Gəzəngi balı və onun faydaları

Gəzəngi balı və onun faydalarıƏn yaxşı təbii konservant sayılan balın da götürüldüyü mənbədən asılı olaraq növləri var. Bəs gəzəngi balı haqqında nə bilirik?

BiG.AZ Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, balın rənginin, ətrinin və dadının müxtəlifliyi onun hansı növ və hansı rəng çiçəklərdən toplanması ilə əlaqədardır. Belə ki, balın rəngi sarı, tutqun və tünd bənövşəyi rəngə qədər müxtəlif çalarlarda ola bilir.

Təbii bal 2 cür olur: çiçək və gəzəngi bal. Çiçək balı götürüldüyü çiçəkdən asılı olaraq müxtəlif ola bilər. Gəzəngi balını isə arılar təbiətdə quraqlıq vaxtı gəlir olmadıqda bəzi bitkilərin yarpaq və gövdələri, yaxud bitkilər üzərində olan həşəratın ifraz etdiyi şirin şirələrdən, mürəbbə və şirin meyvələrdən toplayırlar.

Arıçılıq laboratoriyasının elmi işçisi Əli Allahverdiyev deyib: "Bu balın tərkibi nektar deyil. Gəzəngi balı öz mikroelementlərinə görə çox zəngin baldır. Lakin gəzəngi balı arının yuvasında çox olarsa, arını zəhərləyə də bilər. Bəzən zəif insanlar bu balı yedikdə yuxu da tutur. Amma arı da heç vaxt gəzəngi balının üzərini möhürləmir".

Əgər arı pətəyi möhürlənmirsə, həmin bal yetişmədiyindən istifadə etmək düzgün sayılmır. Möhürlənmə zamanı isə balda bir sıra proseslər gedir.

Ə.Allahverdiyev bildirir ki, möhürlənmə zamanı balda kimyəvi proseslər gedir - fruktoza qlükozaya çevrilir: "Bundan başqa, dabbaq - balın rəngalma prosesi gedir. Tərkibinin durulması prosesi və balın qoxusu formalaşır. Bunun üçün arı özündə mikroiqlimi formalaşdırır".

Yetişməyən balın rəngi bulanıq arx suyuna bənzəyir. Bir müddətdən sonra isə balda əks proseslər gedir və bal turşuyur. Belə bal alıcılar tərəfindən də saxta bal kimi qəbul edilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2036   Tarix: 09 iyul 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İnfarktı bir ay öncədən bilmək olur

Bəzi əlamətlər infarktı 1 ay əvvəldən müəyyən etməyə imkan verir. xəbər verir ki, sinə ağrısı, sinə içində ağırlıq və ürək döyüntüsünün artması infarktdan bir ay əvvəl baş verə biləcək ümumi simptomlardır. Bədəniniz ürəyə qan və oksigen axınının azalması ilə mübarizə apardıqca bu simptomlar inkişaf edir

20.03.2024 872
.

Səhər qəhvə içmək zərərlidir - SƏBƏB

Mütəxəssislər qəhvə içmək üçün ən yaxşı vaxtın yuxudan oyandıqdan bir neçə saat sonra olduğunu iddia edirlər. xarici mətbuata istinadən xəbər verir ki, acqarına çox erkən qəhvə içmək kortizol səviyyəsini artıra və həmçinin həzm problemlərinə səbəb ola bilər. Həddindən artıq kortizol səviyyəsinin depressiyay

26.02.2024 1005
.

Zərərsiz hesab etdiyimiz vərdişlər mədə xərçəngi yaradırmış

Həddindən artıq çox yemək və ya ayaqüstü istehlak vərdişi mədə xərçənginə səbəb olan zərərsiz faktorlardandır. Bu barədə rusiyalı onkoloq və cərrah Beslan Balkarov xəbərdarlıq edib. Mütəxəssisin sözlərinə görə, mədədə xərçəng hüceyrələrinin digər potensial səbəbi "Helicobacter pylori" bakteriyasıdır

20.01.2024 1204
.

Masaj xidməti faydaları

Masajın rahatladıcı və sağlamlıq üçün faydalı təsirləri ilə hər kəsə məlumdur. Gündəlik həyatın stress və gərginliyindən bir anlıq xilas olmaq istəyirsinizsə, peşəkar bir masaj xidməti tam sizin üçündür. Masaj sayəsində sizə ən uyğun masaj xidməti asanlıqla tapa bilərsiniz. İmmunitetinizi qaldırmaq v

24.03.2024 460
.

Baş ağrısının səbəbi nələrdir və bundan necə qurtulmaq olar?

Baş ağrısının səbəbləri stres, qidalanma vərdişləri, göz problemləri, dərmanların yan təsirləri, diş çürüməsi, həmçinin qulaq, burun və boğaz xəstəliklərindən yarana bilər. Axşam.az xəbər verir ki, baş ağrının əsas səbəbləri aşağıdakı kimidir:. - Soyuqdəymə və qrip kimi xəstəliklər. - Stres. - Həddində

21.01.2024 933
.

İnsan ömrünü uzadan ərzaqlar AÇIQLANDI

"Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son 10 ildə ürək-damar xəstəlikləri səbəbindən ölüm halları birinci yerdədir. Xəstəliyin səbəblərindən biri beyin damarlarının, ürəyin tac arteriyalarının, böyrək damarlarının aterosklerotik zədələnməsidir. Bu, düzgün olmayan qidalanma, qeyd oluna

31.03.2024 586
.

Xərçəng xəstəliyi riskini ən çox artıran qida açıqlanıb

Qırmızı ətin normadan artıq istehlakı bağırsaq və prostat vəzi xərçəngi xəstəliyinə tutulmaq riskini artırır. "Report" xəbər verir ki, belə bir xəbərdarlıqla Türkiyənin tanınmış onkoloqu Nilüfər Avcı çıxış edib. Mütəxəssis qeyd edib ki, xərçəng dünyada ən çox insan ölümünə səbəb olan xəstəliklərdəndir

28.01.2024 2036
.

Uşaqlarda qızdırmanı salan ən sadə XALQ TƏBABƏTİ ÜSULU

Uşaqlarda hərarəti aşağı salmaq üçün valideynlər tez-tez kələm yarpaqlarından və sərin dəsmallardan istifadə edirlər. Bu üsullar temperaturu azaltmaq, istilik mübadiləsi proseslərini tənzimləməklə uşağın vəziyyətini yüngülləşdirmək üçün ən sadə vasitələrdir. Bunu rusiyalı Regina Qriqoryeva bildirib

07.04.2024 496
.

Gənclərdə bağırsaq xərçənginin inkişafına səbəb olan risk faktorları hansılardır?

İtaliyanın Milan Universitetinin alimləri gənclər arasında bağırsaq xərçənginin inkişafına səbəb olan risk faktorlarını açıqlayıblar. Araşdırmanın nəticələri "Annals of Oncology" jurnalında dərc olunub. Alimlər gənclər arasında bağırsaq xərçənginin artmasına səbəb olan əsas amillərə artıq çəki

03.02.2024 1031