Bu geyimlər sağlamlığınıza ziyan vurur

Bu geyimlər sağlamlığınıza ziyan vururMütəxəssislər tərəfindən sübut olunub ki, bəzi paltar növləri insanın sağlamlığı üçün ziyanlıdır və bir çox xəstəliklərin inkişafına təkan verə bilər.
Belə ziyanlı paltarların arasında:

- Çox dar sıx büsthalterlər (xüsusilə alt hissəsində bərk plastik qövs olanlar) süd vəzilərin sağlamlığı üçün ziyanlıdır və bir çox süd vəzi xəstəliklərinin inkişafına təkan verə bilər. Qadınlar yumşaq və sıx olmayan büsthalterlər taxmalıdır. Gecə büsthalterdə yatmaq olmaz.

- Stringi və tanqa kimi alt paltarlar qadın sağlamlığı üçün çox ziyanlıdır. Nazik zolaq dərini sürtür və qıcıqlandırır. Ən əsası isə odur ki, zolaq anus nahiyəsindən uşaqlıq yoluna daim mikrobları daşıyır. Bu isə iltihablara və infeksiyalara səbəb olur.

- Dar korsetlər diafraqmanın fəaliyyətini pozur, daxili orqanların qan dövranını pisləşdirir. İstənilən orqanın qan dövranı pozulduqda, bu orqanda pozulmalar və xəstəliklər yaranır.

— Qadınlar daha incə görünmək üçün bədəni sıxan alt paltarlar, kolqotlar geyinir. Deyirlər «gözəllik qurban tələb edir». Lakin bu halda qadın öz sağlamlığını qurban verir — daxili orqanların qan dövranı kəskin şəkildə pozulur, həzm prosesləri pozulur, varikozun inkişafının riski artır.

- Dar cins şalvarları və beldən aşağı olan şalvarlar sidik kisəsinin, bağırsaqların, qadınlarda və kişilərdə cinsiyyət sisteminin fəaliyyətinə çox mənfi təsir edir, bu orqanların qanla təchiz olunmasını pozur, varikoz xəstəliyin inkişafına təkan verir.

— Kişilərdə dar və xüsusilə sintetik alt paltarlar cinsiyyət orqanların qanla pis təchiz olunmasına səbəb olur ki, bu nəticədə spermatogenezin (spermatozoidlərin hazırlanması) pisləşməsinə, bu sahədə inkişaf edən müxtəlif pozulmalara və xəstəliklərə gətirib çıxardır.

- Boğazı çox hündür və dar olan «vodolazka»lar qalxanvari vəzi üçün ziyanlıdır.

— Qadın daim dabanı 3-4 sm-dən hündür olan ayaqqabı geyindikdə (xüsusilə "şpilka" dabanı olan ayaqqabılar), onun onurğa sütunu çox ciddi gərginliklərə məruz qalır ki, bunun nəticəsində qadında onurğa sütunu xəstəlikləri inkişafı edə bilər. Bundan əlavə belə ayaqqabılar varikoz xəstəliyinin, pəncə və oynaqlar problemlərin inkişafına təkan verir, müxtəlif travmalara (çıxıq, sınıq) səbəb ola bilər. Daim hündürdaban ayaqqabı geyinən qadınlarda daxil orqanlar öz yerini dəyişir və bu müxtəlif pozulmalara yol açır.

— Lakin dabanı olmayan ayaqqabılar da ayaqlar üçün ziyanlıdır. Belə ayaqqabılar müxtəlif pəncə problemlərinə səbəb olur. Həkimlər hündürlüyü təxminən 2-3 sm olan enli dabanlı ayaqqabılar geyinmək tövsiyə edir.

- Bel nahiyəsini açıq saxlayan qısa kurtkalar da çox ziyanlıdır (xüsusilə soyuq havada). Belə kurtkalar bel və böyrəklərin iltihabına təkan verə bilər. Soyuq havada uzun kurtkaları geyinmək lazımdır.

— Soyuq havada qısa yubkalar geyinən qadınlarda cinsiyyət sistemi iltihabların riski olduqca artmış olur. Bu isə gələcəkdə sonsuzluğa gətirib çıxarda bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 7135   Tarix: 11 iyul 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882
.

ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR

"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd

29.08.2021 1543
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.

İnsanı dəhşətli xəstəliklərdən xilas edəcək üzümlü detoks RESEPTİ

Məlum olduğu kimi, hepatit və serroz xəstəlikləri qaraciyər üçün təhlükə mənbəyidir. Qaraciyər xərçənginə yoluxduğunuzu isə bir çox simptomlar vasitəsilə öyrənə bilərsiniz. -a istinadən xəbər verir ki, qaraciyər xəstəliyinin ilkin əlaməti dəridəki rəng dəyişimidir. Bu zaman dəri sarımtıl rəngə bürünür

17.08.2021 1744
.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

09.09.2021 1723
.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409