Qarabağla heç heçə bizi qane etmir - MÜSAHİBƏ

Qarabağla heç heçə bizi qane etmir - MÜSAHİBƏÇempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Monteneqro çempionu "Rudar"ın müdafiəçisi Corce Djuriç müsahibə verib.

Azərbaycan çempionu sizin üçün necə rəqibdir?

"Qarabağ" güclü komandadır. Bizi Azərbaycanda çox çətin oyun gözləyir. Çalışacağıq ki, ilk oyunda sərfəli nəticə qazanaq. Düzdür, asan olmayacaq. Amma biz Bakıya elə-belə getmirik.

Azərbaycan futbolu haqqında hansısa məlumatınız varmı?

Yox, elə də çox məlumatım yoxdur. Amma mənim bir vaxtlar sizin ölkədə oynayan futbolçu dostlarım var. Onalar hər zaman Azərbaycan futbolu haqqında yaxşı sözlər danışırlar. Həmin futbolçulardan bir az məlumat öyrənmişəm.

Söhbət hansı futbolçulardan gedir?

Bir vaxtlar Azərbaycan milli komandasının şərəfini qoruyan Branimir Subaşiç və "Qəbələ"də oynamış Lyubo Baranin.

"Qarabağ" klubu haqqında nə bilirsən?

Bildiyimə görə, "Qarabağ" Azərbaycanın ən yaxşı kamndasıdır. Bu klubun yaxşı futbolçuları var. Hücum xətti çox güclüdür. Həm də təcrübəli baş məşqçiyə sahibdirlər. "Qarabağ"ın Avropa Liqasındakı oyunlarını da izləmişəm. Avropanın tanınmış klubları ilə başa-baş mübarizə apardılar. Hətta deyə bilərəm ki, qrupdan çıxmağa da layiq idilər.

Rəqibinizin heyətində hansı futbolçuları tanıyırsan?

Bir çoxununun adını çəkə bilərəm. Amma mənə görə ən yaxşısı Reynaldodur.

Bakıya hansı nəticə üçün gələcəksiniz?

Bakıda əsas məqsədimiz qələbə qazanmaq olacaq. Düzünü desəm, heç-heçə də istəmirik. Çünki "Qarabağ" güclü komandadır, səfərdə də yaxşı çıxış edir. İlk oyunda elə nəticə qazanmalıyıq ki, cavab qarşılaşmasında işimiz çətin olmasın.

Yəni oyun heç-heçə bitərsə, komandanız üçün uğursuz nəticə olacaq?

Uğursuz deməzdim, amma cütün taleyini həll etmək üçün kifayət etməyəcək. Yenə də qeyd edirəm ki, "Qarabağ"ın gücünə bələdik və bizə ancaq qələbə sərf edəcək. Səfərdə qazanacağımız bərabərlik növbəti mərhələyə keçmək üçün uğurlu nəticə deyil.

"Qarabağ"ı Bakıda məğlub edə biləcəyinizə inanırsınız?

Bu oyundur. Hər şey ola bilər. Biz inanaraq meydana çıxacağıq.

qol.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 4989   Tarix: 12 iyul 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gülbahar Şükürlünün VƏZİYYƏTİ PİSLƏŞDİ - Heç kimi tanımır

Əməkdar artist Gülbahar Şükürlünün vəziyyəti daha da pisləşib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, ailə üzvləri bir neçə gün bundan əvvəl başında onkoloji şiş tapılan qarmon ifaçısının nitqini itirməyə başladığını deyib. "Vəziyyətini stabil saxlaya bilmirik. Xəstəxanaya getmir. Qusmalar

14.09.2020 5898
.

Rəqqasə Renka əməliyyat olundu

Tanınmış rəqqasə Rəna Ağamuradovadan xəbər var. xəbər verir ki, rəqqasə əməliyyat olunub. O nədən əməliyyat olunduğunu gizli saxlamağa çalışsa da, bir neçə gün öncə ginekoloqun reklamını etməsi diqqətdən qaçmayıb

16.03.2020 6287
.

"Toya gedən aktyorun heç bir səviyyəsi, hörməti qalmır" - Müşfiq Şahverdiyev ilə MÜSAHİBƏ

Komediya filmlərinin bir çoxunda baş rolu canlandıran Müşfiq Şahverdiyev -ın qonağı olub. Müsahibə zamanı aktyor şəxsi həyatı və sənəti ilə bağlı maraqlı məqamlara toxunub. Sözügedən müsahibəni təqdim edirik:. Komediya filmlərinin bir çoxunda baş rolu canlandırmısınız. Eşitdiyimə görə, çəkildiyiniz filmlərd

03.03.2020 6039
.

"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ

Tanzaniyanın Tarangire qoruğunda çəkdiyi bir foto "National Geographic"in onlayn versiyasında "Redaktorun seçimi" olan məşhur fotoqraf Arif Ələkbərin -a müsahibəsini təqdim edirik:. Tanınmış səyahətçi-fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Arif Ələkbər. Bəs siz özünüzü nec

17.01.2020 3720
.

"Canlı ünsiyyəti məhdudlaşdırmışam" - Xalq artistindən çağırış

"Müvvəqəti çətinlikdən maksimum istifadə edirəm. Evimdə tələbələrimə onlayn dərslər keçirəm. Kitabların üzərində işləyirəm, çoxlu mütaliə edirəm. Evdən ancaq ən vacib anlarda - aptekə, mağaya getmək üçün çıxıram". xəbər verir ki, bu sözləri -a açıqlamasında Xalq artisti Həmidə Ömərova deyib

04.04.2020 2918
.

Dəqiqənin 59 saniyəyə salınması təklif olunub

Alimlər planetimizin hazırda son 50 ilin ən sürətli tempi ilə dövr etdiyini bildiriblər. Bununla əlaqədar olaraq dəqiqəni bir saniyə qısaltmaq və dəqiq zaman axınını Yerin fırlanmasına uyğunlaşdırmağın məntiqli olub-olmadığı barədə xronometristlər müzakirələrə başlayıblar. -a istinadən bildirir ki, b

11.01.2021 2922
.

"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏ

Çoxları qarlı zirvələri fəth etməyə səy göstərir. Bunu arzulayır. Lakin sərt küləkdə, 30 dərəcə şaxtada dağların hər saniyə uça bilən buz bağlamış çıxıntılarından, yumşaq qarla örtülü təhlükəli yamaclarından keçə bilmək hər kəsin bacara biləcəyi bir iş deyil. Bəs kimlər alpinist ola bilər?. Alpinizimi

20.02.2020 6876
.

Ciddi münasibətlər üçün ƏN YAXŞI tanışlıq saytları - REYTİNQ

"Mashable" portalı ciddi münasibətlər qurmaq istəyənlər üçün nəzərdə tutulan ən yaxşı tanışlıq saytlarının reytinqini tərtib edib. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, birinci yerdə saytıdır. 1995-ci ildə istifadəyə verilən sayt altı ay ərzində qeydiyyatdan keçən hər kəsin özünə həya

21.02.2020 23053
.

"Evdə qalan" kişilərin şikayəti: Qadınlar bizi eybəcərləşdirdilər - VİDEO

Koronavirus pandemiyası ilə əlaqədar özünütəcrid etmiş kişilər qadınlar tərəfindən eybəcərləşdirilmələrindən şikayət ediblər. Bu barədə "Daily Mail" xəbər yayıb. Çippenhemdən olan 28 yaşlı Maks Brehamın sevgilisi Arizona İstvud sözün həqiqi mənasında dəlləkliyi onun başında öyrənmək istəyib

02.04.2020 4440