xəbər verəcəyəm. Yeni verilişim "Sənətsevər" adlanır.

Tamaşaçıların yaddaşında daha çox hava proqnozunun və "Ağıl dəryası" verilişinin aparıcısı kimi qalmısınız. Mədəniyyət sahəsində aparıcılıq etmək çətin olmayacaq?
Əksinə ANS-də ilk olaraq "Salam, Azərbaycan!" verilişində mədəniyyət müxbiri və aparıcısı kimi işə başlamışam. Bu sahə üzrə kifayət qədər təcrübəm var. Odur ki, heç bir çətinliyim olmayacaq. Həm də yeni çalışdığım kollektivdə peşəkar insanlar çoxdur. Verilişin prodüseri Nicat İsmayılov, müxbiri Sevinc Xeyrullayevadır. Bütün texniki heyət də peşəkar insanlardır. Ən əsası isə mən mədəniyyət xəbərlərini sevirəm. Ona görə işimdən xüsusi zövq alacağam.

"Sənətsevər"də şou biznes də olacaq?
Yox, qətiyyən! Hesab edirik ki, incəsənət sahəsində olan insanlara xüsusi diqqət ayırmaq lazımdır. Yeni formatda bir verilişdir. Bu aydan efirdə olacaq.

ANS-in aparıcısı "Space"də işə başladı – MÜSAHİBƏ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 12154   Tarix: 06 sentyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Hamımız hamilə olmalıyıq"

Əməkdar artist Elza Seyidcahan deputatlığa namizədliyindən bəhs edib. Axşam.az xəbər verir ki, "Hər şey daxil" verilişində qonaq olan müğənniyə aparıcı-prodüser Tarix Əliyev (Tolik) bunla bağlı suallar ünvanlayıb. Tolik bildirib ki, Seyidcahan artıq 500-dən çox imza toplayıb. Elza məsələ il

08.01.2020 2998
.

"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ

Tanzaniyanın Tarangire qoruğunda çəkdiyi bir foto "National Geographic"in onlayn versiyasında "Redaktorun seçimi" olan məşhur fotoqraf Arif Ələkbərin -a müsahibəsini təqdim edirik:. Tanınmış səyahətçi-fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Arif Ələkbər. Bəs siz özünüzü nec

17.01.2020 3720
.

İrina Şeykin büstqalterdə çəkdiyi "self"si 2 000-dən çox şərh topladı - FOTO

Rusiyalı supermodel İrina Şeyk "İntimissimi" markasından olan alt paltarında "selfi" paylaşıb. BİG.AZ-ın verdiyi xəbərə görə, "İnstagram" səhifəsinə yerləşdirilən makiyajsız fotoda 34 yaşlı model qara rəngli büstqalterdədir, boynunda isə "göz" formasında boyunbağ

08.07.2020 5471
.

Azərbaycanlı jurnalist Türkiyədə veriliş aparıcısı oldu

Tanınmış jurnalist, yazar Şəhla Aslan Türkiyənin "KonTV" televiziya kanalında yeni yayımlanmağa başlayan "Dünya gözünde Türkiye" adlı verilişdə aparıcılıq etməyə başlayıb. Proqramda Türkiyədə yaşayan xarici vətəndaşların Türkiyəyə dair fikirlərinin müzakirə olunması nəzərdə tutulub

28.01.2020 3795
.

"Sosial şəbəkədə yoldaşımın qaşlarını müzakirə edirlər" - Aparıcı Aytəkinlə SƏMİMİ MÜSAHİBƏ - FOTOLAR

ın növbəti müsahibi, "Xəzər" televiziyasında yayımlanan "Evdəkilərə salam" proqramının aparıcısı Aytəkin Mərdanovadır. Aytəkin xanımla etdiyimiz səmimi müsahibəni təqdim edirik:. Aytəkin xanım, xoş gəlmisiniz. Təəssüf ki, ölkədəki vəziyyəti nəzərə alaraq, sizinlə uzun aradır görüş

27.04.2020 40043
.

"Az qalıram stolu götürüb başına çırpım"- Kamil Zeynallı ilə SƏMİMİ MÜSAHİBƏ

tanınmış idmançı, peşəkar məşqçi Kamil Zeynallı ilə müsahibəni təqdim edir:. Bu gün kifayət qədər tanınırsınız. Hər bir kəsə maraqlı olardı Kamil Zeynalı necə məşhurlaşdı?. Ümumiyyətlə, heç vaxt keçmişimi danan insan olmamışam.Mənim keçmişimdə, kasıb vaxtımda əlimdən tutan adamı cəmiyyətdə, ictimaiyyətd

22.11.2019 8851
.

"Sosial şəbəkədə müraciət edənləri qəbuluma da çağırıram" - DEPUTATLA MÜSAHİBƏ

Deputat Aydın Mirzəzadə -ın suallarını cavablandırıb. -Aydın müəllim, bilirsiniz ki, bir neçə gün öncə valideynləri tərəfindən zorla nikaha cəlb edilən 2 az yaşlı qız intihar etdi. Ölkədə erkən nikahın qarşısını almaq üçün qanunvericilik mövcud olsa da hələ də valideynləri tərəfindən zorla nikaha cəl

05.09.2019 2237
.

Mesut Özilin "Fənərbağça" ilə müqavilə imzalayacağı tarix açıqlandı

Türkiyənin "Fənərbağça" klubunun yeni transferi Mesut Özillə müqavilə imzalayacağı tarix bəlli olub. "Report"un məlumatına görə, bu barədə İstanbul təmsilçisinin prezidenti Ali Koç yerli mətbuata açıqlamasında bildirib. 54 yaşlı funksioner ulduz futbolçunun zədəsinin olmadığını söyləyib

23.01.2021 2452
.

Putin ad günündə öz maaşını artırdı

Rusiya prezidenti Vladimir Putin ad günündə öz maaşını 4.3 faiz artıran sərəncam imzalayıb. rus KİV-inə istinadən xəbər verir ki, sərəncama əsasən, Rusiyada prezident və baş nazirlərin aldığı maaş 4.3 faiz artırılıb. Bundan əlavə, sərəncamla Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər nazirləri ilə yanaşı

07.10.2019 2816